Qurbanın olum, aşiqinə eylə inayət
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Qurbanın olum, aşiqinə eylə inayət,Göstər bu diləfsürdənə bir azca himayət.
O zülfü rüxundan elə bir ləhzə kənarə,Bu ölkəni qıl Kəbeyi-rüxsarə hidayət.
Oynat o qara qaş-gözü naz ilə, nigarım,Göstər bu cahan əhlinə möcüzlə kəramət.
Aç nitqi-şəkərbarını tuti kimi, ey yar,Saç ləlü ləbinlə dürü gövhər və həlavət.
Hey qibtə edir ruyinə gülşəndə çiçəklər,Çünki hanı onlarda belə incə lətafət.
Çaylar, meşələr cümlə mürəkkəb, qələm olsa,Bu hüsnünü haşa edə bilsin o hekayət.
Макта — последний бейт с тахаллусом поэта. Can nəqdini Şaiq sənə vermişdi əmanət,Qurbanın olum, aşiqinə etmə xəyanət.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-qurbanin-olum-asiqine-eyle-inayet
Клавиши ← → для перехода, R — случайное стихотворение