Bir göz qırpımında on-on beş atəş açılır, zülmətin bağrıyla uçuşan odlu mərmilər, az qala, havada toqquşurdu. Əvvəlcə üstümüzə gələn zirehli texnikanı, ardınca piyadaları atəşə tuturduq. Səngər düşmən tərəfdən yaxşı möhkəmləndirilməmişdi, mövqe tutmaq asan deyildi. Yenə də kürəyimizi yamaclara söykəyib müqavimət göstərirdik. Özümü Murovun başındakı səngərini axıracan tərk etməyən Cabir kimi hiss edirdim. Sinəm fəxrlə qabarırdı.

“Geri çəkilmirik!”

Əsgərlər səsimi güclə eşidirdi. Mən səsimdən və dediyim sözdən çox hərəkətlərimlə nə etmək lazım olduğunu göstərirdim. İçimlə bir komandir danışır, əlimlə bir əsgər döyüşürdü.

Ölümü lap yaxınlığımda hiss eləsəm də, atışmanın bitməsini istəmirdim. Bu günü düz iyirmi beş il gözləmişdim.

“Pulemyot!” - piyadalar hücum edəndə bu əmri verirdim və hamıdan əvvəl özüm güllə yağdırmağa başlayırdım.

“Qumbaraatan!” - tanklar görünəndə qışqırırdım. Bəzənsə, avtomatı yerə qoyub qumbaraatanı götürürdüm. Tankları tırtılından vuranda yerindəcə qalırdı.

“Qumbara!” - gözləmədiyim cinahdan həmlə olanda əlimi o istiqamətə uzadıb nişangahı göstərirdim.

Hava işıqlanırdı. Hava işıqlandıqca hədəf kimi daha aydın görünürdük. Lakin bu, düşmənin də işini çətinləşdirirdi. Demək olar, patronumuz havayı getmirdi. Vururduq, yıxılırdılar, arxadan yenə gəlirdilər. Yenə vururduq, yenə yıxılırdılar. Bir addıma on əsgər vermək bahasına da olsa, səngəri ələ keçirmək istəyirdilər.

Patronumuz azalırdı.

“Kömək gələnəcən postu əldən verməyəcəyik!”

Heç nəyə baxmadan əsgərləri ürəkləndirirdim.

“Bu, bizim üçün şərəf-ləyaqət məsələsidir!”

Dodaqlarım əsirdi; həm həyəcandan, həm sevincdən.

Qumbaralar qurtardı.

Qumbaraatanlar susdu.

İri bir tank nəriltiylə dayandığımız yamaca qalxdı. Elə bil, mərmilərimizin bitdiyini anlamışdı. Yanındakı piyadaları sərrast atəşlə yerə sərdim. Tank ölən əsgərlərə məhəl qoymadan, hətta bir neçəsini altına alıb xışlayaraq irəli gəldi, onu yalnız sinəmlə saxlaya bilərdim. Səngərdən qalxıb döşümü qabağa verdim və son güllələrimi tankın üstünə yağdırdım. Tank da atəş açdı, mərmi lap yaxınlığıma düşüb partladı və sinəmə odlu qığılcımlar sancıldı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, 30. Komandir

İnanmayacaqsınız, gecə təlimində Əsgər Rəfiyev ağlagəlməz qəhrəmanlıq göstərdi. Sən demə, itlərdən qorxmurmuş və onları ovsunlamağın yolunu bilirmiş. Beş-altı itin hamısını o tutdu. Qarovuldakı əsgərləri isə Qırğı ilə Səfərov götürdülər. Heç cınqırlarını çıxarmağa imkan vermədilər.Gecə təlimindən sonra Gizir Səfərovun Əsgər Rəfiyevlə amansız zarafatları yenidən alovlandı. O, məni yanlayıb fınxıra-fınxıra deyirdi:

20183 мин
Üçüncü hissə, 31. Gizir Səfərov

Doğrudan da yorulmuşdum. Gör neçə il idi, səngərlərdəydim. Taa 91-ci ildən. Beş ildən artıq eləyirdi. Bəs idi. Evə qayıdıb bir iş tapmaq, ailə qurmaq, oğul-uşaq sahibi olub, sadə insanlara qarışmaq istəyirdim.Canavar yalının üstündə burnuma, qulağıma su dolduğu üçün hələ də “tın-tın” danışırdım. Komandirin təşkil elədiyi yolasalma məclisində çıxış eləyəndə dedim, “tın-tın” adamdan kəşfiyyatçı olmaz! Mən artıq burnunda danışan qoca bir kişiyəm! Haqqınızı halal edin. Bir balaca gözlərim də doldu! Çıxışımı bu pafoslu sözlərlə bitirdim:

20181 мин
Üçüncü hissə, 32. Komandir

İçib keflənən kimi kəşfiyyat taqımının son əməliyyatını müzakirə etməyə başladılar. Mən də bir küncə çəkilib sakitcə qulaq asırdım. Ağız deyəni qulaq eşitmirdi. Kimin nə söylədiyini çətinliklə müəyyən etmək olurdu. Elə sözlərə şaqqanaq çəkib gülürdülər ki, məəttəl qalırdım. Kefliliyin sirri səbəb olmadan sevinə bilməkdir.İçki Əsgər Rəfiyevin dilini açmışdı:

20184 мин
Üçüncü hissə, 33. Kapitan Rəşidov

Tərxis olunan əsgərlərin yerini doldurmaq haqda düşünürdüm. Gizir Səfərov da, Əsgər Mazanov da əvəzsiz kəşfiyyatçılar idi. Düzdür, “ustav” bilmirdilər, ancaq onlarda olan cəsarət, qorxmazlıq, qoçaqlıq təzələrdə yox idi. Gözüm hər yerdə kəşfiyyatçı axtarırdı. Orucov da bu işin ustasıydı. Əsgəri yerişindən, duruşundan, baxışından tanıyırdı. Bəzən elə adama etimad göstərirdi, heç cür inanmaq olmurdu, lakin az keçməmiş qənaəti doğru çıxırdı. Kəşfiyyat bölüyünə əsgər axtarmağı ona da tapşırmışdım. Yeni gələnlər bizi qane etmirdi. Qərargahı, hərbi yığıncaqları, yeni çağırışçılar yığışan məntəqəni, poliqonu itiyi itən adamlar kimi hərlənirdik.Kəşfiyyatçı bədəncə qıvraq, səliqə-sahmanlı, ürəkli, səbirli, ağıllı olmalı, çox az zamanda qərar verməyi bacarmalıdır. Üstəlik, aclığa, yorğunluğa davam gətirməli, otla, meyvəylə qidalanmağın çəmini tapmalıdır. Bəzən Kiçik leytenant Orucov bölüyün yeni gələn əsgərlərinə əmr edirdi: “Bu gün yemək yoxdur! Dağılışın meşəyə, özünüzə yemək tapın!” Və ən maraqlısı, özü də əsgərlərlə gedirdi. Daha bəzi zabitlər kimi, yeməkxanaya qayıtmırdı.

20182 мин

Стихи других поэтов