Tellərində yetişmiş zəmilərin qızılı,Üzünə bu dünyanın xoşbəxtliyi yazılıb.Ulu nənələrinin avropalı qanından,Nəğməylə dalğalanan Ukrayna ümmanından

Üzün günəbaxantək günə, gündüzə açıq.Gözündəki od bəsdi lap zülmətdə yola çıx!Uzaq, doğma kəlmələr dilindən tək-tək qopur,“Min ilin tanışıyıq!” –Sözündən ürək qopur...Ya peçeneq, ya qıpçaq,ya da hun buludundanBəlkə iki damlatək ayrılmışıq bir zaman.Oxuduğun nəğmələr ürəyimdən boy atıb,Bəlkə onu nənəmiz gün dağları aşanda,Qonşu alaçıqlardan səsləşəndə yaradıbSaçların bayraq kimi yellənir küçə boyu,Üstündə nişanı yox, ulduzu yox... ayrı yox...Məhəbbət bayrağıdı qitələr arasındaSərhədsiz bir dünyada bu bayrağın tayı yox!..Ən qədim ayrılıqdan qədimdi bu məhəbbət,Əllərimə sığınar,keçib min illik yolu.Dünya bir tərəzidir – bir gözünə ürəyin,Birinə də siyasət oyunları qoyulur.Könlümdəki buz dağı əriyir səs-səmirsiz,Bircə damla göz yaşı yüz yalana xətt çəkər.Qəm eləmə, gözəl qız, sən günahkar deyilsən,İnsanları ayıran zaman xəcalət çəkər!Könlümüzdə göylərin əbədi bir atəşi, –Raketləri kül elər, sərhədləri odlayar!Xoşbəxtlərin xoşbəxti ikimizik bəlkə də.Sevgimiz yüz yasaqı bir nəfəsə adlayır!Qulağına nə qədər böhtanlar əkilsə dəGörürsən ki, açıqdı ürəyim gül üzünə.Çəkişmələr, hədələr bata bilməz, qəm yemə,Mahnılarla tikilənməhəbbət körpüsünə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов