Şükr, ey dil, gəlir ol mah bizim sarı bu gün,Gör doyunca rüxi-canpərvərini, barı bu gün.

Qoyma getsin çıxıb, ey dil, o məhi-bimehri,Sabit et yalvarıb ol əxtəri-səyyarı bu gün.

Bu gecə mənzil elə xanəmi, ey mahliqa,Salma nöqsana bizi, getmə, səni tarı, bu gün.

Ayü gün, sabitü səyyarə təmaşayə çıxıb,Müştəridən o məhin gərmdi bazarı bu gün.

Макта — последний бейт с тахаллусом поэта. Genə dünyalərə sığmaz, nə olubdur, Seyyid,Xoş baxıbdır üzünə yoxsa genə yarı bu gün.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов