Vah!.. bu imiş dərsi-üsuli-cədid?!Yox…x! Yo…x! oğul, məktəbi-üsyandı bu!Molla deyil bundakı tə’lim edən!Əlhəzər et, bir yeni şeytandı bu!Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..Gör necə alt-üst eləyib şeyləri,Döndərib "a-ba"yə "əlif-bey"ləri,Bid’ətə bax, "ya" oxudur "yey"ləri,Sanki hürufat ilə düşmandı bu!Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..Diqqət edib baxsan əgər dərsinə –Hər sözü tə’lim eləyir tərsinə;Dəyməz o bir paslı dəmir ərsinə –Min də desə dürci-zərəfşandı bu!Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..Verdiyi dərsi uşağa yazdırır,Hüccə demir, hər əməlin azdırır,Gah oxudur, gah çıxarıb gəzdirir,Bir demir övladi-müsəlmandı bu!Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..Bir də görürsən ki, olub heyvərə –Əlli uşaq banladı birdən-birə,Dərs demə, gülməli bir məsxərə!Molla demə, məsxərəcünbandı bu!Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..Düz yeri bir yupyumuru şey qanır,Həm də deyir sutkada bir fırlanır,Ay dolanır, göy dayanır, gün yanır,Kafirə bax, gör nə bədimandı bu!Dur qaçaq, oğlum, baş-ayaq qandı bu!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира