İskəndər söylənci
Çıxdı ordan tərmə-tələs Anakar,
Bəzən söz də dönüb olur əmanət.
Çatmalıydı deyilən söz Turana,
Bəzən söz də dönüb olur əmanət.
İskəndərin yürüşləri ardıcıl,
Vurdu, qırdı on minləri bu qancıl,
Ölkələri aldı ələ yabançı,
Bəzən söz də dönüb olur əmanət.
Hələ gəlib çatmamışdı Turana,
Şair bunu xəbər verdi dörd yana,
Öz qardaşı onu çəkdi meydana,
Bəzən söz də dönüb olur əmanət.
Dedi: – Qardaş, sən az qabart Yunanı,
Bir azcana tərif elə Turanı,
Çevir bir az bizə tərəf sükanı,
Bəzən söz də dönüb olur əmanət.
Ana orda, biz burada doğmayıq,
Biz Turanda yerbəyerik, yığmayıq,
Dayaz gölük, biz buluddan yağmayıq,
Bəzən söz də dönüb olur əmanət.
Dedi: – İran, Turan, Yunan bir eldir,
Bizi bircə ayıran var,o, dildir,
Döyüş, vuruş gəlib keçən bir seldir,
Bir-birindən insan ayrı deyildir,
Bəzən söz də dönüb olur əmanət.
Çox dedilər, eşitdilər, durdular,
Çəngələşib Anakarı yordular,
Daldan gəlib onu oxla vurdular,
Yıxıb, vurub baş-gözünü yardılar,
Ürək sapdır, ipək sapı qırdılar,
Bəzən söz də dönüb olur əmanət.
O öləndə, dedi, dünya uçacaq,
Hamı qaçsa cəhənnəmə qaçacaq,
Quştək uçub dünya qanad açacaq,
Bəzən söz də dönüb olur əmanət.
Bir qəbir var, yoxdur onun döş daşı,
Əbədidir hər yazılan baş daşı.
Qoymadılar sonevinə daş, qaya,
Əbədidir hər yazılan baş daşı.
Qərib qaldı neçə fəsil o məzar,
Ana orda xiffət çəkdi, intizar,
Ata burda çox eşitdi yozmalar,
Ölüb dərddən qurtarmışdı Anakar,
Əbədidir hər yazılan baş daşı.
Şeirləri ələk-vələk olundu,
Adı, sözü qadağaya alındı,
Qəbr evi iki yerə bölündü,
Iki yanda dustaqlığa salındı,
Əbədidir hər yazılan baş daşı.
Bir gün onun yazısını gördülər,
Gətirdilər onu Turqa verdilər,
Yazıları qəbr üstünə sərdilər,
Əbədidir hər yazılan baş daşı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-iskender-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Dostlarsız olar sanki ölümcül kimi könlüm,Oxşar məni sevda dəmi, dostlarla olanda.
Pəh-pəh-pəhSəmaya boylandım pərimi gördüm,Baxdım da bəyəndim, dedim pəh-pəh-pəh.
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
ای ز سودای تو در هر گوشهای آواره منچارهٔکارم نه نیکو میکنی، بیچاره من!