Привет Гейдар-бабе
حیدربابا ایلدیریملار شاخانداسئللر سولار شاققیلدییوب آخانداقیزلار اوْنا صف باغلییوب باخانداسلام اولسون شوْکتوْزه ائلوْزه !منیم دا بیر آدیم گلسین دیلوْزه
Heydərbaba, ildırımlar şaxanda,Sellər, sular şaqqıldayıb axanda,Qızlar ona səf bağlayıb baxanda,Salam olsun, şövkətizə elizə,Mənim də bir adım gəlsin dilizə.
حیدربابا ، کهلیک لروْن اوچانداکوْل دیبینن دوْشان قالخوب قاچانداباخچالارون چیچکلنوْب آچاندابیزدن ده بیر موْمکوْن اوْلسا یاد ائلهآچیلمیان اوْرکلری شاد ائله
Heydərbaba, kəkliklərin uçanda,Kol dibindən dovşan qalxib qaçanda,Baxçaların çiçəklənib açanda,Bizdən də bir mümkün olsa yad əylə,Açılmayan ürəkləri şad eylə.
بایرام یئلی چارداخلاری ییخاندانوْروز گوْلی ، قارچیچکی چیخانداآغ بولوتلار کؤینکلرین سیخاندابیزدن ده بیر یاد ائلییه ن ساغ اوْلسوندردلریمیز قوْی دیّکلسین ، داغ اوْلسون
Bayram yeli çardaxları yıxanda,Novruzgülü, qarçiçəyi çıxanda,Ağ buludlar köynəklərin sıxanda,Bizdən də bir yad eyləyən sağ olsun,Dərtlərimiz qoy dikəlsin dağ olsun.
حیدربابا ، گوْن دالووی داغلاسین !اوْزوْن گوْلسوْن ، بولاخلارون آغلاسین !اوشاخلارون بیر دسته گوْل باغلاسین !یئل گلنده ، وئر گتیرسین بویانابلکه منیم یاتمیش بختیم اوْیانا
Heydərbaba, gün dalıvı dağlasın,Üzün gülsün, bulağlarin ağlasın,Uşaqların bir dəstə gül bağlasın,Yel gəlende ver gətirsin bu yana,Bəlkə mənim yatmış bəxtim oyana.
حیدربابا ، سنوْن اوْزوْن آغ اوْلسون !دؤرت بیر یانون بولاغ او ْلسون باغ اوْلسون !بیزدن سوْرا سنوْن باشون ساغ اوْلسون !دوْنیا قضوْ-قدر ، اؤلوْم-ایتیمدیدوْنیا بوْیی اوْغولسوزدی ، یئتیمدی
Heydərbaba, sənin üzün ağ olsun,Dört bir yanın bulaq olsun bağ olsun,Bizdən sonra sənin başın sağ olsun,Dünya qəzov-qədər, ölüm itimdir,Dünya boyu oğulsuzdir, yetimdir.
حیدربابا ، یوْلوم سنن کج اوْلدیعؤمروْم کئچدی ، گلممه دیم ، گئج اوْلدیهئچ بیلمه دیم گؤزللروْن نئج اوْلدیبیلمزیدیم دؤنگه لر وار ، دؤنوْم وارایتگین لیک وار ، آیریلیق وار ، اوْلوْم وار
Heydərbaba, yolum səndən kəc oldu,Ömürüm keçdi, gələmmədim gec oldu,Heç bilmədim gözəllərin necə oldu.Bilməz idim döngələr var, dönüm var,İtkinlik var, ayrılıq var, ölüm var.
حیدربابا ، ایگیت اَمَک ایتیرمزعؤموْر کئچر ، افسوس بَرَه بیتیرمزنامرد اوْلان عؤمری باشا یئتیرمزبیزد ، واللاه ، اونوتماریق سیزلریگؤرنمسک حلال ائدوْن بیزلری
Heydərbaba, igid əmək itirməz,Ömür keçər, əfsus bəhrə bitirməz,Namərd olan ömrü başa yetirməz.Biz də vallah unutmarıq sizləri,Görəmməsək halal ədin bizləri.
حیدربابا ، میراژدر سَسلنندهکَند ایچینه سسدن - کوْیدن دوْشندهعاشیق رستم سازین دیللندیرندهیادوندادی نه هؤلَسَک قاچاردیمقوشلار تکین قاناد آچیب اوچاردیم
Heydərbaba, Mir Əjdər səslənəndə,Kənd içinə səsdən küydən düşəndə,Aşıq Rüstəm sazın dilləndirəndə,Yadındadır nə hövlənək qaçardım?Quşlar təkin qanad çalıb uçardım.
شنگیل آوا یوردی ، عاشیق آلماسیگاهدان گئدوب ، اوْردا قوْناق قالماسیداش آتماسی ، آلما ، هیوا سالماسیقالیب شیرین یوخی کیمین یادیمدااثر قویوب روحومدا ، هر زادیمدا
Şəngilava yurdu aşıq alması,Gah dan gedib orda qonaq qalması,Daş atması, alma, heyva salması,Qalıb şirin yuxu kimi yadımda,Əsər qoyub ruhumda hər zadımda.
حیدربابا ، قوری گؤلوْن قازلاریگدیکلرین سازاخ چالان سازلاریکَت کؤشنین پاییزلاری ، یازلاریبیر سینما پرده سی دیر گؤزوْمدهتک اوْتوروب ، سئیر ائده رم اؤزوْمده
Heydərbaba, Quru gölün qazları,Gədiklərin sazax çalan sazları,Kənd-kövşənin payızları, yazları,Bir sinema pərdəsidir gözümdə,Tək oturub seyr ədirəm özüm də.
حیدربابا ، قره چمن جاداسیچْووشلارین گَلَر سسی ، صداسیکربلیا گئدنلرین قاداسیدوْشسون بو آج یوْلسوزلارین گؤزوْنهتمدّونون اویدوخ یالان سؤزوْنه
Heydərbaba, Qaraçimən cadası,Çavuşların gələr səsi-sədası,Kərbəlaya gədənlərin qadası,Düşsün bu ac yolsuzların gözünə,Təməddünün uyduq yalan sözünə.
حیدربابا ، شیطان بیزی آزدیریبمحبتی اوْرکلردن قازدیریبقره گوْنوْن سرنوشتین یازدیریبسالیب خلقی بیر-بیرینن جانیناباریشیغی بلشدیریب قانینا
Heydərbaba, şeytan bizi azdırıb,Məhəbbəti ürəklərdə qazdırıb,Qara günün sərnövüştün yazdırıb,Salıb xalqı bir birinin canına,Barışığı bələndirib qanına.
گؤز یاشینا باخان اوْلسا ، قان آخمازانسان اوْلان خنجر بئلینه تاخمازآمما حئییف کوْر توتدوغون بوراخمازبهشتیمیز جهنّم اوْلماقدادیر !ذی حجّه میز محرّم اوْلماقدادیر !
Göz yaşına baxan olsa, qan axmaz,İnsan olan xəncər belinə taxmaz,Amma heyif , kor tutduğun buraxmaz.Behiştimiz cəhənnəm olmaqdadır,Zilhiccəmiz Məhərrəm olmaqdadır.
خزان یئلی یارپاخلاری تؤکندهبولوت داغدان یئنیب ، کنده چؤکندهشیخ الاسلام گؤزل سسین چکندهنیسگیللی سؤز اوْرکلره دَیَردیآغاشلار دا آللاها باش اَیَردی
Xəzan yeli yarpaqları tökəndə,Bulud dağdan yenib kəndə çökəndə,Şəyxülislam gözəl səsin çəkəndə,Nisgilli söz ürəklərə dəyərdi,Ağaşlar da Allaha baş əyərdi.
داشلی بولاخ داش-قومونان دوْلماسین !باخچالاری سارالماسین ، سوْلماسین !اوْردان کئچن آتلی سوسوز اولماسین !دینه : بولاخ ، خیرون اوْلسون آخارسانافقلره خُمار-خُمار باخارسان
Daşlıbulaq, daş-qumunan dolmasın,Baxçaları saralmasın, solmasın,Ordan keçən atlı susuz qalmasın,Deynə bulaq, xeyrin olsun, axarsan,Üfüqlərə xumar-xumar baxarsan.
حیدر بابا ، داغین ، داشین ، سره سیکهلیک اوْخور ، دالیسیندا فره سیقوزولارین آغی ، بوْزی ، قره سیبیر گئدیدیم داغ-دره لر اوزونیاوْخویئدیم : » چوْبان ، قیتر قوزونی «
Heydərbaba, dağın-daşın sərəsi,Kəklik oxur, dalısında fərəsi,Quzuların ağı, bozu, qərəsi,Bir gedəydim dağ dərələr uzunu,Oxuyaydım: "Çoban, qaytar quzunu!"
حیدر بابا ، سولی یئرین دوْزوْندهبولاخ قئنیر چای چمنین گؤزوندهبولاغ اوْتی اوْزَر سویون اوْزوْندهگؤزل قوشلار اوْردان گلیب ، گئچللرخلوتلیوْب ، بولاخدان سو ایچللر
Heydərbaba, Suluyerin düzündə,Bulaq qeynər çay-çəmənin gözündə,Bulaqotu üzər suyun üzündə,Gözəl quşlar ordan gəlib keçəllər,Xəlvətləyib bulaqdan su içəllər.
بیچین اوْستی ، سونبول بیچن اوْراخلارایله بیل کی ، زوْلفی دارار داراخلارشکارچیلار بیلدیرچینی سوْراخلاربیچین چیلر آیرانلارین ایچللربیرهوشلانیب ، سوْننان دوروب ، بیچللر
Biçin üstü sünbül biçən oraqlar,Eylə bil ki, zülfü darar daraqlar.Şikarçılar bildirçini soraqlar.Biçinçilər ayrannarın içəllər,Bir huşlanıb sondan durub biçəllər.
حیدربابا ، کندین گوْنی باتاندااوشاقلارون شامین ئییوب ، یاتانداآی بولوتدان چیخوب ، قاش-گؤز آتاندابیزدن ده بیر سن اوْنلارا قصّه دهقصّه میزده چوخلی غم و غصّه ده
Heydərbaba, kəndin günü batanda,Uşaqların şamın yeyib yatanda,Ay buluddan çıxıb qaş-göz atanda,Bizdən də bir sən onlara qissə de,Qissəmizdə çoxlu qəmu-qüssə de.
قاری ننه گئجه ناغیل دییَندهکوْلک قالخیب ، قاپ-باجانی دؤیَندهقورد گئچینین شنگوْلوْسون ییندهمن قاییدیب ، بیرده اوشاق اوْلئیدیمبیر گوْل آچیب ، اوْندان سوْرا سوْلئیدیم
Qarı nənə gecə nağıl deyəndə,Külək qalxıb qap-bacanı döyəndə,Qurd keçinin Şəngülünü yeyəndə,Mən qayıdıb bir də uşağ olaydım.Bir gül açıb onnan sora solaydım.
عمّه جانین بال بلله سین ییه ردیمسوْننان دوروب ، اوْس دوْنومی گییه ردیمباخچالاردا تیرینگَنی دییه ردیمآی اؤزومی اوْ ازدیرن گوْنلریم !آغاج مینیپ ، آت گزدیرن گوْنلریم !
Əmməcanın bal-bəhməzin yeyərdim.Sondan durub üst donumu geyərdim.Baxçalarda tiringəni deyərdim.Ay özümü o əzdirən günnərim,Qarğı minib at gəzdirən günnərim.
هَچی خالا چایدا پالتار یوواردیمَمَد صادق داملارینی سوواردیهئچ بیلمزدیک داغدی ، داشدی ، دوواردیهریان گلدی شیلاغ آتیب ، آشاردیقآللاه ، نه خوْش غمسیز-غمسیز یاشاردیق
Həçi xala çayda paltar yuvardı,Məmməd Sadıq damlarını suvardu,Heç bilməzdik dağdı, daşdı, duvardı,Hər yan gəlsə şıllaq atıb aşardıq,Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq.
شیخ الاسلام مُناجاتی دییه ردیمَشَدرحیم لبّاده نی گییه ردیمشْدآجلی بوْز باشلاری ییه ردیبیز خوْشودوق خیرات اوْلسون ، توْی اوْلسونفرق ائلَمَز ، هر نوْلاجاق ، قوْی اولسون
Şeyxəlislam münacatı deyərdi,Məşəd Rəhım ləbbadəni geyərdi,Məşədcəli bozbaşları yeyərdi,Biz xoş uduq, xəyrat olsun, toy olsun,Fərq eləməz, hər nə olacaq, qoy olsun!
ملک نیاز ورندیلین سالاردیآتین چاپوپ قئیقاجیدان چالاردیقیرقی تکین گدیک باشین آلاردیدوْلائیا قیزلار آچیپ پنجرهپنجره لرده نه گؤزل منظره !
Məlik Niyaz vərəndilin salardı,Atın çapıp, geydacıdan çalardı,Qırxı təkin gədik başın alardı,Dolayıya qızlar açıp pəncərə,Pəncərələrdə nə gözəl mənzərə!
حیدربابا ، کندین توْیون توتانداقیز-گلینلر ، حنا-پیلته ساتاندابیگ گلینه دامنان آلما آتاندامنیم ده اوْ قیزلاروندا گؤزوم وارعاشیقلارین سازلاریندا سؤزوم وار
Heydərbaba, kəndin toyun tutanda,Qız-gəlinlər həna, piltə satanda,Bəy gəlinə damdan alma atanda,Mənim də o qızlarında gözüm var,Aşıqların sazlarında sözüm var.
حیدربابا ، بولاخلارین یارپیزیبوْستانلارین گوْل بَسَری ، قارپیزیچرچیلرین آغ ناباتی ، ساققیزیایندی ده وار داماغیمدا ، داد وئررایتگین گئدن گوْنلریمدن یاد وئرر
Heydərbaba, bulaqların yarpuzu,Bostanların gülbəsəri, qarpuzu,Çərçilərin ağ nabatı, sakqızı,İndi də var damağımda dad verər,İtgin gedən günlərimdən yad verər.
بایرامیدی ، گئجه قوشی اوخوردیآداخلی قیز ، بیگ جوْرابی توْخوردیهرکس شالین بیر باجادان سوْخوردیآی نه گؤزل قایدادی شال ساللاماق !بیگ شالینا بایراملیغین باغلاماق !
Bayram idi, gecəquşu oxurdu,Adaxlı qız bəy corabı toxurdu,Hər kəs şalın bir bacadan soxurdu.Ay nə gözəl qaydaydı şal sallamaq.Bəy şalına bayramlığın bağlamaq.
شال ایسته دیم منده ائوده آغلادیمبیر شال آلیب ، تئز بئلیمه باغلادیمغلام گیله قاشدیم ، شالی ساللادیمفاطمه خالا منه جوراب باغلادیخان ننه می یادا سالیب ، آغلادی
Şal istədim mən də evdə ağladım,Bir şal alıb tez belimə bağladım,Qulamgilə qaşdım, şalı salladım,Fatma xala mənə corab bağladı,Xan nənəmi yada salıb ağladı.
حیدربابا ، میرزَممدین باخچاسیباخچالارین تورشا-شیرین آلچاسیگلینلرین دوْزمه لری ، طاخچاسیهی دوْزوْلر گؤزلریمین رفیندهخیمه وورار خاطره لر صفینده
Heydərbaba, Mirzəməmmədin baxçası,Baxçaların turşaşirin alçası,Gəlinlərin düzmələri, taxçası,Hey düzülür gözlərimin rəfində,Heymə vurur xatirələr səfində.
