Əkbitənin səsləncləri gurladı,“Qurultaydır birəşdirən gücləri.Qurultaya gəlmişdilər elçilər,Qurultaydır birləşdirən gücləri.Oturmuşdu neçə-neçə minbaşı,İlk sırada minminbaşı, başbaşı,Oturmuşdu elatbaşı, yurdbaşı,Şahın qızıl başdolağı yaraşıq,Üzərində durudaşı, aldaşı,Göyə çalır dənizdaşı sudaşı,Oturmuşdu Dəmirqızla, Elçiçək,Ağüz, Tunqər, Odərpayla yanaşı,Qurultaydır birləşdirən gücləri.

Daşdayaqlar bəzənmişdi ipəklə,Söykənclərsə palaz, dəri örtüklə,Mərmər yerlər ağ, sarı, al çiçəklə,Parlayırdı gümüş, mərmər dirəklər,Sayrışırdı sevinc dolu bəbəklər,

Qurultaydır birləşdirən gücləri.

İlk söz dedi, Ocaqbaşı Odərpay,Dedi: – Bizi birləşdirir qurultay,Bizi el-el birləşdirən tanrıdır,Oddan ötgəm, sudan, aydan arıdır,Onun yeri, Turqun yeri ayrıdır,Qurultaydır birləşdirən güclərı.

Ağüz dedi: – Yığılmışıq danışaq,Görüləcək çox işlərdən yapışaq,Muğel boyu at səyirdir quraqlıq,Uğureldə hər gün toydur,qonaqlıq,Duzdağ on min döyüş atı istəyir,Parsel bizdən “diyar” adı istəyir,Mindiyarda min-min ac var, yoxsul var,Bir az qolay dəbərsinlər varlılar,Artsın otlaq, əkin-biçin, malqara,Çatmır arpa, saman, yonca atlara,Muğər deyir əlli min at bizdə var,Qoy Muğelə gəlsin dayça alanlar.

– Basar toplum gərək çapınc gətirsin,El-obaya ondan pay-puş yetirsin,Yaralara onu təpinc eləyək,Çapqınçıya biz də sağol söyləyək.Qurultaydır birləşdirən gücləri.

– Bir az da çox vergi alaq varlıdan,– Çox vergini varlı versin haradan,Varı verir el yox, böyük yaradan,– Dağda-daşda tapınc yeri arayaq,– Bu sözlərdən təpinc olmaz yaraya,Qurultaydır birləşdirən gücləri.

Qurultayda səs ucalır, səs artır,Üç yol belə gecə düşür, gün batır,El-obaya gedib yer-yer söz çatır,Qurultaydır birləşdirən gücləri.

Biri deyir: – Tanrılaşıb Turq ata,Görən indi o hardadır, o harda,O gəlseydi qurultayı görərdi,Baş başlığı Ağüzərə verərdi.Qurultaydır birləşdirən gücləri.

Hamı sanki bu sözləri bəyənir,Hamı bunca Odərpaya güvənir,Ağüzəri alqışlayır qurultay,Baş Başlığı verir ona qurultay,Qurultaydır birləşdirən gücləri,Qurultaydır birləşdirən elləri,

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине