Atamın ağlaya-ağlaya çıxması məni də qəhərləndirdi. O, təkcə mənim gəlişimə sevindiyi üçün ağlamırdı. Bu göz yaşlarının içində çox şey vardı. Çox şey! Qaçıb onu qucaqlamaq, Yeddixırmanın qaşında gördüyüm, sonra Murovda - Ömər aşırımında və Yeddiqardaşda qarşıma çıxıb məni ən doğma insanlara, doğma torpaqlara bağlayan gümüşü işıqdan danışmaq istədim. Ancaq yaşadıqlarımı anlada bilməyəcəyimdən qorxdum. Bu, elə bir duyğu idi ki, haqqında yalnız susmaq olurdu.

Atamı bağrıma basdım. Onun doğma qoxusu məni uşaqlığımın ən xoşbəxt anlarına apardı. Onda hər şeyimiz vardı. Bizi xoşbəxt edən heç nəyi əlimizdən almamışdılar. Atamı da heç vaxt ağlayan görməmişdim.

Onun yaşlı gözlərinə baxmağa utanırdım.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Dördüncü hissə, 44. Komandir

Müharibə başlamışdı. Nəhayət, arzuladığım gün gəlmişdi. Ağdamın üstünə azadlıq yürüşümüz başlayacaqdı. Briqadanı hücuma hazır vəziyyətə gətirmişdim. Gecə silahsız pusquya düşüb şəhid olan istehkamçıların da qisasını alacaqdıq.Fəqət korpusdan başqa söz dedilər; atəşkəs bərpa olunmuşdu! Ardınca məni mərkəzə çağırdılar. Danışıqlarından belə anladım ki, yerimi dəyişmək istəyirlər. İstefa ərizəmi yazmalıydım.

20181 мин
Dördüncü hissə, 45. Mayor Poladov

İstehkamçılar gecə yarı qayıdanda pusquya düşmüşdülər. Örtülü “Zil” maşının içində on bir nəfər olublar. Ermənilər maşını atəşə tutub, sürücü qoçaq tərpənib, sükanın arxasında əyilərək maşını sürətlə sürüb aradan çıxarıb.Orucov belə pusqulardan qorxsaydı, istehkam tikintisində birbaşa iştirak etməzdi. Elə olurdu, traktorçunu ürəkləndirmək üçün onun yanına otururdu. Əslində, briqada komandirinin həyatını bu cür təhlükəyə atması doğru deyildi. Amma o edirdi. Əminəm, istehkamçılara hücum olacağını bilsəydi, əlinə silah alıb təkbaşına onların müdafiəsinə gedərdi.

20181 мин
Dördüncü hissə, 46. Komandir

Sevinc təkidlə məni ordudan aralamaq istəyirdi. Deyirdi, o qədər əziyyət çəkdin, bəs edər. Arada onu eşidib təqaüdə çıxmaq barədə düşünürdüm. Amma...Uzaqdan Yeddixırman dağını görürdüm və geriyə addım atmağı bacarmırdım.

20181 мин
Dördüncü hissə, 47. Sevinc

Çox təkiddən sonra onu bir həftəlik Toğanaya dincəlməyə apara bildim. Dedim, bəlkə o dağları, meşələri görər, eyni açılar. Olmadı. Əhvalı daha da pisləşdi. Heç kimlə danışmır, dərdini-ağrısını içində çəkir, fikirxəyaldan ayrılmırdı. Mən də bir yandan düşmüşdüm üstünə, ordudan ayrılmasını istəyirdim.Üç gün keçməmiş Toğanadan geri qayıtdıq. Anam da yanımızdaydı. Goranboy yolunda ağır qəzaya düşdük. Anamın qolu qırıldı, sürücünün diz qapağı dağıldı, Nihadın ayağını şüşə kəsdi. Nihadı bir az əvvəl qapı tərəfdən götürüb aramıza qoymuşdum, yoxsa o qəzadan sağ çıxmazdı.

20182 мин

Стихи других поэтов