Mənə mehman idi ol sərvi-xuraman bu gecə,Məhfilim olmuş idi rəşki-gülüstan bu gecə.

Həmdəmim hur idi, camımda şərabım Kövsər,Mənzil olmuşdu mənə rövzeyi-rizvan bu gecə.

Zülməti-zülfdə gördüm dəhəni-yarı genə,Xızra əl vermiş idi çeşmeyi-heyvan bu gecə.

Nisfi-şəbdə mənə həmbəzm idi ol qaşı hilal,Bəzmdə durmuş idi san məhi-taban bu gecə.

Dəhəni-yar xəyalilə yox idi varım,Var idi bəzmdə çox nükteyi-pinhan bu gecə.

Ləhni-Davudi ilə könlümü aldı ol şux,İltifat etmiş idi murə Süleyman bu gecə.

O meyin qətrəsi yüz ləli-Bədəxşanə dəgərKi, dəgərdi ona hərdəm ləbi-canan bu gecə.

Макта — последний бейт с тахаллусом поэта. Seyyid, ol Kəbeyi-hüsn ilə ki, oldum həmdəm,Kaş olaydım, dolanıb başına, qurban bu gecə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви