Bu gecə bir məh ilə ovci-Sürəyyadə idim
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Bu gecə bir məh ilə ovci-Sürəyyadə idim,Vəsli-meracı ilə ərşi-müəlladə idim.
Yuxu əhvalı gəlir indi mənə şami-visal,Haləti-ləfzədə, ya bu gecə röyadə idim.
Ləbi-camə yetişirdi, ləbi-ləli o gülün,Mən ləbi-camı öpüb özgə təmənnadə idim.
Sağərim cami-qəvarir, şərabım kövsər,Həmdəmim hur, özüm cənnəti-məvadə idim.
Yar açmışdı lətafətlə bu şəb sinəsini,Qərqi-nur olmuş idim, sineyi-Sinadə idim.
Nəqşdən pey aparırdım bu gecə nəqqaşə,Seyri-qüdrət eləyib özgə tamaşadə idim.
Həlqeyi-zülfdə rüxsari-münirin görübən,Naziri-mahi-münəvvər şəbi-yeldadə idim.
Dəhənin açmağa ol yar qılırdım tədbir,Sübh olunca həvəsi-kəşfi-müəmmadə idim.
Макта — последний бейт с тахаллусом поэта. Çox baxırdım dəhəni yarə, nihani, hərdəm,Çareyi-fikri-dili-Seyyidi-dildadə idim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-bu-gece-bir-meh-ile-ovci-sureyyade-idim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İsm özü bir ismdir, amma müsəmma müxtəlif,Gövhəri-şəhvar birdir, leyk dərya müxtəlif.
Bir mahı sevib, çərxə təmənnadən usandıqBir mahı sevib, çərxə təmənnadən usandıq,Bu düşməni-kəcbinə müdaradən usandıq.
Ta dəhanın sirrinə pinhan tələbkar olmuşuqTa dəhanın sirrinə pinhan tələbkar olmuşuq,Yox olubdur varımız, dərdə giriftar olmuşuq.
Nə xoşdur bir zaman bir dilbərin eşqində zar olmaqNə xoşdur bir zaman bir dilbərin eşqində zar olmaq,Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq.