Ağdamda həlak olmuş uşaqlarla –Qarabağ faciəsinin ilk şəhidlərinə

Bir cüt şeh damlası, bir cüt göz yaşı,Bir cüt qara bayraq, bir cüt baş başı,Allahın qəzəbdən çatılan qaşı,Qeyrət bünövrəsi, cürət təməliDirilən gümanım – Bəxtiyar, Əli!

Yurduma bir təzə bahartək gələn,Gözündə dünyanın ümidi gülən,Milyonlar qəlbinə birdən tökülənMəhəbbət daşqını, intiqam seliRuhumda tufanım – Bəxtiyar, Əli!

Kim deyir yolları qırıldı, qısa,Onlar əbədidi, batmayın yasa,Bu sayaq ölməyi bacarırıqsa,Hələ yaşayırıq, varıq deməli,Həyat vəsiqəmiz Bəxtiyar, Əli!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине