Ləbi-ləlin həvəsin, munisi-can eyləmənəm,Salmanam gövhəri xak içrə, nihan eyləmənəm.

Bilmənəm sud özümə çarsuyi-aləmdə,Hansı bir sudi ki, eşqində ziya eyləmənəm.

Ləbi-ləlinlə ki, bir sirri-nihanım var idi,Gedərəm xakə mən ol sirri bəyan eyləmənəm.

Qanımı tökdü ləbin, dişlədim axdı qanı,Elə bildin, sənəma, qanıma qan eyləmənəm.

Qorxuram yatmayalar itləri fəryadımdan,Gecələr mən dəxi ol kudə fəğan eyləmənəm.

Sirri var, annamışam, yoxdu dəhanından əsər,Mən yəqin əhliyəm, əlbəttə, güman eyləmənəm.

Hansı bir fəsldi kim, ey güli-rəna, sən üçünGözümü əbr kimi əşkfəşan eyləmənəm.

Hansı bir sərvdi kim, qamətüvün yadı iləQoparıb əşkim ilə, suya rəvan eyləmənəm.

Макта — последний бейт с тахаллусом поэта. Seyyida, bəsdi dilə eşqi-xudavəndi-əhəd,Meyli-xubani-dilazari-cahan eyləmənəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви