İkinci hissə, 27. Gizir Səfərov
Deyirəm, tunelin havası mənə düşür, özümü gümrah hiss edirəm, Qırğı o yandan qayıdır ki, ayısan, ona görə, mağarada xoşbəxt olursan. Onda sən də quşsan, uç, qon budağa! Dəhşətdilər! Adamı anlamaq istəmirlər. Beynim necə çöndüsə, az qala əzişdirəcəkdim. Komandir özünü vaxtında yetirdi:
“Dincələ bildiniz?”
Burnunun üstünə iri bir damcı düşüb bığına və saqqalına dağıldı, başını yuxarı qaldıranda növbəti damcı alnına düşdü. Su çox soyuq idi, komandir bir balaca diksinən kimi oldu, bizi gülmək tutdu. O da əliylə üzünü silib gülümsədi.
“Dincəldik, komandir!” - İrəfiyev idi. Onun cır səsini eşidəndə təkrar gülüşməyə başladıq.
“Əsas Əsgər İrəfiyevdir. O, dincəldisə, bizə ölüm yoxdur.” - mən dedim, amma sözüm hədəfə dəymədi. Komandir söhbəti İrəfiyevin xeyrinə dəyişdi:
“Səfərov, sən niyə hər dəfə “Əsgər İrəfiyev” deyirsən? Bu, sənə çətin deyil?”
“Nə deyim bəs?”
“Əsgər Rəfiyev! Belə daha rahatdır. De görək.”
“Ölsə də demərəm! “Rəfiyev” ciddi familiyadır. Belə mənasız adamlara “İrəfiyev” də çoxdur!”
Üçüncü gülüş dalğası... İrəfiyev hirsləndi:
“Səfərov, xahiş edirəm məni danışdırma!”
“Səninlə danışmıram ki, komandirlə danışıram.”
“Mənim haqqımda da danışma!” - səsini başına atdı. “Yaxşı, dalaşmayın. Yeməyə nəyiniz var?” - komandir qanımın arasına girdi, yoxsa İrəfiyev məni öldürəcəkdi. “Veş-meşok”lar boşaldı. Kimin nəyi var ortaya tökdü; bir-iki dilim çörək, bir “qavyadina”, iki “tuşonka”, üçdörd soyutma kartof, bir az da konfet... Yeməyimiz az olsa da, komandirlə birlikdə ləzzətli nahar elədik. Əsgər İrəfiyevi gözətçi qoyub hərəmiz bir tərəfdə uzandıq. Yorğun olduğumuzdan hamını yuxu apardı. İki daşın arasında qorxulu bir vaqeə gördüm; erməni arxadan məni tutur, çırpınıb əlindən çıxıram və qaçıram, ardımca düşüb yenə tutur, yenə vurnuxub qaçıram. Mən qaçıram - o tutur, o tutur - mən qaçıram. Bir dəfə, beş dəfə... Qaçdım-qovdu, qovdu-qaçdım və bu yorucu yuxudan İrəfiyevin dəhşət dolu səsinə ayıldım:
“Erməni gəldi!!!”
Kitabxana.az · https://kitabxana.az/ru/works/serif-agayar-komandir-ikinci-hisse-27-gizir-seferov
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Getdiyimiz yüksəklik Murovun sərt qayalarının tədricən əriyib düzənliyə doğru uzanan şərq yamaclarındaydı. İlk baxanda dağlardan ötrü darıxdığımı anladım və gözüm yenə gümüşü işığı axtardı. İndi o işığı təkcə mən yox, hamı hiss edirdi və hamı ona doğru can atırdı. Biz bir dəstə qartal o işığa şığıyırdıq. Qabaqda özüm gedirdim. Çünki bu dağları da, o işığı da məndən yaxşı tanıyan yox idi. Bombardman, dolu kimi yağan güllələr, səs-küy, od-alov, tüstü-his, toz-duman - heç nə bizə mane olmurdu. Hamı mənim kimi vətənin ən böyük sirrindən agah olmuşdu.
Dördüncü hissə, 51. ZabilAtamın təkidi ilə çıxıb onlara getdim. Dedim, yəqin, Sevinclə danışmış olar. İmkan tapan kimi öz eviylə əlaqə saxlayırdı, onlar da bizə deyirdi. Bu dəfə heç kimdən səs-səda gəlmirdi. Atam məni yatmağa qoymadı. Sübh tezdən oyatdı. Getdim. Yolda oyuncaq avtomat gördüm. Çox xoşuma gəldi. Nihad üçün aldım. Sevinc qapının gözlüyündən görüb qorxmuşdu.
Dördüncü hissə, 52. Komandirİki gecəydi yatmırdım. Telefonu açmağa da vaxt tapmırdım. Nə qədər yorğun olsam da, içim-içimə sığmırdı. Biz düşmənin əfsanəyə çevirdiyi “Ohanyan səddi”ni darmadağın eləmişdik. İlk və ən əhəmiyyətli yüksəkliyi almaq üçün mən xüsusi təyinatlılardan seçilmiş dəstə ilə düşmənin arxasına keçmişdim. Bizə müqavimət göstərdikləri vaxt əsgərlərimiz yüksəkliyi götürmüşdü. Tezliklə düşmənin dərinliyinə yeriyib mühasirəni yardılar, biz döyüşə-döyüşə azad edilmiş yüksəkliyə qayıtdıq.Döyüşün dördüncü günü, axşama yaxın imkan tapıb telefonu açdım. Sevinc düz on yeddi dəfə zəng vurmuşdu. Geri yığdım. Top səsi danışmağa imkan vermədi. Blindaja girib təkrar yığdım. Danışdıq.
Dördüncü hissə, 53. SevincOnunla aprelin 4-ü, Zabil əlində silah qapımızı döyən gün saat 4-5 radələrində danışdım. Bütün günü zəng etmişdim, götürməmişdi. Axşama yaxın özü zəng vurdu. Silah səslərindən nə dediyini eşitmirdim. Bir az kənara çəkilib təkrar yığdı. Dedi, yaxşıyam, amma yuxusuzam. Başqa heç nə soruşa bilmədim. Bircə kəlmə dedim: “Səni harda axtarım?”Cavab verdi:
Стихи других поэтов
Əmim oğlu, məndən heç utanmadın,Üç ay keçdi bir yaylağa gəlmədin.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
GecəGecədir, cəzb eləyir göy məni, hilal məni,Çəkib, çəkib aparır sevgilim xəyal məni.
AğlaramKeçən günü ay gül yüzlü dilbərim,Yadə salıb vallah yarım ağlaram,