Mən ölümə getməsəm,Ölüm mənə gələcək!Tanıyacaq qapımı,Ünvanımı biləcək.

Kimlər olub həyanım,Necəymiş güzəranım,Nəyim var, nəyə yanım...Asta-asta güləcək...

Oyanacaq mən yatsam,Qaçacaq əl uzatsam,İlk addımı mən atsamÖlüm özü öləcək!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти