Bura say! ("Cəmaət: Zilli-Sultan, bura say döydürüb aldıqlarını!")
C ə m a ə tZilli-Sultan, bura say döydürüb aldıqlarını!Söyüb aldıqlarını, söydürüb aldıqlarını!
Z i l l i-S u l t a nTövbə, əttövbə, xəta rahinə getdiklərimə!Bilib etdiklərimə, bilməyib etdiklərimə!
C ə m a ə tSən ki, Avropada idin, niyə yorta-yügürəCumdun Iranə, bu viranədə düşdün də girə?Saldın axır öz əlinlə özünü ağzıbirə,Vec bitirməz sənə, dönmə dəxi daşə, dəmirə,Boş danışma, bura say qapdırıb aldıqlarını!Çapıb aldıqlarını, çapdırıb aldıqlarını!
Z i l l i-S u l t a nTövbə, əttövbə, xəta rahinə getdiklərimə!Bilib etdiklərimə, bilməyib etdiklərimə!
C ə m a ə tBirbəbir yadına sal cümlə unutduqlarını,Millətin qanın alıb şişəyə dutduqlarını,Qış üçün axtalayıb yayda qurutduqlarını,Gözlərin kəllənə də çıxsa, qus udduqlarını!Boş danışma, bura say öldürüb aldıqlarını!Bölüb aldıqlarını, böldürüb3 aldıqlarını!
Z i l l i-S u l t a nTövbə, əttövbə, xəta rahinə getdiklərimə!Bilib etdiklərimə, bilməyib etdiklərimə!
C ə m a ə tƏlli il ölkədə vurmuşdun, a zalım, işini,Sən ki, hazır eləmişdin çiyini, bişmişini,Təməin indi nədir ya qıcıdırsan dişini?Aç belindən dəxi şəmşiri-müzəffərkeşini!Boş danışma, bura say satdırıb aldıqlarını!Atıb aldıqlarını, atdırıb aldıqlarını!
Z i l l i-S u l t a nTövbə, əttövbə, xəta rahinə getdiklərimə!Bilib etdiklərimə, bilməyib etdiklərimə!
C ə m a ə tƏhli-İranı uşaqdır deyə saldız beşiyəKi, məbada ayılıb ağlıya, durduz keşiyə,Ta ki, açdı gözün iranlı, soxulduz deşiyə,Iş çətinləşdi, daduş, yığdığını çək eşiyə!Boş danışma, bura say asdırıb aldıqlarını!Basıb aldıqlarını, basdırıb aldıqlarını!
Z i l l i-S u l t a nTövbə, əttövbə, xəta rahinə getdiklərimə!Bilib etdiklərimə, bilməyib etdiklərimə!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-bura-say-cemaet-zilli-sultan-bura-say-doydurub-aldiqlarini
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İnteligentlər deyir ki:**Deyirik haləti-təhsildə: millət! millət!
Tərcüman deyir ki ("Be tə’mine lesane madər əz hər ku be Petpesburğ")Be tə’mine lesane madər əz hər ku be PetresburğYeki alim fürustənra mən əz millət rəcakarəm.
İranlılar deyir kiBunca qeyrət ki, biz etdik vətən uğrunda bu gün,Yarın İranımız, əlbəttə ki, bir babət olur;
SÖYLƏ, TƏQSİRİ NƏDİR, TAPDALAYIRSAN YAZIĞI? HÖRMƏTİM ARTIRСкажи нам, в чем его вина, за что ты бьешь беднягу?Да сам не знаю я, за что, попутал, знать, шайтан!
Стихи других поэтов
Əya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Səadətnamə, 113اثر و فعل نفس انسانینیست اندر وجود پنهانی
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
Qəmi-fəraqın ilə dərdnak olub gedərinQəmi-fəraqın ilə dərdnak olub gedərin,Nə dərdnak ki, qəmdin həlak olub gedərin.