Turər kəsib acıqanın yolunu,
Uzə düşən daha güclü vuruşar.
Tuərlərin asurlara yönünü,
Uzə düşən daha güclü vuruşar.

Asurlara yol göstərir Suərlər,
Həm satırlar cumərləri əlbəəl.
Turər deyir: – Suər, utan, öl, gəbər,
Uzə düşən daha güclü vuruşar.

Asur deyir: – Qılıncını, Turər at,
Get Bölgəmic yoldaşını sən sağalt.
Mənimkidir, altındakı Qırğı at,
Uzə düşən daha güclü vuruşar.

Turər deyir: – Sonevindir Uruyer,
Ölümünü bu qılıncda, burda gör.
Sən qorxaqsan, yarağını bura ver,
Uzə düşən daha güclü vuruşar.


Bölgəmiclə Yengisoyu eşidin,
Yetimtanrı devə, pisə qarşıdır.
Yarımtanrı Tanrı ilə qonşudur,
Adamlarla qonşudurlar ağaclar.

Məni görmək istəyənlər bilsinlər,
Bu meşəyə kəsi ilə gəlsinlər.
İçlərində pislik varsa, silsinlər,
Adamlarla qonşudurlar ağaclar.


Yatağında yavaş dedi Bölgəmic:
– İyid olsan, hər bir yerdə iyid ol.
Yaraqlılar getsin Tura yardıma,
İyid olsan, hər bir yerdə iyid ol.

Tur mineldir, biz də Uryer, - birik biz,
Bizim ellər bir yerdəndir, bilin siz.
Çətinlikdə siz əl-ələ veriniz,
İyid olsan, hər bir yerdə iyid ol.

On min atlı çapıb getdi yardıma,
Tez çatmaqçın tumar çəkdi atına.
Baş əyməyə getdi Turər adına,
İyid olsan, hər bir yerdə iyid ol.

Acıqanla döyüşürdü Turər şah,
Cumərlərlə minellilər bir, qoşa.
Ölüm ilə durmuşdular baş-başa,
İyid olsan, hər bir yerdə iyid ol.

– Sən mindiyar başçısısan, göbələk,
Uruyerdə bu vuruşmaq nə demək.
Əkbitəni qoruyasan sən gərək,
İyid olsan, hər bir yerdə ol iyid.

Turər dedi: – Biz bir eldən, bir yerdən,
Düzlük deyib vuruşuram burda mən.
Qılıncını atıb gərək gedəsən,
İyid olsan, hər bir yerdə ol iyid.


İki ərən at qovurdu düzəndə,
Hamı ərdir doğulduğu torpağa.
Hərdən durub vuruşurdu qılıncla,
Hamı ərdir doğulduğu torpağa.

Tur söylədi: – Şah, üzünu yan tutma,
On il qabaq vuruşmuşduq, unutma.
At qılıncı, yaraları qanatma,
Hamı ərdir doğulduğu torpağa.

– Sən Turərsən, tanıyıram səni mən,
İki yol da qurtarmışam əlindən.
İki on il keçib döyüş ilindən,
Hamı ərdir doğulduğu torpağa.

– Onda qaçma, gəl bir daha vuruşaq,
Basar olaq, basıq olaq ərsayaq.
İyid əri sevir bizim bu torpaq,
Hamı ərdir doğulduğu torpağa.

Onlar bir də dayandılar üz-üzə,
Qılınc səsi səpələndi göy düzə.
Şah qıvrılıb döndü sarı ilbizə,
Hamı ərdir doğulduğu torpağa.

Qılınc dəydi, tapbıldadı tutaqlar,
Əldən düşdü sınıq-salxaq yaraqlar.
Bizuc qaldı, bir də enli bıçaqlar,
Hamı ərdir doğulduğu torpağa.


Yaralandı bizuc ilə Qırğı at,
Atı vuran ər sayılmır döyüşdə.
Yalmanını deşdi atın Asur şah,
Atı vuran ər sayılmır döyüşdə.

Qırğıatın yaralandı ombuzu,
Tur əyildi, yerdən qapdı topbuzu.
Sağrısından vurdu dönük quduzu,
Atı vuran ər sayılmır döyüşdə.

Asur şahın dümdüz beli əyildi,
Qıvrılaraq ilbizləşdi, keyəldi.
Dən deyildi, o, dən kimi üyüldü,
Atı vuran ər saylmır döyüşdə.

At üstündə qalammadı, aşdı o,
Ölüm-qalım arasında çaşdı o.
Çabaladı, qaynar sutək daşdı o,
Atı vuran ər sayılmır döyüşdə.

Bizuc boyun damarını dəlmişdi,
Dəmir geyim qızıl qanla dolmuşdu.
O, torpağı qucaqlayıb ölmüşdü,
Atı vuran ər sayılmır döyüşdə.

Mindi Turər onun çil-çil atını,
Yardı Asur sırasını, qatını.
Bunca bitdi Suər-Asur yardımı,
Atı vuran ər sayılmır döyüşdə.


Suər üstə götürüldü çil-çil at,
Yurdu satan satqın olur ikiqat.
Uruyurdu o satmışdı Asura,
Yurdu satan satqın olur ikiqat.

Suər qaçır, Turər onun dalınca,
Qaçır, qaçır, at ayaqdan qalınca.
Suər satqın, qalanlar da oyuncaq,
Yurdu satan satqın olur ikiqat.

Qapı açmır suərlərə Uruyurd,
Deyirlər ki, bu ölkəni sən unut.
Asur şahın yerlərinə sən qayıt,
Yurdu satan satqın olur ikiqat.

Turər girir Uruyurda öyüncək,
Hamı çıxır qabağına sevincək.
Qoşar qardaş, dınqırını çal görək,
Yurdu satan satqın olur ikiqat.

Qarşılayır Bölgəmici el-oba,
Hamı bilir öldürülüb Humbaba.
Bu bayramda atlar dönüb çap-çapa,
Yurdu satan satqın olur ikiqat.

Bölgəmici gətirirlər yaralı,
Saçlarında qan qurumu qaralıb.
Gözlər gülür, üzü isə saralıb.
Yurdu satan satqın olur ikiqat.


Basıq düşüb qovuldular Suərlər,
Güc deyənlər güclə yerə gumulur.
Uruyurda güclə yiyə duranlar,
Güc deyənlər güclə yerə gumulur.

Duzər gəldi, Turər şaha söylədi:
– Suər gəlib bizə quyruq yellədir.
Basıb tutduq, iki yüzü kölədir,
Güc deyənlər güclə yerə gumulur.

Ata dedi: – Bu yerləri yaxıblar,
Burdan qovduq, gedib ordan çıxıblar.
– Onlar bizə qardaş kimi baxırlar,
Güc deyənlər güclə yerə gumulur.

– Qardaş olan əl qaldırmaz qardaşa,
Qılınc çəkmək acıqana yaraşar.
Onlar bizlə üz-üzəydi, baş-başa,
Güc deyənlər güclə yerə gumulur.


Turər dedi: – Sən qal burda, mən gedim,
Bölgəmicə yardım kəsil o dedi -
Suər burda Uruyeri dar edib,
Güc deyənlər güclə yerə gumulur.

Bölgəmici sağalt, oğlum, sonra gəl,
Asur gəlsə döyüşə, gir əlbəhəl.
Bizdən başqa onun suçun kim bilər,
Güc deyənlər güclə yerə gumulur.


Tur Duzərdən atasını soruşdu,
Hər ölkənin ağsaqqalı, başçısı.
Duzər ona gördüyünü danışdı,
Hər ölkənin ağsaqqalı, başçısı.

O, Urunu gəzdi, yer-yer izlədi,
Acıqandan Bölgəmici gözlədi.
Asurlarla üzləşməyi gizlədi,
Hər ölkənin ağsaqqalı, başçısı.

– Buranı ver Asurelə, gəl, Duzər,
Səni orda başçı qoyaq - dedilər.
Qız, gəlin də öz yerində hərtəhər.
Hər ölkənin ağsaqqalı, başçısı.

Dedilər ki, Bölgəmici boğ qurtar,
Üz zirvəndə otur, yaşa, a qartal.
Gör burada nə gözəllər, nələr var,
Hər ölkənin ağsaqqalı, başçısı.

Uruyerin dörd yanında hər gecə,
Salırdılar gənc Duzəri gilincə.
Qılınc çəkir Duzər onlar gəlincə,
Hər ölkənin ağsaqqalı, başçısı.

Ələ ala bilmirdilər Duzəri,
Asurlular qayıdırdı boş geri.
Düzər bunca gözləyirdi hər yeri,
Hər ölkənin ağsaqqalı, başçısı.


Şah sağaldı, sağalmadı, Yengisoy,
Bu özü də böyük tanrı işidir.
Yengisoyun yaraları az idi,
Bu özü də böyük Tanrı işidir.

Dedilər ki, yığışıblar Tanrılar,
Söyləyiblər iki ərdir yanbayan.
İkisində birgə Tanrı gücü var,
Bu özü də böyük Tanrı işidir.

Söyləyiblər, biri qalsa yaxşıdır,
Birgə olsa onlar bizə qarşıdır.
Onlar indi yerdə başlar başıdır,
Bu özü də böyük Tanrı işidir.

Belə olsa, bizi saymaz el-oba,
Pisdiklilər yerdə-göydə at çapar.
İtər, batar öncül, öndər dal-qabaq.
Bu özü də böyük Tanrı işidir.

Söyləyiblər, Yengisoyu götürək,
Yerdə artan tanrılığı bitirək.
Gücü təkcə Bölgəmicə ötürək,
Bu özü də böyük Tanrı işidir.

Bölgəmici Düzər yer-yer bəslədi,
Onun yerdən durmağını gözlədi.
Gecələrsə acıqanı izlədi,
Bu özü də böyük Tanrı işidir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов