Gördüm ki, gəlir təngə nigarım, səfər etdim
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Gördüm ki, gəlir təngə nigarım, səfər etdim,Sevdalərə saldım başımı, tərki-sər etdim.
Asudə ola bir neçə gün nazlı nigarım,Əlmas basıb bağrıma vəzi-nəzər etdim.
Avarə düşüb cənnəti-kuyindən o hurün,Öz mənzilimi göz görə nari-səqər etdim.
Çox müşkül idi keçməgim ol cənnəti-kudən,Canımı tutub gör dişə, ey dil, cigər etdim.
Ta olmaya qeyrin gözünə sürmeyi-rövşən,Xaki-səri-kuyinə töküb əşk, tər etdim.
Çox gecələri zəmzəmeyi-yar ilə, ey dil,Guşi-fələki-şöbədəpərdazı kər etdim.
İncitdi fəğanım gecələr əhli-diyarı,Ta bir neçə gün əzmi-diyari-digər etdim.
Макта — последний бейт с тахаллусом поэта. Verdim dilü can nəqdini, aldım qəmi-eşqi,Fikr etmə bu sevdadə ki, Seyyid, zərər etdim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-gordum-ki-gelir-tenge-nigarim-sefer-etdim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nuşirəvan əsrində bir nəfər zalım bir zəifə bir qapaz vurmuşdu.Nuşirəvan qapaz vuran şəxsin qətlinə hökm elədi. Həlak elədilər.
Nuşirəvan və qarı hekayəsiOl vaxt ki, eyvani-Nuşirəvan tamam oldu, hükəmalara buyurdu ki,mənim bu şahanə olan imarətimə diqqət gözüylə baxın. Əgər bir ye-
Nuşirəvan və iki bayquşNuşirəvan əcəm padşahlarındandır və Kəsra dəxi onun bir adıdır.Belə rəvayət edirlər ki, Nuşirəvan əvaili-səltənətində çox zalım idi.
Soltan Mahmudun bağıSoltan Mahmud Qəznəvi bir qitə bağ saldırmışdı ki, rövzeyi-rizvan kimi dilgüşa, firdövsi-bərin kim behcətəfza idi. Bir gün öz atası
Стихи других поэтов · О любви
Hər qulun cahanda bir pənahı var,Hər əhli-halın bir qibləgahı var,
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Qəzəl: Götür zülfi-çəlipanı üzari-hurtəl'ətdənGötür zülfi-çəlipanı üzari-hurtəl'ətdən,Məh ü mehr aşikar olsun səhabi-zəngi-qəflətdən
BayatılarBağça barın arzular,Aşiq yarın arzular,