Ürəfa marşı
İnteligentik, gəzərik naz ilə,Ömr edərik nəş’eyi-dəmsaz ilə,Həftədə bir dilbəri-tənnaz iləHəmdəm olub işləri samanlarıq,Ay barakallah, nə gözəl canlarıq!..Xoşlamarıq bir para nadanları,Şiveyi-nisvani-müsəlmanları,Neyləyirik Fatma-Tükəzbanları?!Annaları, Sonyaları yanlarıq,Ay barakallah, nə gözəl canlarıq!..Bir para biəqlü fərasət bizəEyləyir isnadi-qəbahət bizə,İstəyir etsin də nəsihət bizə,Bir bunu qanmır ki, biz irfanlarıq,Ay barakallah, nə gözəl canlarıq!..Kimsəyə yox dəxli ki, biz işrətiXoşlayırıq; boşlayırıq külfəti,Guşeyi-qəstində olan ləzzətiXaneyi-viranda haçaq anlarıq?!Ay barakallah, nə gözəl canlarıq!..İnteligentik, bu ki, böhtan deyil,Türki danışmaq bizə şayan deyil,Türk dili qabili-irfan deyil,Biz buna qail olan insanlarıq!Ay barakallah, nə gözəl canlarıq!..Türk qəzeti versə də əqlə ziya,Mən onu almam əlimə mütləqa,Çünki müsəlmanca qonuşmaq banaEybdir! Öz eybimizi anlarıq!Ay barakallah, nə gözəl canlarıq!Yox işimiz məcməi-islam ilə,Püxtə nasıl söhbət edər xam ilə?Çünki klublarda sərəncam iləHər gecə bir mətləbi ünvanlarıq,Ay barakallah, nə gözəl canlarıq!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-urefa-marsi-inteligentik-gezerik-naz-ile
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Haləti-məstliyində nə olur, ey əyyaş!Baxıb ayinəyə görsən əcəba surətini;
Derlər, Iran günbəgündən xar olur, əlbəttə ki!Derlər, İran günbəgündən xar olur, əlbəttə ki!Səhhətin hifz etməyən bimar olur, əlbəttə ki!
Almaniya imperatoru Vilhelm deyir ki ("Möhtərəm iranlılar, sizdən təmənnamız budur")Möhtərəm iranlılar, sizdən təmənnamız budur:Bir də İran hifzini bizdən təmənna etməyin;
Eynüddövlənin iste’fasından dolayı bəstə girmək istəyən Tehran tacirani-qeyrətməndanələrinə!Bəstə iqdam eyləyin, ey tacirani-mö’təbər!Qaliba, vardır ümidim, bəxt yar olsun sizə!
Стихи других поэтов · Сатира
Divanə könül, daxı usan, yal ağarıbdır,Bir güzgüyə bax gör ki, pərü bal ağarıbdır,
Vücudi-lətifin, ey taci-sərimCəfərqulu xana*Vücudi-lətifin, ey taci-sərim,
Aclıq davasıAclıq davasında yoldan azanlar, qaçıb dazanlar, qəzet yazanlarüçün belə rəvayət edirlər: Saralüddövlə Kirmanşah döyüşündən sonra
Hacılar, ay hacılar, can sizə qurban hacılarHacılar, ay hacılar, can sizə qurban hacılar,Ərəb eylər sızı hər ilbaşı talan, hacılar.