Əsgər Rəfiyev qışqıranda müşahidə aparan vaxt səhv buraxdığımı düşündüm. Dedim, yəqin, məni görüblər. Axı ehtiyatlı davranmışdım. Lənət olsun!

“Mövqe tutun! Əmr olmadan atəş açmayın!” - içimdə başqa adam danışırdı.

Qışqıra-qışqıra içəri qaçan Rəfiyevi yerə yıxıb ağzını qapadım. Uşaqlar bir göz qırpımında silaha sarılıb mövqe tutdular. Patronumuz bitənəcən içəri heç kimi buraxmazdıq. Lap bir ordu gəlsəydi, xeyri yox idi.

Rəfiyevi birtəhər sakitləşdirdim, özünə gələr-gəlməz çöldə nə baş verdiyini soruşdum, tunelin qarşısında adam kölgəsi görmüşdü. Uşaqlara yerlərində qalmaq əmrini verib çıxışa doğru getdim. Doğrudan da, tunelin girişinə adam kölgəsi düşürdü, lakin tərpənmirdi. Bir insan tərpənmədən bu qədər dayanmazdı. Şəkil çəkdirmirdi ki! Silahı sifətimə qaldırıb asta-asta tuneldən çıxdım, günəşə tərəf boylananda göyə millənən dik və lüt qayadan başqa heç nə görmədim. Bir az da qabağa çıxanda hər şey aydın oldu; günəş hərləndikcə dik və lüt qaya tunelin ağzına adama bənzəyən kölgə salırdı.

İçəri qayıdıb vəziyyəti izah etdim və Əsgər Rəfiyevi uşaqların tənbehindən qorumaq üçün mövzunu dəyişdim:

“Ehtiyatı əldən verməyin! Biz düşmənin nəzarətində olan ərazidəyik və yaxınlıqda hərbçilər var!”

Axşamacan gözlədik. Ərzaq ehtiyatımız qurtardığına görə geri qayıtmalıydıq. Qızıl mədənlərində əməliyyat hazırlamalı olsaydıq, azı bir sutka çəkəcəkdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Üçüncü hissə, 21. Kapitan Rəşidov

Briqada komandirinin sözünə xilaf çıxdığını görəndə yerdən-göydən əlimi üzdüm. Bu, hərbi qulluqda rastlaşdığım ilk iriçaplı ədalətsizlik idi - içimi şumlayıb keçdi.Briqada komandiri Kiçik leytenant Orucovu yanına çağırmalı, şəxsən təşəkkürünü bildirməli, vəzifəsinin və rütbəsinin artması üçün müraciət etməli idi. Etmədi. Qərargahın həyətində qrup üzvləri ilə ümumi görüş zamanı əlini sıxmaqla kifayətləndi. Orucov bu barədə heç düşünmürdü. Mən söhbətin içində olduğum üçün vicdan əzabı çəkirdim. Axı niyə? Niyə bu qədər zəhmətin dəyəri verilməsin? Kəşfiyyat xidmətində bundan artığını etmək mümkündürmü? Özümü saxlaya bilməyib Polkovnik Nəbiyevdən bu barədə soruşdum. Cavabı gözlənilməz oldu:

20181 мин
Üçüncü hissə, 22. Komandir

Axırıncı dəfə məzuniyyətə nə vaxt getdiyimi xatırlamıram. Deyəsən, məktəbdən göndəriş alanda atamgilə dəydiyim idi. Ondan bəri getməmişdim. Əməliyyatdan qayıdan kimi avqustun maaşını aldım. Pulum varkən üç günlük məzuniyyət götürüb Sumqayıta yola düşdüm. Uşaqlara da növbəylə məzuniyyət veriləcəkdi. Əvvəl Gizir Səfərov, dalınca Çavuş Əsədov bir sıravi əsgərlə gedəcəkdilər. Qalanlarını da növbəylə göndərəcəkdim.Bölükdə işlərim getdikcə çoxalırdı. İşdən iş çıxırdı. Murova xidmətə gələn gündən yığcam bir hamam quraşdırmaq arzusundaydım. Bit-birə əsgərləri basıb yeyirdi. Mənim kimi ailəli olmayan, əsgərlərin içində qalan zabitlər də onlardan seçilmirdi. Dərimiz qaysaq bağlamışdı. Bəzən aylarla bədənimizə su dəymirdi. Əlbəttə, mən zabit idim, istəsəm, çimməyə imkan tapardım, bəs əsgərlər? “Yol evi”ndəki kazarmada qışın ən sərt şaxtasında da bit-birə olurdu. Taxtabiti uşaqları yeyib-bitirir, gecələr yatmağa qoymurdu. Qışın şaxtasında çöldə təpik döyürdülər. Hamısının bədənində qırmızı şırımlar açılmışdı. İçəridə his verən solyarka yandırırdılar deyə sifətləri qapqara qaralmışdı. Kazarmaya girəndə elə bilirdin zəncilərin arasındasan. Görüşə gələn valideynlər səsi çıxmamış uşaqlarını tanımırdılar.

20181 мин
Üçüncü hissə, 23. Zabil

Günorta dərsdən qaldığımız yataqxanaya qayıdırdım. Yağışlı bir payız günüydü. Binaların arasındakı ağaclar saralmış yarpaqlarını sağa-sola səpələmişdi. Yağışda islanan yarpaqların qoxusu Fərrux meşəsini yadıma salırdı. Xəyalım bu vaxtlar cır armud qoxusuyla adamı bihuş edən Fərrux meşəsindən Yeddixırmana keçdi, dağın zirvəsindəki vışkanın başına dolanıb Çulluya endi. Qohumların kəndin çıxacağına toplaşıb anamı gətirən maşını gözləməsini xatırladım. Ağlayan qadınların sifəti gözlərimin önündə canlandı. Dəsmalının ucunu ağzına tutan yaşlı qadının qoz ləpəsinə bənzəyən yanaqları elə hey titrəyirdi. Kolanı dərəsi, Xaçın çayının soyuqluğu, təngnəfəs qaçdığım üzümlük, atamın qaralmış sifəti... Çoxdandır oraları belə xatırlamırdım. Məhəlləmizə sirli bir Qarabağ havası dolmuşdu.Payızın zəhmindən saralıb-solan ağacların altında bir hərbçi dayanmışdı. Əvvəl ona fikir vermədim. Buralarda kamuflyajlı adam görmək adi hal idi. Ancaq nədənsə bu, mənə çox doğma gəldi. Diqqətlə baxanda tanıdım və özümü saxlaya bilməyib qışqırdım.

20181 мин
Üçüncü hissə, 24. Komandir

Atamın ağlaya-ağlaya çıxması məni də qəhərləndirdi. O, təkcə mənim gəlişimə sevindiyi üçün ağlamırdı. Bu göz yaşlarının içində çox şey vardı. Çox şey! Qaçıb onu qucaqlamaq, Yeddixırmanın qaşında gördüyüm, sonra Murovda - Ömər aşırımında və Yeddiqardaşda qarşıma çıxıb məni ən doğma insanlara, doğma torpaqlara bağlayan gümüşü işıqdan danışmaq istədim. Ancaq yaşadıqlarımı anlada bilməyəcəyimdən qorxdum. Bu, elə bir duyğu idi ki, haqqında yalnız susmaq olurdu.Atamı bağrıma basdım. Onun doğma qoxusu məni uşaqlığımın ən xoşbəxt anlarına apardı. Onda hər şeyimiz vardı. Bizi xoşbəxt edən heç nəyi əlimizdən almamışdılar. Atamı da heç vaxt ağlayan görməmişdim.

20181 мин

Стихи других поэтов