بایرام اوْلوب ، قیزیل پالچیق اَزَللرناققیش ووروب ، اوتاقلاری بَزَللرطاخچالارا دوْزمه لری دوْزللرقیز-گلینین فندقچاسی ، حناسیهَوَسله نر آناسی ، قایناناسی
Bayram olub qızıl palçıq əzəllər,Nakqış vurub otaqları bəzəllər,Taxçalara düzmələri düzəllər,Qız-gəlinin fındıqcası, hənası,Həvəslənər anası, qaynanası.
باکی چی نین سؤزی ، سوْوی ، کاغیذیاینکلرین بولاماسی ، آغوزیچرشنبه نین گیردکانی ، مویزیقیزلار دییه ر : » آتیل ماتیل چرشنبهآینا تکین بختیم آچیل چرشنبه «
Bakiçinin sözü-sozu, kağızı,İnəklərin bulaması, ağızı,Çərşənbənin girdəkanı, mövizi,Qızlar dəyər: " Atıl-matıl çərşənbə,Ayna təkin baxtım açıl çərşənbə"
یومورتانی گؤیچک ، گوللی بوْیاردیقچاققیشدیریب ، سینانلارین سوْیاردیقاوْیناماقدان بیرجه مگر دوْیاردیق ؟علی منه یاشیل آشیق وئرردیارضا منه نوروزگوْلی درردی
Yumurtanı göyçək güllü boyardıq,Çakqışdırıb sınanları soyardıq,Oynamaqdan bircə məgər doyardıq ?Əli mənə yaşıl aşıq vərərdi,İrza mənə Novruzgülü dərərdi.
نوْروز علی خرمنده وَل سوْرردیگاهدان یئنوب ، کوْلشلری کوْرردیداغدان دا بیر چوْبان ایتی هوْرردیاوندا ، گؤردن ، اولاخ ایاخ ساخلادیداغا باخیب ، قولاخلارین شاخلادی
Novruzəli xərməndə vəl sürərdi,Gahdan yenib küləşlərin kürərdi.Dağdan da bir çoban iti hürərdi.Onda gördün ulaq ayaq saxladı,Dağa baxıb qulaqların şaxladı.
آخشام باشی ناخیرینان گلندهقوْدوخلاری چکیب ، وورادیق بندهناخیر گئچیب ، گئدیب ، یئتنده کندهحیوانلاری چیلپاق مینیب ، قوْواردیقسؤز چیخسایدی ، سینه گریب ، سوْواردیق
Axşambaşı naxır ılan gələndə,Qoduqları çəkib vurardıq bəndə,Naxır keçib gedib yetəndə kəndə,Heyvanları çılpaq minib qovardıq,Söz cıxsaydı sinə gərib sovardıq.
یاز گئجه سی چایدا سولار شاریلدارداش-قَیه لر سئلده آشیب خاریلدارقارانلیقدا قوردون گؤزی پاریلدارایتر ، گؤردوْن ، قوردی سئچیب ، اولاشدیقورددا ، گؤردو ْن ، قالخیب ، گدیکدن آشدی
Yaz gəcəsi çayda sular şarıldar.Daş-qayalar seldə aşıb harıldar.Qaranlıgda qurdun gözü parıldar.İtlər gördün, qurdu seçib ulaşdı,Qurd da gördün, qalxıb gədikdən aşdı.
قیش گئجه سی طؤله لرین اوْتاغیکتلیلرین اوْتوراغی ، یاتاغیبوخاریدا یانار اوْتون یاناغیشبچره سی ، گیردکانی ، ایده سیکنده باسار گوْلوْب - دانیشماق سسی
Qış gecəsi tövlələrin otağı,Kəndilərin oturağı, yatağı,Buxarıda yanar odun yanağı,Şəbçərəsi, girdəkanı, iydəsi,Kəndi basar gülüb-oynamaq səsi.
شجاع خال اوْغلونون باکی سوْقتیدامدا قوران سماواری ، صحبتییادیمدادی شسلی قدی ، قامتیجؤنممه گین توْیی دؤندی ، یاس اوْلدیننه قیزین بخت آیناسی کاس اوْلدی
Şüca xaloğlunun Bakı sövqəti,Damda qurar samavarı, söhbəti,Yadımdadır səsi, qəddi, qaməti,Cünəmmədin toyu döndü yas oldu.Nənəqızın bəxt aynası kas oldu.
حیدربابا ، ننه قیزین گؤزلریرخشنده نین شیرین-شیرین سؤزلریترکی دئدیم اوْخوسونلار اؤزلریبیلسینلر کی ، آدام گئدر ، آد قالاریاخشی-پیسدن آغیزدا بیر داد قالار
Heydərbaba, Nənəqızın gözləri,Rəxşəndənin şirin-şirin sozləri,Türki dedim, oxusunlar ozləri,Bilsinlər ki, adam gedər ad qalar,Yaxşı-pisdən ağızda bir dad qalar.
یاز قاباغی گوْن گوْنئیی دؤیَندهکند اوشاغی قار گوْلله سین سؤیَندهکوْرکچی لر داغدا کوْرک زوْیَندهمنیم روحوم ، ایله بیلوْن اوْردادورکهلیک کیمین باتیب ، قالیب ، قاردادور
Yaz qabağı gün güneyi dövəndə,Kənd uşağı qar gülləsin sevəndə,Kürəkçilər dağda kürək züvəndə,Mənim ruhum eylə bilin ordadır,Kəklik kimi batıb qalıb qardadır.
قاری ننه اوزاداندا ایشینیگوْن بولوتدا اَییرردی تشینیقورد قوْجالیب ، چکدیرنده دیشینیسوْری قالخیب ، دوْلائیدان آشاردیبایدالارین سوْتی آشیب ، داشاردی
Qarı nənə uzadanda işini,Gün bulutda əyirərdi teşini,Qurd qocalıb çəkdirəndə dşini,Sürü qalxıb dolayıdan aşardı,Baydaların südü aşıb daşardı.
خجّه سلطان عمّه دیشین قیساردیملا باقر عم اوغلی تئز میساردیتندیر یانیب ، توْسسی ائوی باساردیچایدانیمیز ارسین اوْسته قایناردیقوْورقامیز ساج ایچینده اوْیناردی
Həccə Sultan əmmə, dişin qısardı,Molla Bağır əmoğlu tez mısardı,Təndir yanıb tüssü övü basardı,Çaydanımız ersin üstə qaynardı,Qovurqamız sac içində oynardı.
بوْستان پوْزوب ، گتیرردیک آشاغیدوْلدوریردیق ائوده تاختا-طاباغیتندیرلرده پیشیرردیک قاباغیاؤزوْن ئییوْب ، توخوملارین چیتداردیقچوْخ یئمکدن ، لاپ آز قالا چاتداردیق
Bostan pozub gətirirdik aşağı,Doldururduq övdə taxta-tabağı,Təndirlərdə pişirərdik qabağı,Özün yeyib toxumların çıtdardıq,Çox yeməkdən lap az qala çatdardıq.
ورزغان نان آرموت ساتان گلندهاوشاقلارین سسی دوْشردی کندهبیزده بویاننان ائشیدیب ، بیلندهشیللاق آتیب ، بیر قیشقریق سالاردیقبوغدا وئریب ، آرموتلاردان آلاردیق
Vərziğandan armut satan gələndə,Uşaqların səsi düşərdi kəndə,Biz də bu yandan eşidib biləndə,Şıllaq atıp bir qışqırıq salardıq,Buğda verip armutlardan alardıq.
میرزاتاغی نان گئجه گئتدیک چایامن باخیرام سئلده بوْغولموش آیابیردن ایشیق دوْشدی اوْتای باخچایاای وای دئدیک قورددی ، قئیتدیک قاشدیقهئچ بیلمه دیک نه وقت کوْللوکدن آشدیق
Mirza Tağıynan gecə getdik çaya,Mən baxıram seldə boğulmuş aya,Birdən işıq düşdü o tay baxçaya,"Ey vay"-dədik-"qurtdur", qəyitdik qaşdıq.Heç bilmədik nə vaxt küllüktən aşdıq.
حیدربابا ، آغاجلارون اوجالدیآمما حئییف ، جوانلارون قوْجالدیتوْخلیلارون آریخلییب ، آجالدیکؤلگه دؤندی ، گوْن باتدی ، قاش قَرَلدیقوردون گؤزی قارانلیقدا بَرَلدی
Heydərbaba, ağacların ucaldı,Amma heyif cavanların qocaldı,Toxluların arıqlayıb acaldı,Kölgə döndü, gün batdı, qaş qərəldi.Qurdun gözü qaranlıqda bərəldi.
ائشیتمیشم یانیر آللاه چیراغیدایر اوْلوب مسجدیزوْن بولاغیراحت اوْلوب کندین ائوی ، اوشاغیمنصورخانین الی-قوْلی وار اوْلسونهاردا قالسا ، آللاه اوْنا یار اوْلسون
Eşitmişəm yanır Allah çırağı,Dayir olup məscidizin bulağı,Rahat olup kəndin əvi, uşağı,Mənsur Xanın əli qolu var olsun !Harda qalsa Allah ona yar olsun !
حیدربابا ، ملا ابراهیم وار ، یا یوْخ ؟مکتب آچار ، اوْخور اوشاقلار ، یا یوْخ ؟خرمن اوْستی مکتبی باغلار ، یا یوْخ ؟مندن آخوندا یتیررسن سلامادبلی بیر سلامِ مالاکلام
Heydərbaba, Mol İbrahim var, ya yox ?Məktəb açar, oxur uşaqlar, ya yox ?Xərmən üstü məktəbi bağlar, ya yox ?Məndən axunda yetirərsən salam.Ədəbli bir salamı-ma la-kalam.
خجّه سلطان عمّه گئدیب تبریزهآمما ، نه تبریز ، کی گلممیر بیزهبالام ، دورون قوْیاخ گئداخ ائممیزهآقا اؤلدی ، تو فاقیمیز داغیلدیقوْیون اوْلان ، یاد گئدوْبَن ساغیلدی
Həccə Sultan əmmə gedib Təbrizə.Amma nə Təbriz ki, gələmmir bizə.Balam durun, qoyaq gedək əmmizə.Ağa öldü tufağımız dağıldı.Qoyun olan yad gedübən sağıldı.
حیدربابا ، دوْنیا یالان دوْنیادیسلیماننان ، نوحدان قالان دوْنیادیاوغول دوْغان ، درده سالان دوْنیادیهر کیمسَیه هر نه وئریب ، آلیبدیافلاطوننان بیر قوری آد قالیبدی
Heydərbaba, dünya yalan dünyadır,Süleymandan. Nuhdan qalan dünyadır,Oğul doğan dərdə salan dünyadır,Hər kimsəyə hər nə verib alıbdır.Əflatundan bir quru ad qalıbdır.
حیدربابا ، یار و یولداش دؤندوْلربیر-بیر منی چؤلده قوْیوب ، چؤندوْلرچشمه لریم ، چیراخلاریم ، سؤندوْلریامان یئرده گؤن دؤندی ، آخشام اوْلدیدوْنیا منه خرابهٔ شام اوْلدی
Heydərbaba, yaru-yoldaş döndülər.Bir də məni çöldə qoyub çöndülər.Çeşmələrim, çıraqlarım söndülər.Yaman yerdə gün döndü, axşam oldu,Dünya mənə xərabəyi-Şam oldu.
عم اوْغلینان گئدن گئجه قیپچاغاآی کی چیخدی ، آتلار گلدی اوْیناغادیرماشیردیق ، داغلان آشیردیق داغامش ممی خان گؤی آتینی اوْیناتدیتفنگینی آشیردی ، شاققیلداتدی
Əmoğluynan gedən gece Qıpcağa,Ay ki, cıxdı atlar gəldi oynağa,Dırmaşardıq, dağdan aşarıq dağa.Məşməmi Xan, göy atını oynatdı,Tüfəngini aşırdı, şakqıldatdı.
حیدربابا ، قره کوْلون دره سیخشگنابین یوْلی ، بندی ، بره سیاوْردا دوْشَر چیل کهلیگین فره سیاوْردان گئچر یوردوموزون اؤزوْنهبیزده گئچک یوردوموزون سؤزوْنه
Heydərbaba, Qara Kolün dərəsi,Xoşqənabın yolu, bəndi, bərəsi,Orda düşər çil kəkliyin fəresi,Ordan keçər yurdumuzun özünə,Biz də keçək yurdumuzun sözünə
خشگنابی یامان گوْنه کیم سالیب ؟سیدلردن کیم قیریلیب ، کیم قالیب ؟آمیرغفار دام-داشینی کیم آلیب ؟بولاخ گنه گلیب ، گؤلی دوْلدورور ؟یا قورویوب ، باخچالاری سوْلدورور ؟
Xoşqənabı yaman günə kim salıb ?Seyyidlərdən kim qırılıb, kim qalıb ?Amir Qaffar dam-daşını kim alıb ?Bulaq ginə gəlib gölü doldurur ?Ya quruyub baxçaları soldurur ?
آمیر غفار سیدلرین تاجییدیشاهلار شکار ائتمه سی قیقاجییدیمَرده شیرین ، نامرده چوْخ آجییدیمظلوملارین حقّی اوْسته اَسَردیظالم لری قیلیش تکین کَسَردی
Amir Qaffar seyyidlərin tacıydı,Şahlar şikar etməsi qeyqacıydı,Mərdə şirin, namərdə cox acıydı,Məzlumların hakqı üstə əsərdi,Zalımları qılış təkin kəsərdi.
میر مصطفا دایی ، اوجا بوْی باباهیکللی ،ساققاللی ، توْلستوْی باباائیلردی یاس مجلسینی توْی باباخشگنابین آبروسی ، اَردَمیمسجدلرین ، مجلسلرین گؤرکَمی
Mir Mustafa dayı, uca boy baba,Heykəlli, sakqallı Tolustoy baba,Eyləyərdi yas meclisin toy baba,Xoşqənabın abırrısı, ərdəmi,Mescidlerin, meclislerin görkemi.
مجدالسّادات گوْلردی باغلارکیمیگوْروْلدردی بولوتلی داغلارکیمیسؤز آغزیندا اریردی یاغلارکیمیآلنی آچیق ، یاخشی درین قاناردییاشیل گؤزلر چیراغ تکین یاناردی
Məcdüssadat gülerdi bağlar kimi,Guruldardı bulutlu dağlar kimi,Söz ağzında ərirdi yağlar kimi,Alnı açıq, yaxşı, dərin qanardı,Yaşıl gözlər çıraq təkin yanardı.
منیم آتام سفره لی بیر کیشییدیائل الیندن توتماق اوْنون ایشییدیگؤزللرین آخره قالمیشییدیاوْننان سوْرا دؤنرگه لر دؤنوْبلرمحبّتین چیراخلاری سؤنوْبلر
Mənim atam süfrəli bir kişiydi,El əlindən tutmaq onun işiydi,Gözəllərin axıra qalmışıydı,Ondan sora dönərgələr dönüplər,Məhəbbətin çıraqları sönüplər.
میرصالحین دلی سوْلوق ائتمه سیمیر عزیزین شیرین شاخسِی گئتمه سیمیرممّدین قورولماسی ، بیتمه سیایندی دئسک ، احوالاتدی ، ناغیلدیگئچدی ، گئتدی ، ایتدی ، باتدی ، داغیلدی
Mir Salehin dəlisovluq etməsi,Mir Əzizin şirin şaxsey getməsi,Mir Məmmədin qurulması, bitməsi,İndi desək əhvalatdı, nağıldı,Keçdi, getdi, itdi, batdı, dağıldı.
