Özümlə olsa idi, mən cahanə gəlməz idim
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Özümlə olsa idi, mən cahanə gəlməz idim,Gətirdilər məni, amma mən anə gəlməz idim.
Bu dami-eşqə məni saldı daneyi-xalın,Firib verməsə idi o danə, gəlməz idim.
Görünməsəydi əgər hər məkanda nuri-rüxün,Fəzayi-qüdsü qoyub, bu məkanə gəlməz idim.
Dəhani-yardən olsaydı bir əsər zahir,Yəqini tərk qılıb, mən gümana gəlməz idim.
Qədimi eylər idim dərd ilə qəmində kəman,Xədəngi-çeşmüvə, bilsəm, nişanə gəlməz idim.
Bəhanə ilə yetərmiş vüsalə aşiqlər,Və gər biləydim onu, bibəhanə gəlməz idim.
Olaydı zatım əzəldən əgər zəri-xalis,Yanıb bu butə ara imtahanə gəlməz idim.
Bu zövqdən eləmə, bağban, məni məyus,Gülüm olaydı əgər, gülsitanə gəlməz idim.
Макта — последний бейт с тахаллусом поэта. Könüldə zəxmi-nihan olmasaydı, ey Seyyid,Ümidi-mərhəm ilə mən fəğanə gəlməz idim.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-ozumle-olsa-idi-men-cahane-gelmez-idim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ancaq o məhin zülfü nə iyman alır əldən,Ahu baxışı, qarə gözü can alır əldən.
Dün eşitdim bir siyəhzülfə giriftar olmusanDün eşitdim bir siyəhzülfə giriftar olmusan,Ey mələksurət, mənim tək aşiqi-zar olmusan.
Şükr, ey dil, gəlir ol mah bizim sarı bu günŞükr, ey dil, gəlir ol mah bizim sarı bu gün,Gör doyunca rüxi-canpərvərini, barı bu gün.
İstədim çarə xətin bu dili-sədparə üçünİstədim çarə xətin bu dili-sədparə üçün,Dedi mərhəm kim edib müşki, görək, yarə üçün?