Quzu
Bir obada körpə quzu,Mələr-mələr, qaçar düzü,Anasın axtarar gözü.Dedim: – Qaçma, gözəl quzum,Səni mən bəslərəm özüm.Gün əyildi, çökdü duman,Sürü qayıtdı otlaqdan;Səs-küy ilə doldu hər yan.Dedim: – Qaçma, gözəl quzum,Səni mən bəslərəm özüm.
Qoyunları çoban yığar,Fatı xala gəlib sağar;Quzum mələr, durub baxar.Dedim: – Qaçma, gözəl quzum,Səni mən bəslərəm özüm.
Anasını quzum görər,Ayaqların yerə dirər,Məməsini tapıb əmər.Dedim: – Qaçma, gözəl quzum,Səni mən bəslərəm özüm.
Quzum çıxdı göy otlağa,Yanaşdı bir boz oğlağa,Çıxdı onunla oynağa.Dedim: – Qaçma, gözəl quzum,Səni mən bəslərəm özüm.
Kitabxana.az · https://kitabxana.az/ru/works/saiq-quzu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Kəlbin olub yaslanmışam dərdə yar,Bir kərə bizi çağırmazsan ayla,
Nəğmələrim varKönlümdə şirin nəğmələrim var,Xoş keçdi bu yerlərdə həyatım,
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Ey gözüm, Əhmədə bax, gör. nə qəşəng oğlandırEy gözüm, Əhmədə bax, gör. nə qəşəng oğlandır,Qəmi-hicrində onun qəmli könül virandır.