Müəllifdən
Azərbaycan ədəbiyyatında ən iri həcmli poetik əsər hesab edilən “Ata” poema-eposunu 1991-ci ildən qələmə almağa başlamışam. Azərbaycanın ən qədim şeir forması–qoşma şəklində on min il əvvəl Yaxın, Orta, Uzaq Şərq genişliklərində yaşayan, yaradan, dəyişib varlığını və ləyaqətini isbat edən türkdilli qəbilə, tayfa və xalqların, xüsusilə Azərbaycan xalqının eramızın əvvəllərinə qədərki həyat və məişətinin bədii-tarixi lövhələrdə təsvirini əhatə edir. “Ata” sadə xalq danışıq dilində yazıldığı üçün burada demək olar ki, fars və ərəb sözləri işlənməmişdir. Əsərdə Azərbaycan, Orta Asiya, Türkiyə, Rusiya, İran, Ərəb ölkələri, İngiltərə, Almaniya, və s. Avropa alimlərinin tarixi sənədlərə, tarixi həqiqətlərə uyğun fikirləri əsas götürülmüşdür.
Çoxdandı ki, xarici ölkələrdə yaşayan soydaşlarımız xalqımızın varlığı, mənşəyi, yaşadığı ərazi, qədim həyat tərzi, dili və qəhrəmanlıqları ilə maraqlanır, bəziləri isə mənə bu haqda, məktub yazır, bu sahədə ortalığa ciddi suallar qoyurdular.
Son 20 ildə Azərbaycan xalqının varlığı, etnogenezi ilə əlaqədar elmi kitablarla yanaşı, şamanizm, zərdüştizm haqqında kitablar, əsatir, əfsanə, dastan, nağıl, deyim və söyləncələr oxuyurdum. Xalqımın qədim varlığını, adını, qəhrəmanlıqlarını göstərən sənədləri, abidələri dağıdıb, yandırıb məhv edən düşmənlərin qəddarlığının qanlı izinə düşüb, yavaş-yavaş dünyanın ən qədim, ən nəcib, ən dəyişkən, ən ləyaqətli və şücaətli xalqları olan türkdilli ellərin, o cümlədən xalqımızın ən qədim tarixinin monumental mənzərələrini aydın şəkildə görməyə başladım.
Azərbaycanda istiqlal hərəkatı başlarkən bu mövzuda böyük bir əsər yazmaq imkanı reallaşdı: Bir gün yas məclisində Moskvadan yenicə qayıtmış elimizin ağsaqqalı, böyük rəhbəri Heydər Əliyev xalqımızın tarixinin müxtəlif dövrlərindən söhbət açaraq üzünü mənə tutaraq məclisdə oturan alim və yazıçılara xitabən dedi: “Bu xalqın tarixini siz yazmasanız bəs kim yazacaq?!”
Mən xalqımızın böyük oğlu Heydər Əliyevin bu haqlı tələbinin təsiri altında “Ata” poema-eposunu yazmağa başladım...
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-muellifden
Другие произведения автора
Əkbitənin səsləncləri gurladı,“Qurultaydır birəşdirən gücləri.
Ander, Daryaş söylənciQırx il bunca şahlıq edir Ağüzər,Şah ölkənin umu-küsü yeridir.
Ander şahla Dəmirqizın döyüş söylənciQırx min qancıl yola düşdü yaraqla,Çapqınçılıq döyüş deyil, oyundur.
Alpislə Odərpay söylənciÜç yüz yaşa gəlib çatdı Odərpay,Minellinin iç tanrısı ocaqdır,
Стихи других поэтов
Gənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.
Dodağın qənd imiş, bal anda neylərDodağın qənd imiş, bal anda neylər?Nə nazik xətt imiş, xal anda neylər?
Nə bilsinBir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
Təcnisİki mələk xəttat xəttin yazanda,Adın müshəfdə yazmış Yasinə,