Qayıdış söylənci
Hindel Çinel yaxınlaşır bir az da,Bir- birindən uzaq olmaz yaxınlar,Bir- birindən qaçar olmaz yaxınlar.Düyü, buğda satalları parlayır,Bir- birindən uzaq olmaz yaxınlar,Bir- birindən qaçar olmaz yaxınlar.
Niyə göyə millənirsən Qızıl quş,En aşağı, adamlara sən yovuş,Dibdən belə qoyulubdur qoyuluş,Göylərdədir, Qızıl quşum, qurtuluş,Bir-birindən uzaq olmaz yaxınlar,Bir-birindən qaçar olmaz yaxınlar.
Ana qurdun qoşa gözü batıqdır,Yaxınları inciksayaq, soyuqdur,Boz tükləri sanki yoluq-yoluqdur,Lomba- lomba tüklər qopuq-qopuqdur,Sanki onun ürəyi də sınıqdır,
O anadır, oğul yandan yanıqdır,Cod qaşları düyünlənib çapıqdır,Bir- birindən uzaq olmaz yaxınlar,Bir- birindən qaçar olmaz yaxınlar.
Turq söyləyir, - çox danışma, ana Qurd,Dağlar görmüş ürəyini sən ovut,Gözlər bizi ana torpaq, ana yurd,Uzaq-uzaq yol yortmağı ta unut,Bir-birindən uzaq olmaz yaxınlar.Bir-birindən qaçar olmaz yaxınlar.
Mən bilirəm, sən sayırsan günləri,Qayıdanda görəcəksən hər yeri,Görəcəksən şah oğulun Qurdəri,Min diyardan çox-çox uzaq, çox bəri,Mahnı deyən bulaqları lap sərin,Mahnılarda sözü, sazı çox dərin,Bir ölkə var, vuruşqandır elləri,Qana qancıl, barışqandır elləri,Bir-birindən uzaq olmaz yaxınlar.Bir-birindən qaçar olmaz yaxınlar.
Qızıl quşum, şığı göyə ayıq ol,Sən bizdən də göydə ayıq-sayıq ol,Dolambacdır yollar, bizə qoruq ol,Sən Alpisə qarşı göydə duyuq ol,Əkbitənə çatsan bizə yovuq ol,Bir-birindən uzaq olmaz yaxınlar.Bir-birindən qaçar olmaz yaxınlar.
Şimşək atım, çap, yelləndir yalını,Sayma seli, qar, yağışı, dolunu,Mindiyara sarı götür yolunu,Mən qoruyuram sənin sağla solunu,Bax gör harda qan-qan üstə calanıb,Harda ölü ölü üstə qalanıb,Sal oradan Şimşəkatım yolunu,Bir-birindən uzaq olmaz yaxınlar.Bir-birindən qaçar olmaz yaxınlar.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-qayidis-soylenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Burda şax-şax şaqqıldayır bulaqlar,Bulaq idi duru-duru adamlar,
Balasqel söylənciQammad gəzdi diyar-diyar,Təklik gəzir sevən adam.
Ariel söylənciTanrı yeri yoğurubdur sevgidən,Günəş yerə, yer günəşə vurulub.
Məniş söylənciArielli Məniş gözəl qız idi,Gözəl elə hər bir yerdə gözəldir.
Стихи других поэтов
Ömrümüzün zəmisiniXırpaxırpla
Məhbubumun mənimlə məhəbbət binası varMəhbubumun mənimlə məhəbbət binası var,Məlum olur şəfəqqətü mehrü vəfası var.
Sənət eşqiVuruldum o gün ki, şerə, sənətəUnutdum sevdiyim əyləncələri.
Dağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canıDağıtsam hər tərəf zülfi-səmənsanı, ağan canı,Giriftar eyləıəm sen kimi Zibanı, ağan canı.