Bəzi yerlərdə təsadüf olunur aşa, ətə!
Bəzi yerlərdə təsadüf olunur aşa, ətə.Müftə görcək tuturam kəndimi bozbaşa, ətə!
Deyirəm, kaş qonaqlıq olan evlərdə bütünYeyib-içməkdə başım bənd ola, çulğaşa ətə!
O qədər xoşlanıram tüstüsü çıxcaq kababın --Ac pişik tək cumuram şövq ilə birbaşa ətə!
Görürəm ta əti qəssab dükanında asılıb,Az qalır it kimi nəfsim hürə, dırmaşa ətə!
Nuş olur canıma ət, xasə o həngamədə kim,Mən yeyəm, xırda uşaqlar baxa, ağlaşa, ətə!
Əti çox istəyirəm, leyk pulu ondan çox,Nola, quzğun kimi ta müftə qonam laşa, ətə!
Xərc edir bir para əşxas pulun bayramdaZəfərana, yağa, razyanaya, xaşxaşa, ətə!
Filhəqiqət yeməli şeydir əgər pulsuz ola,Yaramır pul verilə hər quruya, yaşa, ətə!
Pulu ancaq yaraşır çinləyəsən sənduqə,Nə ki, xərc eyləyəsən millətə, dindaşa, ətə!
Oylə zəhləm gedir, Allah da bilir, millətdən,Oluram süst adı gəlcək, dönürəm daşa, ətə!
Adı puldursa pulun, leyk özü can yonqarıdır,Vermək olmur qohuma, qonşuya, qardaşa, ətə!
Verərəm dinimi, imanımı, əmma pulumuVermərəm "Bəhlul" ağa, arxayın ol, aşa, ətə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-bezi-yerlerde-tesaduf-olunur-asa-ete
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Когда не кудри - душу мне захочет растрепать твой взгляд,Замучь меня, чтоб я ослеп, чтоб не дышал, бедой объят!
İstiqbal bizimdir!Уйди, свободу не хвали, не дышит ею грудь никак;Ее шумовку в наш котел еще не окунуть никак!
Hamısını tapa bilirəm, birin tapa bilmirəmBir belə məsel vardır ki, “doğru danışanın papağının qulağı yırtıq olur”. Mən bu barədə çox fikirləşmişəm ki, əcəba, doğru danışanın papağının qulağı niyə gərək yırtıq olsun? Fikirləşirəm, fikirləşirəm… axırda yəqin edirəm ki, hələ gərək belə də olsun.Məsələn, götürək ki, Məhəmməd Cəfər ağa vəfat edir, bir qədər pulu, mülki, malı və neçə nəfər uşaqları da qalır.
HəvəsУсердье жизнью наполняет грудь,А лень к могиле направляет путь.
Стихи других поэтов
Barilahim qismət etmişYaxşı yoldaşlan məni,
Aç qara zülfünü ta səfheyi-rusxarı tulaAç qara zülfünü ta səfheyi-ruxsarı tuta,Xoş olur sünbül əgər açıla gülzarı tuta.
TəbrizBaşına döndüyüm bəylər, ağalar,Oğrulu ocaqdır alı Təbrizin,
Səbrim alıb fələk, mənə yüz min bəla verürSəbrim alıb fələk, mənə yüz min bəla verür,Az olsa bir məta’, ona el çox bəha verür.