Könlümün zövqinə bir qönçədəhəndir bais,Ləzzəti-ruhuma ol təlxsüxəndir bais.

Şövqi-kuyinlə işim ahü fəğandır, ey gül,Bülbülün naləsinə yadi-çəməndir bais.

Simgun seyli-sirişkim ki, gözümdən saçılır,Bir büti-ləli-ləbü simbədəndir bais.

Dil ki, zülfündə qara gün çəkibən səbr eylər,Onda mu qədri olan hübbi-vətəndir bais.

Ney təki dil ki, nəvalər yetirir üşşaqə,Bir Hüseyni-nəsəbü vəchi-həsəndir bais.

Dil ki, nadidə olub aşiqi-didar sənə,Ey ləbi ləli-Yəmən, Veysi-Qərəndir bais.

Макта — последний бейт с тахаллусом поэта. Ləbi-şirinini vəsf et o gülün kim, Seyyid,Şuri-əşarüvə aləmdə bu fəndir bais.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви