Keçən on iki iyulda sevimli şairimiz Sabir əfəndinin vəfatının bir illiyi münasibətilə heç olmazsa qəbri üzərinə bir daş salmaq üçün atidəki vəch üzrə zəvati-giram ianə buyurdular:

Hacı Əbdürrəhim Səmədov 3 manat

Əbdüləli Qurbanov 3 manat

Əbdüləhəd İskəndərov 3 manat

Əliheydər Məhərrəmov 1 manat

Ağa Əhmədov 1 manat

Əşrəf Nəzərov 1 manat

Xələf Məmmədov 50 qəpik

Şamaxıda oynanılan bir teatrdan 12 m. 20 qəpik.

Yekunu 24 m. 70 q.

Həmin pul ilə rəməzani-mübarəkin 29-da bəzi ərbabi-qeyrət cavanların müavinətilə mərhum Sabirin qəbri üstünə gözəl bir daş salındı. Cənab həqq ianə edənlərin və məzkur cavanların müini olsun. Bu da məxfi qalmasın ki, bu keçən yayda Şamaxıda oynanılan bir teatrdan mərhum Sabirin nəfinə əlli üç manat altmış altı qəpik pul hasil olmuşdu. Həmin puldan yuxarıda söylədiyimiz 12 manat 20 qəpik çıxıldıqdan sonra baqi 41 manat 46 qəpik mərhumun kitablarının çap olunması üçün cəm olan pulun üzərinə əlavə olmaq üçün Bakıda “Kaspi” idarəsinə veriləcək idi. Zənn edirik ki, bu vaxta qədər həmən pul “Kaspi” idarəsinə verilmişdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов