Təbrizdə bayram axşamı
Təbriz göz dənizidi,Qara ümmandı Təbriz.Görər-görməz məni dəDalğası sandı Təbriz!
Al yanaq, qara çadraGül əllər ağdı qardan,Qaldırıb məni yerdənƏrşə dayandı Təbriz!
Niyə dedim soyuqdu,Hər halımdan duyuqduMən canamsa, o ruhdu,Ruhamsa, candı Təbriz!
Baxdı illər əvəzi,Sordu dillər əvəzi,Qucdu əllər əvəziMənə dolandı Təbriz!
Çıxıb tarix pasındanToy bulubdu yasından,Demə göz sevdasındanBelə cavandı Təbriz!
Üzünə çadra atsa,Başını dərdə qatsa,Təkcə gözü azadsaYenə üsyandı Təbriz!
Nə çıxıb gedəcəyəm,Nə burda bitəcəyəm,Gözlərdə itəcəyəm,Qoyma amandı, Təbriz!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-rustemxanli-tebrizde-bayram-axsami
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Saqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
QırmızıBizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır
Şairin olmur dini-imanı məgər...Siyasət şairləri dəbə düşüblər,Bircə misra becərib yetirməyənlər.