جانا گلمیشیک بیز بو جانان الیندنکه نه انس امان تاپدی نه جان الیندن

Cana gəlmişik biz bu canan əlindənKi nə ins aman tapdı, nə can əlindən

مسلمانه باخ، دین و ایمان قان آغلیربو دین سیز، ایمان سیز مسلمان الیندن

Müsəlmana bax, din və iman qan ağlırBu dinsiz, imansız müsəlman əlindən

بو شیطاندی، بیز آدمی گویده تولارقاچا بیلمز آدم بو شیطان الیندن

Bu şeytandı, biz Adəmi göydə tolarQaça bilməz Adəm bu şeytan əlindən

آلار اول ایمانی، سونداندا جانینه ایمان قالار دیبده نه جان الیندن

Alar ol imanı, sondan da canıNə iman qalar dibdə, nə can əlindən

قاریشقا کیمی دئو نژادی قیمیلدیرکه خاتم چیخیب دیر سلیمان الیندن

Qarışqa kimi div nijadı qımıldırKi xatəm çıxıbdır Süleyman əlindən

بادمجان چوخی بازیلاردا کوچوکلردا ترپشمک اولماز بادیمجان الیندن

Badımcan çoxu bazılarda kiçiklərDa tərpəşmək olmaz badımcan əlindən

خوروز تک بیزی دنله ییب قورتایبدیرچینه قالماییب نو چیکدان الیندن

Xoruz tək bizi dənləyib qurtarıbdırÇinə qalmayıb nə çikdan əlindən

پناه اولسا بیز خلقه کافر، قوی اولسونسیخینتی دوشه ک کفره، ایمان الیندن

Pənah olsa biz xalqa kafir, qoy olsunSıxıntı düşək küfrə, iman əlindən

گئدیب چٶلده کی حیوانا یالواردیقکه گلسین، بیزی آلسین اینسان الیندن

Gedib çöldə ki heyvana yalvardıqKi gəlsin, bizi alsın insan əlindən

ائله تورشادیب ایرانین عیرانین کهگٶزللر گٶزی یاشدی ایران الیندن

Elə turşadıb İranın ayranın kiGözəllər gözü yaşdı İran əlindən

سالیب دیر اله، سانکی موسا عصاسینقاچیر اژدها لر، بو ثعبان الیندن

Salıbdır ələ, sanki Musa əsasınQaçır əjdahalar, bu su'ban əlindən

نه سلطانلار اولوش الینده اویونجاقنه گلسین اویونجاقلی سلطان الیندن

Nə sultanlar olmuş əlində oyuncaqNə gəlsin oyuncaqlı sultan əlindən

بئش- اوچ باش بیله ن ده قالیرسا، اوشاق تکقاچیب گیزله نیب لر، بوخورتان الیندن

Beş-üç baş bilən də qalırsa, uşaq təkQaçıb gizlənibilər, bu xortan əlindən

ائویم زندانیم، مٲموریم ٲوز ایچیمدههاراقاچسین اینسان بو زندانالیندن

Evim zindanım, məmurum öz içimdəHara qaçsın insan bu zindan əlindən

بیزاینسان اولاق، یا که حیوان، امان یوقنه اینسان قوتارمیش، نه حیوان الیندن

Biz insan olaq, ya ki heyvan, aman yoxNə insan qurtarmış, nə heyvan əlindən

نه دئولر که قیطانلا زنجیر له نیب لرقنف لر قیریلمیش بو قیطان الیندن

Nə divlər ki qaytanla zəncirlənibilərQənflər qırılmış bu qaytan əlindən

سالیب خلقی درمان آدیلن نه دردهکه درد آغلاییر بیله درمان الیندن

Salıb xalqı dərman adilən nə dərdəKi dərd ağlayır belə dərman əlindən

او بیگ خان یازیقلار نه اینسانیمیشلارعبث آغلیاردیقاو بیگ خان الیندن

O bəy-xan yazıqlar nə insanımışlarƏbəs ağlayardıq o bəy-xan əlindən

وئرردیک قدیم دیوانا عرضه، ایندیکیمه عرضه وئرمک بو دیوان الیندن؟

Verərdik qədim divana ərzə, indiKimə ərzə vermək bu divan əlindən?

نه طوفانه راست گلمیشیک بیز، مگر نوحگله قورتارا خلقی طوفان الیندن

Nə tufana rast gəlmişik biz, məgər NuhGələ qurtara xalqı tufan əlindən

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов