İstiqbal bizimdir!
Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!Bizim qazqanda hərgiz oynamaz kəfgiri-hürriyyət!
Hanı, dersən: "Girizandır vətəndən leyli-istibdad"?Məgər görməzmisən ətrafı tutmuş xeyli-istibdad?Bu gün İrani yeksər qaplamışdır seyli-istibdad?Yazıq! Ölçməkdədir xuni-cəhanı geyli-istibdad,Hələ Təbrizdə var iştəhayi-meyli-istibdad!Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!Bizim qazğanda hərgiz oynamaz kəfgiri-hürriyyət!
Demə: "Tiği-rəşadət xiyrəsazi-çeşmi-imkandır"!De kim: təkfir üçün tiği-zəban hər yerdə bürrandır!Deyən kafir müsəlmana sanır kəndi müsəlmandır;Bu gün həq söyləyən hər kəs olursa küfrə şayandır;Gözəl bir əsrdir: qəhti-şüurü əqlü irfandır!Yetər, canım, çəkil get, etmə çox təxbiri-hürriyyət!Bizim qazqanda hərgiz oynamaz kəfgiri-hürriyyət!
"Mücahid qalxızıb, dersən, şükuhin mülki-İranın" --Buna təmkin edərmi çakəranı şahi-İranın?Buna razı olurmu qeyrəti, namusu əyanın?Bu yol bir şanlı qurbangah dır insafın, imanın!Nə iman vəqtidir?! Ancaq gözət xeyrin cibişdanın!Yetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!Bizim qazqanda hərgiz oynamaz kəfgiri-hürriyyət!
Əvət, "səhrayi-İran doğrudan bir odlu meydandır",Fəqət ol odlu meydanda duran bir şiri-ğərrandır,Vəli, min hiyləgər, tülküsifət hər yan nümayandır,Yatıb iranlılar, nagah görərlər ölkə virandır,Hələ qoy söyləsinlər də -- mücahid namüsəlmandır,Hələ qoy eyləsinlər büsbütün təkfiri-hürriyyət!Desinlər də --bizə lazım deyil təmiri-hürriyyət!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-istiqbal-bizimdir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Мне горечь рот свела, хочу вкусить твоих щедрот, свобода!Дай мне изведать: ты халва или сладчайший мед, свобода.
Nəfsin qərəzi, əqlin mərəziО страсть! Веления твои превыше всех иных!И голова моя всегда, всегда у ног твоих.
Ey əzizim, xələfimО наследник милый мой,Красящий мой путь земной,
Xəsisin heyfi, varisin keyfiО деньги! Вы моя душа, так радо сердце вам!За вас отца и мать отдам и душу я отдам!
Стихи других поэтов
MÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,
Müstəzadای باد صبا حال من خسته ناشاد – با عجز گداییتقریر بکن بر شه آن حسن خدا داد – از بهر خدایی
BuEy mənim canım alan, səndə nə adətdir bu?Göstərir şərhi-qaşın hər dəm, əlamətdir bu,
Göz yaşım vermə qəmi-ahi-səhərgahlərəGöz yaşım vermə qəmi-ahi-səhərgahlərə,Yanar əflak könüldən çəkilən ahlərə.