میر عبدوْلوْن آیناداقاش یاخماسیجؤجیلریندن قاشینین آخماسیبوْیلانماسی ، دام-دوواردان باخماسیشاه عبّاسین دوْربوْنی ، یادش بخیر !خشگنابین خوْش گوْنی ، یادش بخیر !
Mir Əbdülün aynada qaş yaxması,Cövcülerinden qaşının axması,Boylanması, dam-duvardan baxması,Şah Abbasın dürbünü yadəş bəxeyr !Xöşqənabın xoş günü, yadəş bəxeyr !
ستاره عمّه نزیک لری یاپاردیمیرقادر ده ، هر دم بیرین قاپاردیقاپیپ ، یئیوْب ، دایچاتکین چاپاردیگوْلمه لیدی اوْنون نزیک قاپپاسیعمّه مینده ارسینینین شاپپاسی
Sitar emme, nəzikleri yapardı,Mir Qadir də hər dəm birin qapardı,Qapıp yeyip, dayca təkin çapardı,Gülmeliydi onun nəzik qappası,Əmmənin de ərsininin şappası.
حیدربابا ، آمیر حیدر نئینیوْر ؟یقین گنه سماواری قئینیوْردای قوْجالیب ، آلت انگینن چئینیوْرقولاخ باتیب ، گؤزی گیریب قاشینایازیق عمّه ، هاوا گلیب باشینا
Heydərbaba, Amir Heydər neyniyür ?Yine yə'qin samovarı qeyniyür.Day qocalıb alt əngiynən çeyniyür.Qulaq batıp, gözü girib qaşına,Yazıq əmme, hava gəlib başına.
خانم عمّه میرعبدوْلوْن سؤزوْنیائشیدنده ، ایه ر آغز-گؤزوْنیمَلْکامِدا وئرر اوْنون اؤزوْنیدعوالارین شوخلوغیلان قاتاللاراتی یئیوْب ، باشی آتیب ، یاتاللار
Xanım əmmə Mir Əbdülün sözünü,Eşidəndə əyər ağzı-gözünü,Məlkamıda verər onun üzünü,Davaların şuxluq ulan qatallar,Əti yeyip, başı atib yatallar.
فضّه خانم خشگنابین گوْلییدیآمیریحیا عمقزینون قولییدیرُخساره آرتیستیدی ، سؤگوْلییدیسیّد حسین ، میر صالحی یانسیلارآمیرجعفر غیرتلی دیر ، قان سالار
Fizzə xanım Xoşqənabın gülüydü.Amir Yahya əmqızının quluydu.Rüxsarə artist idi, sevgiliydi.Seyyid Hüseyn Mir Salehi yamsılar,Amir Cəfər qeyrətlidir, qan salar.
سحر تئزدن ناخیرچیلار گَلَردیقوْیون-قوزی دام باجادا مَلَردیعمّه جانیم کؤرپه لرین بَلَردیتندیرلرین قوْزاناردی توْسیسیچؤرکلرین گؤزل اییی ، ایسیسی
Səhər tezdən naxırçılar gələrdi,Qoyun -quzu, dam-bacada mələrdi,Əmmə Canım körpələrin bələrdi.Təndirlərin qavsanardı tüssüsü,Çörəklərin gözəl iyi, issisi.
گؤیرچینلر دسته قالخیب ، اوچاللارگوْن ساچاندا ، قیزیل پرده آچاللارقیزیل پرده آچیب ، ییغیب ، قاچاللارگوْن اوجالیب ، آرتارداغین جلالیطبیعتین جوانلانار جمالی
Göyərçinler dəstə qalxıp uçallar,Gün saçanda qızıl pərdə açallar,Qızıl pərdə açıp yığıp qaçallar.Gün ucalıp artar dağın cəlalı,Təbiətin cavanlanar cəmalı.
حیدربابا ، قارلی داغلار آشانداگئجه کروان یوْلون آزیب ، چاشاندامن هارداسام ، تهراندا یا کاشاندااوزاقلاردان گؤزوم سئچر اوْنلاریخیال گلیب ، آشیب ، گئچر اوْنلاری
Heydərbaba, qarlı dağlar aşanda,Gecə kərvan yolun azıp çaşanda,Mən hardasam, Tehranda ya Kaşanda,Uzaqlardan gözüm seçər onları,Xiyal gəlip aşıp keçər onları.
بیر چیخئیدیم دام قیه نین داشینابیر باخئیدیم گئچمیشینه ، یاشینابیر گورئیدیم نه لر گلمیش باشینامنده اْونون قارلاریلان آغلاردیمقیش دوْندوران اوْرکلری داغلاردیم
Bir çıxaydım Damqayanın daşına,Bir baxaydım keçmişinə, yaşına,Bir görəydim nələr gəlmiş başına.Mən də onun qarlarıynan ağlardım,Qış donduran ürəkleri dağlardım.
