Ey əzizim, xələfim, mayeyi-izzü şərəfim, ruhi-rəvan, munisi-can, tabü təvan,tazə cəvanım ki, on ildən bəridir ömri-giranmayəmi, yalqız demirəm dinimi,imanımı, insafımı, vicdanımı, irfanımı, həm canımı da, cümlə qonumqonşu deyil,el də bilir ki, sənə vəqf eyləyib, şamü səhər, hər nə qədər, rəncü kədər, xeyrüzərər, fitnəvü şər səndən ötər dövri-qədərdən yetişibdirsə mənə, canıma minnətləqəbul etmişəm, ancaq atalıq həqqimin ifası üçün, mehrü məhəbbətlə, nə izzətlə,nə halətlə sənə tərbiyə, tə’lim edərək, sərvqədin bəsləmişəm, canü dilimdən səniçox istəmişəm, bir para sırf axmaq olub öz gözünün nuru olan sevgili övladınıtədrislə təzyi’ və təzyiq eləyən cahilü gümrah atalar tək səni zindani-mədarisdəmüqəyyəd eləyib, elmü məarif deyilən boş, əbəs, insanə cəfəng işlər ilə fikrini,həm əqlini, vicdanını məhdud qılıb, ruhunu incitməmişəm, zəhmətinəbitməmişəm, kuçədə, bazardə öz qəsdinə iqdam edərək, hər günü bayram edərək,günləri axşam edərək, xoşladığın tək dolanıb, gəzməyinə razı olub, mən səni birsən’ətə də qoymamışam, hər gecə hər yerdə qonaq qalmağını, zövqü səfaalmağını, zurna, qaval çalmağını xoşlamışam, öz başına boşlamışam, həmdxudaya ki, olubsan belə qüvvətli, məhabətli, şücaətli cəvan, şiri-jəyan, bəbribəyan; vəqt o zəmandır dəxi bundan belə bir ad çıxarıb, iş bacarıb, ilxı qovub,mal aparıb, dəhrə qiyamət qoparıb, yolları məsdud eləyib, aləmi məhdud eləyib,hasili-məqsud eləyib, sən məni xoşnud eləyib, adəti quldur olasan, yol vurasan,el qırasan, gərçi qaçaqlıqda dutulmaq da var, əmma onu fikr eyləmə əsla ki,dutulsan, ələ düşsən də tərəhhümlüdür ərbabi-hökumət, sənə eylər hamı hörmət,olasan həbsdə rahət, çörəyin gərm, suyun saf, yerin küncifərağət, sənə birkimsədə cür’ət olamaz etsin əziyyət, nola bir gün düşə fürsət qaçasan, qurtarasanhəbsdən; əlbət ki, əgər qaçmağa da olmaya imkan, işini qət’ edə divan, olasanəhli-pasilyan, nə qəmin var, sənə qurban ki, o yerlərdə nə çoxdur sən özünxoşladığın Sonya kimi qönçə-dəhən, sim-bədən, rəşkiçəmən, zülfi-səmən, gözləriahuyi-xütən, göpgözəl, appağ, o ismətli, vəcahətli, səbahətli, məlahətlimadamlar, birin əlbəttə alarsan, desə rus ol, nə çətin şeydir, olarsan, dəxi bir xaçda salarsan...Bu əməldən ucalarsan,İvan namin alarsan,Amilyanov olarsan,Nə qədr olsa da ömrün,O yerlərdə qalarsan!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира