Dedilər xəlq ki, var badeyi-həmradə fərəh,Yarsız görmədim ol cami-qəməfzadə fərəh.

Yarsız neyləyirəm seyri-gülü gülzarı,Olmasa yar, olumu cənnəti-məvadə fərəh?

Şəbi-meraci-visalın məni zar etdi rəqib,Görmədim, seyr elədim çərxi-müəlladə fərəh.

Çeşmi bimarına mərbutdur, ey gül, fərəhim,Baxmışam yüz kərə, yox nərgisi-şəhladə fərəh.

Dağım olduqca füzun şad olur aşüftə könül,Tifl üçün eyddə var ziynəti-kaladə fərəh.

Yarımın adını bildikdə fərəh hasil olur,Onu təshif eləsən var bu müəmmadə fərəh.

Макта — последний бейт с тахаллусом поэта. Seyyida, eylə fərəh, çəkmə bu dünya qəmini,Çünki beş günlük olur bülbüli-şeydadə fərəh.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви