Münəccimin hekayəsi (Var idi bir münəccimi-əyyam)
Var idi bir münəccimi-əyyam,Ona Pərviz edərdi çox ikram.Bir gün ərz etdi: – Key şəhi-dövran,Görmüşəm mən nücum ilən ki, həmanMənə bu həftə bir bəla gələcək,Məni bir şəxsi-şum öldürəcək.Yazığam, ta tökülməsin qanım,Ola lütfün mənim nigəhbanım.Məni bir həftə saxla pünhani,Ta edim dəfi-məkri-üdvani.Şəh onu hifz edibdi yanında,Yatdı, şəh yatdığı məkanında.İttifaqən, gör, ol sütudəsüxənVar idi şahə bir neçə düşmən.Bir gecə ziri-qəsrdən ədaUrdular nəqb, etməyib pərva.Səri-nəqb evdən olcağın naşi,Ələ düşdü münəccimin başi.Sandılar kim, budur səri-Pərviz,Etdilər paymali-xəncəri-tiz.Kəsib ol başi etdilər çü fərar,Oldu Pərviz xabdən bidar,Eylədi çox təəssüf ol pirə,Bildi kim, çarə yoxdu təqdirə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-muneccimin-hekayesi-var-idi-bir-muneccimi-eyyam
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Xoş ol zaman ki, yar mənə həmzəban idi,Bəzmim cəmali-yar ilə rəşki-cinan idi,
Bəlayi-eşqə düşdün, ey büti-məhparə, səbr eyləBəlayi-eşqə düşdün, ey büti-məhparə, səbr eylə,Günün oldisə gər hicran əlindən qarə, səbr eylə,
Guş qıl ey ki, bilirsən özüvi vaqifi-karGuş qıl ey ki, bilirsən özüvi vaqifi-kar,Agəh ol gör ki, nədir naleyi-ney, nəğmeyi-tar,
Bir çarə qıl, ey əmmə, mən ölsəm kəfən olmazBir çarə qıl, ey əmmə, mən ölsəm kəfən olmaz,Tabutü hənutum götürüb dəfn edən olmaz.
Стихи других поэтов
Gözü bademdir, gərdəni mina,Şüşədəndir sol-sağı gözəlin.
SamovarBir şux sənəm tərfəcə dilbərdi samovar,Bir qədi səhi sərvi-sənubərdi samovar,
Tovhiddürür bu bir qəsidəTovhiddürür bu bir qəsidə**Afərin, ey maliki-mülki-cəhan, səd afərin,
Mah Olan YerdəDoğarmı ay u gün göydəYüzün tək mah olan yerdə