Fisincan
Sanma əzdikcə fələk bizləri viranlıq olur.Un təmənnası ilə buğda dəyirmanlıq olur!
Qarışıqdır hələlik millətin istedadı, —Ələnirsə, safı bir yan, tozu bir yanlıq olur!
Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur!
Kim ki, insanı sevər, — aşiqi-hürriyyət olur,Bəli, hürriyyət olan yerdə də insanlıq olur!
Ey ki, dersən, ürəfa rahi-xətadə bulunur,Elmi-məntiqcə bu söz bəhreyi-nadanlıq olur!
Ürəfa dersən özün, əhli-xəta dersən özün,Düşünürsənmi bu sözdə necə hədyanlıq olur?
Gözünü xirələdirmi günəşi irfanın?Haydı, xəffaşsifət, buncamı xulqanlıq olur?!
Tanırıq biz sizi artıq, demə ha, biz beləyik,Tanılır ol kişi kim, tutduğu meydanlıq olur!
Baxmasız guşeyi-çeşm ilə fəqiranə tərəf,Yüyürürsüz ora kim, dadlı fısincanlıq olur!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-fisincan
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Pa atonnan, nə ağır yatdı bu oğlan, ölüb əəə!Nə də tərpənməyir üstündəki yorğan, ölüb əəə!
Səbr eyləBəlayi-fəqrə düşdün, razı ol, biçarə, səbr eylə!Üzün oldisə gər külfət yamnda qarə, isəbr eylə!
Sən piri-cəhandidəsən, ey Seyyidi-sərkarSən piri-cəhandidəsən, ey Seyyidi-sərkar,Məndən çək əlin, eylə gilən pir ilə rəftar!
Sərü hər muydə min aşiqi nalanın varДа, тысячи влюбленных есть и в самом деле у тебя!О, неужели столько душ в прекрасном теле у тебя?