Torpaq insanı udur,Canlım, canı udur.Əlyetişməz görünəni,Bərbəzəkli taxtları,Tüstülü obaları,Milyonluq paytaxtları,Hətta minillikləri,Hətta zamanı udur.Təkcə sözü udammır –Söz Allah amanatı.

Nə qədər bəzənsə dəDüzlər dağa boylanır,Allahı gəzə-gəzəGöz uzağa boylanırRuh ayaqlar altında,Baş yerinə qarındı,Dünya Allahın deyilOnu dananlarındı.

Halallığı pas tutub,Düzlük köhnə bayatıDağlar dumanda gizli,Düz Allah amanatı.

Sevgi, vuruş, əyləncə,Yenə də tələsir günAstaca düşür gecə,Sonuncu yuxu üçünOlsun! Bu da bir işdiHaqqını geri sayın...Nə qələbə sevinci,Nə sabahdan arxayınDostlar – üzəngi tutan,Minməliyəm bu atı,Sevinin, mən də getdimSiz Allah amanatı!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви