Содержание
  1. I
  2. II
  3. III
  4. IV
  5. V

Страница 3 из 4 · 50%

III

Müəllim sözə nədən başlayacağını düşünmüş, zehnində ona aid bir plan hazırlamış, stol başında səbirsizliklə Xosrovu gözləyirdi.

O həyatında bunu mühüm bir hadisə sayırdı, çünki şagirdlərə nə qədər nüfuz edə bildiyini bununla öyrənəcək idi. Ata-anası tərəfindən verilən cəzaya baxmayaraq, Xosrov yenə də inadında davam edirdi. Bu məsələni açmaq, illərdən bəri əldə etmiş olduğu təcrübələrdən qəti nəticə almaq deməkdi.

Uşaq içəri girdi, müəllim açıq üz və təbii səslə ona yer göstərib “otur!” dedi. Xosrov oturdu. Müəllim sözə başlayaraq dedi:

– Xosrov, sən əvvəllər sinfin ən çalışqan şagirdlərindən idin. Son zamanlar əvvəlki kimi fəaliyyət göstərmirsən. Bunun səbəbi nədir? Dərslərin çətindirmi?

Xosrov müəllimin üzünə dik baxaraq, titrək səslə:

– Yox, müəllim, çətin deyil – dedi.

– O halda başqa bir maniəmi var?

Xosrov cavab vermədi.

– Nə üçün susursan, de, oğlum. Bir maniə varsa, onu mən dəf etməyə çalışım. Sən bu il çox dəyişmisən. Şəklin, zahirin o Xosrovdur?.. Yox! Əvvəlkinə bənzəməyəcək dərəcədə dəyişmiş. Daxili aləminə gəlincə, əvvəlki Xosrova heç oxşamırsan. Səndə bu dəyişikliyə səbəb nədir?

– Nə kimi dəyişiklik?

– Məsələn, dərslərinə çalışmırsan, dalğınsan, düşüncəlisən, bunların səbəbini danış!

–...

– Səndəki bu dəyişikliyi sən özün də hiss edirsənmi?

– Hiss edirəm.

– Bunun nədən irəli gəldiyini bilmirsənmi?

Xosrov bir az sükutdan sonra “yox” – deyə cavab verdi.

– Sənin kimi ağlı başında bir uşağın özündə olan dəyişikliyin nədən doğduğunu bilməməyinə heç inana bilmərəm. Daxilindəki mübarizəni üzündən, gözündən oxuyuram. Sirr saxlanılmaz, söylə, oğlum! Səni narahat edən nədir?

– Heç nə...

– “Heç nə” buna səbəb ola bilməz.

Müəllim çox çalışdı. Uşaq inadında davam edərək, ona təminedici cavab vermədi. Müəllim mövzunu dəyişərək:

– Xosrov, onda sən bunu de: Məsərrət xanımın səninlə rəftarı pisdirmi?

– Xeyr!

– Atanın rəftarı necədir?

Uşaq susdu.

– Demək, Həsənin xasiyyəti sərtdir. Bilirəm, o bir qədər müstəbiddir, rəsmiyyəti sevən adamdır. Doğrudurmu?

Uşaq başı ilə təsdiq edərək:

– Doğrudur – dedi.

– Onun rəftarı o qədər pisdirmi ki, səndə bu qədər dərin və acı təsir buraxmışdır?

– Çox pisdir!

– Məsələn, nə edir?

– Hər şey... oturma, durma, danışma, hətta yeyib içməyimə də bir qulp taxır, deyinir, qışqırır...

– Madam ki, atanın bu hərəkəti səni belə rahatsız edir, çalışmaqdan qoyur, sən buna bir çarə düşünmüsənmi?

– Xeyr.

– Yenə yalan deyirsən! Sənin kimi sarsılmaz iradəyə malik olan bir uşaq onu əzən, istedadına əngəl olan bir qüvvətə qarşı heç çarə düşünməzmi?

Uşaq cavab vermədi. Müəllim:

– Məsələ aydındır! – dedi. – Sənli-mənli buna bir çarə axtarıb tapmalıyıq. Sən buna nə çarə düşünmüsən? De, ağıllı çarə görsəm, mən də razı olaram; görməsəm başqa tədbir tökərik. Danış görüm.

