Layla deyim, yat ciyərim parası,Ağlama çox ey gözümün qarası!Olma yemək-içməyin avarası,Layla quzum, layla gözüm, yatgilən,Rahat olub bir azca boy atgilən.

Böyü bir az, yeddi yaşa yetgilən,Səhər tezdən dur, məktəbə getgilən;Dərs oxuyub yazmağa səy etgilən;Layla quzum, layla gözüm, yatgilən,Rahat olub bir azca boy atgilən.

Təmiz geyib dolangilən gül kimi,Hər gün oxu dərsini bülbül kimi;Gəzmə küçələrdə gedib veyl kimi;Layla quzum, layla gözüm, yatgilən,Rahat olub bir azca boy atgilən.

Sən də çalış elm ilə şöhrət qazan,Qalma cəhalətdə, olarsan yaman;Elmlə abad olubdur cahan;Layla quzum, layla gözüm, yatgilən,Rahat olub bir azca boy atgilən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости