Страница 2 из 3 · 33%

Bəy. Qoyaram, qızım.

Ağca. Qorxuram anam qoymasın.

Bəy. Anan meymun ilə oynamağa bir söz deməz.

Ağca. Ay can, ay can! Bundan sonra heç darıxmayacağam. Bax, odur gəlir. Ay, nə məzəlidir!

Saymaz əlində meymunun ipi gəlir. Ağca ona yanaşır. Meymun
ona acıqlı-acıqlı baxır, sonra arxasını ona çevirib oturub.

Bay, buna bax, mənimlə oynamaq istəmir.

Saymaz. Adı Şeytandır. Adını çağır, səninlə oynasın.

Ağca. Şeytan... Şeytan...

Meymun dönərək ona baxır. Yenə arxasını çevirib oturur.

Saymaz. Bunun dilini o qız yaxşı bilir.

Bəy. O qız hardadır?

Saymaz. Töyləyə qoymuşam. Gələndən ağlayır. Qapını əlilə bərk-bərk vurur ki, açın!

Ağca. Ata, qoy o qız gəlsin oynatsın mən baxım.

Bəy. Get, o qızı gətir, görüm niyə ağlayır?

Saymaz meymunun ipini dirəyə bağlayıb gedir.

Ağca (yanaşır). Şeytan, Şeytan! (Meymun cavab vermir) Bura bax, Şeytan! (İpi çəkir, meymun acıqlanıb ona hücum edir) Vay, buna bax, məni dişləmək istəyir.

Bəy. Yaxın getmə, qızım, səni dişlər.

Ağca. Odur, qız gəlir. İndi o oynadar, mən baxaram. Elə məzəlidir ki!

Meymun Qaracanı görüncə atılıb düşür.

Bəy. Qız, sən nə üçün ağlayırsan?

Qaracaqız. Mən burda qalmıram, babamın yanına gedirəm.

Bəy. Mən səni heç bir yerə buraxmaram. Burda qalıb bizə qulluq edəcəksən.

Qaracaqız. Yox, qalmayacağam. (Ağlayır)

Bəy. Səni matraq ilə döyə-döyə saxlayacağam.

Qaracaqız (ağlayır). Mən gedəcəyəm.

Ağca. Niyə ağlayırsan, ağlama. Sən allah, ağlama!

Piribaba (gəlir). Bəy, evdə heç kəs yoxdur, oğlunu gördüm, dedi: atam gəlincə mən özüm gətirərəm.

Ağca. Sənin adın nədir?

Piri baba Qaracanı görüb ona tərəf getmək istərkən

Qaracaqız. Adım Qaracadır.

Qaraca adını eşidib Piri baba dayanır.

Ağca. Qaraca... Bay, nə məzəli adı var.

Meymun Qaraca ilə oynayır.

Saymaz. Baba, bəlkə bu sən axtardığın qızdır.

Piribaba. Yox, onun adı Tutu idi. Eh! (Dərindən ah çəkir)

Qaracaqız (dönüb Piri babaya baxır, həyəcanla). Ay... Baba can! (Ona tərəf qaçır)

Piribaba. Vay, qızım!.. (Qızı bərk qucaqlayır, hər ikisi ağlayır. Əlilə onun başını oxşayaraq) İstəkli balam... Sən harda idin? Mən səni gözləməkdən yoruldum. Bəy, siz bu qızı hardan tapdınız?

Bəy. Bu qız kimdir?

Piribaba. Bu mənim oğul kimi sevdiyim bir dostumun qızıdır... Çox sağ ol ki, bəy bu qızı gətirdiniz. Mənə dünyaları bağışladınız.

Saymaz. Axır ki arzuna qovuşdun... Gəlmirdi, zor ilə gətirdik.

Qaracaqız. Mən Piri babamın yanına getmək istəyirdim. (Piri babanı qucaqlayır)

Pəricahan. Yenə orda nə toy-bayramdır? Bundan sonra kefimiz var. Ağca sən orda neyləyirsən? Ay qız, sənə demədim o qız ilə danışma!

Ağca. Mən onunla danışmıram, meymun ilə oynayıram.

Pəricahan. Nərgiz, Nərgiz, Nərgiz, Nərgiz!

Nərgiz! Bəli, xanım.

Pəricahan. Tərbiyə verdiyin qıza bax, kimlərlə danışır. (Nərgiz onun əlindən tutub aparır) Bu qızı burdan tez rədd eləyin!..

Bəy. Saymaz, bu qızı apar, yenə tövləyə sal!

Qaraca. Yox, mən tövləyə getmirəm.

Piribaba. Bəy, o heyvan deyil ki, tövlədə yaşasın. Qoy mənim ilə bir otaqda yaşasın.

Pəricahan. Ona tövlə də çoxdur.

Piribaba. Yox, xanım, mən onu tövlədə yaşamağa qoymaram.

Pəricahan. Qoymazsan?

Piribaba. Yox, qoymaram!

Pəricahan. Vay, bu meymun qız nə böyük matah imiş. Mənim heç xəbərim yox.

Piribaba. Onu körpə vaxtından bu qollarım üzərində böyüdüb saxlamışam, yenə də saxlayacağam.

Pəricahan. Sən özünü saxla, qalsın o.

Piribaba. Qolumda hələ qüvvət var, mən onu da saxlaram, özümü də... O mənim öz balamdır.

Bəy. (Pəricahana). Bizə nə gərək, harda istəyir qalsın, sən səhərdən axşama qədər eşşək kimi işlət. (Ona başı ilə işarə edir)

Pəricahan. Yaxşı, ancaq bizim gözümüzə görünməsin.

Bəy. Yaxşı, qoca, apar, harda istəyirsən saxla!

Piribaba. Sağ ol bəy. (Qaracanın əlindən tutur) Gedək qızım, gəl, gedək, mənim əziz balam.

Bəy öz otağına, Piri baba, Qaraca, meymun bağa tərəf gedir.

Saymaz. Piri baba, allah hər arzuna səni belə qovuşdursun

Pəricahan (bəyin başına bir qapaz vurur). Al, kül başına, sən də adını kişi qoymusan.

Bəy. Yavaş, arvad, görərlər. (Döyüküb ətrafa baxır)

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Şələquyruq

Qarasu kəndində Qırt-qırt xanım adlı bir toyuq və Şələquyruq adında bir xoruz var idi. Bunlar kəndin yaxınlığında bir qaratikan kolunun altında yuva eləmişdilər və bir-birilə çox məhəbbətlə dolanırdılar. Qırt-qırt xanım hər gün bir yumurta yumurtlayardı. Elə ki yumurta çoxalırdı, Şələquyruq onları səbətlərə doldurub şəhərdə satardı. Qırt-qırt xanım qızı Cik-ciklə birlikdə kənddə qalıb yuvalarına gözətçilik edərdilər.Şələquyruq satdığı yumurtaların puluna şəhərdən qırmızı köynək, güllü dəsmal və bir çox şeylər alıb gətirərdi.

19137 мин
Cümənin qəzəbi

Bir neçə il idi ki, quraqlıq keçdiyindən ayrımların əkin-biçini əmələ gəlmirdi. Quraqlıq bir dərəcədə idi ki, baharın orta ayında otlar saralıb, quruyurdu, çiçəklər solurdu, ağacların yarpaqları tökülüb, çılpaq qalırdı; dərə, təpə, çöl, çayır payız vaxtı kimi qəmgin və çılpaq bir halda görünürdü. Mal, heyvanın otlaması üçün nə ot və nə saman tapılırdı. Yazıq heyvanlar acından qırılıb, tələf olurdu. Get-gedə kəndi kasıblıq və bədbəxtlik bürüyürdü...Bir gün kəndin ağsaqqalları yığışıb, məsləhət elədilər ki, “allah nə üçün bizə qəzəb eləyir və göydən yağış yağmayır?”

19123 мин
Oyunçu bağalar

Böyük bir binada eyni sinifdə oxuyan dörd-beş məktəbli yaşayırdı. Uşaqlar hər gün məktəbdən qayıtdıqdan sonra geniş həyətin günəşli və havalı tərəfində toplanıb oynayır, qaçışardılar. Yorulduqları zaman taxta barmaqlıqla hasarlanmış bağça yanındakı skamyada oturub danışardılar. Bir gün yenə bir yerə yığılıb oynayırdılar. Aslan əlində topu oynada-oynada gəldi. Uşaqlar qaçıb onun ətrafını alaraq dedilər:– Aslan, bu topu hardan aldın?

193421 мин
Kələkbaz Albert

Lerqo bez fabrikasında fəhləlik edirdi. Qaniçən faşistlərə qarşı onda dərin bir kin var idi. Faşistlərlə vuruşma başlar-başlamaz Lerqo öz arvadı ilə bərabər cəbhəyə getdi; on altı yaşında oğlu Alberti öz yaxın qonşusu və səmimi dostu olan Albaressaya tapşırdı.Albert ağıllı, ürəkli və mətanətli bir çocuq idi. O, bilmədiyi şeyləri soruşub öyrənmək istəyər və gördüyü maraqlı hadisələri özünəməxsus dadlı bir dil ilə, qonşusu Albarasseya nağıl edərdi. Albaressa onu öz nəvəsi kimi sevərdi.

16 мин

Стихи других поэтов