حیدربابا ، گوْل غنچه سی خنداندیآمما حئیف ، اوْرک غذاسی قاندیزندگانلیق بیر قارانلیق زینداندیبو زیندانین دربچه سین آچان یوْخبو دارلیقدان بیرقورتولوب ، قاچان یوْخ
Heydərbaba, gül qönçəsi xəndandir,Amma heyif, ürek qəzası qandır,Zindəganlıq bir qaranlıq zindandir,Bu zindanın dəriçəsin açan yox,Bu darlıqdan bir qurtulub qaçan yox.
حیدربابا گؤیلر بوْتوْن دوماندیگونلریمیز بیر-بیریندن یاماندیبیر-بیروْزدن آیریلمایون ، آماندییاخشیلیغی الیمیزدن آلیبلاریاخشی بیزی یامان گوْنه سالیبلار
Heydərbaba, göylər bütün dumandır,Günlərimiz birbirindən yamandır,Birbirizdən ayrılmayın amandır,Yaxşılığı əlimizden alıplar,Yaxşı bizi yaman günə salıplar.
بیر سوْروشون بو قارقینمیش فلکدننه ایستیوْر بو قوردوغی کلکدن ؟دینه گئچیرت اولدوزلاری الکدنقوْی تؤکوْلسوْن ، بو یئر اوْزی داغیلسینبو شیطانلیق قورقوسی بیر ییغیلسین
Bir soruşun bu qarğımış felekden,Nə istiyir bu qurduğu kələkdən ?!Deynə keçirt ulduzları ələktən.Qoy tökülsün bu yer üzü dağılsın.Bu şeytanlıq qurğusu bir yıxılsın.
بیر اوچئیدیم بو چیرپینان یئلیننباغلاشئیدیم داغدان آشان سئلیننآغلاشئیدیم اوزاق دوْشَن ائلیننبیر گؤرئیدیم آیریلیغی کیم سالدیاؤلکه میزده کیم قیریلدی ، کیم قالدی
Bir uçaydım bu çırpınan yelinən,Bağlaşaydım dağdan aşan selinən,Ağlaşaydım uzaq düşen elinən,Bir görəydim ayrılığı kim saldı ?Ölkəmizdə kim qırılıp, kim qaldı ?
من سنون تک داغا سالدیم نَفَسیسنده قئیتر ، گوْیلره سال بو سَسیبایقوشوندا دار اوْلماسین قفسیبوردا بیر شئر داردا قالیب ، باغیریرمروّت سیز انسانلاری چاغیریر
Mən sənin tək dağa saldım nəfəsi,Sən də qeytər göylərə sal bu səsi,Bayquşun da dar olmasın qəfəsi,Burda bir şir darda qalıp bağırır.Mürüvvətsiz insanları çağırır.
حیدربابا ، غیرت قانون قاینارکنقره قوشلار سنن قوْپوپ ، قالخارکناوْ سیلدیریم داشلارینان اوْینارکنقوْزان ، منیم همّتیمی اوْردا گؤراوردان اَییل ، قامتیمی داردا گؤر
Hedərbaba, qeyrət qanın qaynarkən,Qaraquşlar səndən qopup qalxarkən,O sıldırım daşlarınnan oynarkən,Qavzan mənim himmətimi orda gör,Ordan əyil qamətimi darda gör.
حیدربابا . گئجه دورنا گئچندهکوْراوْغلونون گؤزی قارا سئچندهقیر آتینی مینیب ، کسیب ، بیچندهمنده بوردان تئز مطلبه چاتمارامایوز گلیب ، چاتمیونجان یاتمارام
Heydərbaba, gecə durna keçəndə,Koroğlunun gözü qara seçəndə,Qıratını minip kəsip biçəndə,Mən də burdan tez mətləbə çatmaram,Eyvaz gəlip çatmayıncan yatmaram.
حیدربابا ، مرد اوْغوللار دوْغگیناننامردلرین بورونلارین اوْغگینانگدیکلرده قوردلاری توت ، بوْغگینانقوْی قوزولار آیین-شایین اوْتلاسینقوْیونلارون قویروقلارین قاتلاسین
Heydərbaba, merd oğullar doğginən,Namərdlərin burunnarın oğginən,Gədiklərdə qurdları dut boğginən,Qoy quzular ayın-şayın otlasın,Qoyunların quyruqların qatlasın.
حیدربابا ، سنوْن گؤیلوْن شاد اوْلسوندوْنیا وارکن ، آغزون دوْلی داد اوْلسونسنن گئچن تانیش اوْلسون ، یاد اوْلسوندینه منیم شاعر اوْغلوم شهریاربیر عمر دوْر غم اوْستوْنه غم قالار
Heydərbaba, sənin göylün şad olsun,Dünya varkən ağzın dolu dad olsun,Səndən keçən tanış olsun, yad olsun,Deynə menim şair oğlum Şəhriyar,Bir ömürdür, qəm üstünə qəm qalar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sehriyar-heyderbabaya-salam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
وز باد جفای دهر ناخَوش باشی
دلا ز بختِ بدِ من علی قلی خان رفتدریغ و درد که از دست بیست تومان رفت
Qəzəl: Bəh, baharın yenə gəldi yelin həmhəməsiBəh, baharın yenə gəldi yelin həmhəməsiQış keçib getdi o qar və külək və dəmdəməsi
Di gəlsinSənə qurban olum, səadətli xoca,Qərib xan dadaşıma di gəlsin,