Uşaq titrək səslə:

– Qaçmaq istəyirəm, – dedi.

– haraya?

– Başqa bir ölkəyə.

– Yol xərci düzəldə bilmisənmi?

Xosrov susdu. Müəllim ciddi bir səslə dedi:

– Birincisi, sən yaşda bir uşağın ailəsini buraxıb, yad ölkəyə qaçması ona səfalətdən başqa bir bir şey verməz! İkincisi, on manat səni neçə gün idarə edə bilər?

Xosrov müəllimi şübhəli nəzərlə süzərək:

– Nə on manat? – deyə soruşdu.

Müəllim mənalı gülümsədikdən sonra:

– Bu günlərdə evinizdə törəyən hadisəni mən də bilirəm... Bu xüsusda çox düşündük, danışdıq, nəhayət, hər üçümüz çəkinmədən on manatı sənin götürmüş olduğuna qane olduq. Həsən sənin tərbiyənin pozulduğuna hökm edir. Mən bu pulun başqa məqsədlə götürüldüyünü söyləmişəm. Hətta qaçmaq istədiyini sən demədən əvvəl bilirdim. Qaçmaq sənin kimi tərbiyəli bir uşağa əsla yaraşmaz! Atana evdə sənin sərbəstliyinə qarışmamaq, səni narahat etməmək şərtilə, on manatı almağa və bu ləkəni üzərindən tamamilə silib təmizləməyə söz vermişəm. İndi həm məni onların yanında başı aşağı etmə, həm də ləkəni üzərindən silmək üçün on manatı ver. Onun haqsız olduğunu bununla isbat edəcəyəm. Əmin ol, pulu çıxar, ver!

Xosrov pis vəziyyətdə qaldı. Rəngi ağardı. Düşüncəli gözləri, tərəddüdlü baxışları bir nöqtəyə dikilib qaldı. Müəllim qəti səslə:

– Yanında deyilsə, qalx gətir! – dedi.

Xosrov heç bir söz demədən otaqdan çıxdı. Bir az sonra on manatı gətirib müəllimə verdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dan yeri sökülür, hər tərəf rəngin

Dan yeri sökülür, hər tərəf rəngin,Şəfəqdən don geydi dağ, dərə əngin.

1 мин
İstəkli nəvəm Ülkərə

Bir gün səhər dalmışdım ulduzların seyrinə,Gözləyirdim üzümə haçan gülər Ülkərim.

19581 мин
Tülkü və xoruz

Bir it ilə bir xoruz köçdən qalmışdı. Bunlar bir-biri ilə dost olub çöldə yaşayırdılar. Gecələr xoruz ağac başında, it də ağacın altında yatırdı.Bir gün səhər dan yeri ağaranda xoruz ağac başında ucadan banladı. Yaxında ov axtaran bir ac tülkü xoruzun səsini eşidib gəldi. Ağac altında çömbəlib gözlərini xoruza dikib oturdu. Sonra mehriban səslə dedi:

1 мин
Dəvə və siçan

Bir dəvə qatarından ayrılıb çöldə tək qalmışdı, iştaha ilə qanqal yeyirdi. Bu aralıq bir siçan yuvasından çıxmaq istərkən dəvəni gördü. Əvvəlcə qorxub çəkildi. Sonra bir müddət durub o zorba heyvana heyrətlə tamaşa etdi. Bir az ürəklənib yaxın gəldi, dəvənin boynuna bağlanmış kəndirlə oynamağa başladı. Sonra kəndiri tutub çəkdi. Dəvə yerindən hərəkət etdi. Dəvə hərəkət etdikcə siçan ipi dartıb çəkdi. Siçan getdikcə dəvə də itaət edib onun ardınca gedirdi. Siçan özözünə lovğalandı: “Sən bu siçan bəydə hünərə və igidliyə bax, bu zorbalıqda heyvanı çəkib aparıram”. Dəvə eşidib dinməli.Onlar gəlib bir çaya çatdılar. Siçan dayandı, bir çaya baxdı, bir də dəvəyə. Dəvə dedi:

1 мин

Стихи других поэтов