Oğluma nəsihət (Bilmiş ol, ey nəcib fərzanə)
Bilmiş ol, ey nəcib fərzanə,Ulular bəzmidir ədəbxanə.Bilmək adabıdır sənə vacib,Rəsmi-adabə olgilən rağib.Biədəb olsa məclisə daxil,Olu məlum kim, odur cahil.Ədəbin rəsmidir cavabü xitab,Bəlkə rəyi-mətinü qövli-səvab.Hərəkətdən olur ədəb məlum,Qövlü göftardən olur məfhum.Bu rümuzi bilir ülül-əbsar,Fikrsiz aqil eyləməz göftar.Eyləməz, ey yeganeyi-dü səra,Ehtiyat etməmiş əməl dana.Bir sualə olursa ol şaiq,Ver onun sən cavabını layiq.Mətləbindən ziyadə vermə cavab,Xahiş etsə deyil bu nəqsi-xitab.Məclisə daxil olsan, ey dana,Yuxarı başda eyləmə məva.Sahibi-məclis eyləsə ikram,Sənə versə yuxarı başda məqam,Mizəbanın çox eyləsə ilhah,Keç yuxarı, əgər varındı səlah.Gər qolundan tutub edə ikram,Qıl təvazölə sədri-bəzmi məqam.Soluva, sağuva elə kürnuş,Etmə bihudə söhbət ilə xüruş.Sakit ol qeyri eyləsə göftar,Danışan şəxsə eyləmə azar.Özgə kəs gördün eyləyir söhbət,Sakit ol, eyləmə ona diqqət.Diqqət etsən sənə ədavət edər,Cəhldən ol sənə şəmatət edər.Çünki ol kəs ki, başlayıbdı xitab,Özünü aqil eyləyibdi hesab.Seyyida, əql əgər ola mədum,Kimsə öz cəhlin eyləməz məlum.
Kitabxana.az · https://kitabxana.az/ru/works/seyid-ezim-ogluma-nesihet-bilmis-ol-ey-necib-ferzane
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dağıstandan annəmə məktub*Deyirlər mənə ki, genə hər axşam,
Cumdum genə qəvvas tək dəryayə, mən, dəryayə mənCumdum genə qəwas tək dəryayə, mən, dəryayə mən,Qı dım nəzər bir lölöyi-laləye mən, laləyə mən.
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
BeytlərЧто ты ни говори, но рушить смысла нетСто хижин, чтоб один построить минарет.