Uruyer söylənci
Turpar, Sona Uruyerə çatdılar,Yerdəyişmə qıvraq edər adamı.Uruyerdə Sona yaman sevindi,Yerdəyişmə qıvraq edər adamı.
Güləşirdi Sona ilə Tayqulaq,Ot üstündə dığırlanıb qurdsayaq,At üstündə quştək uçub, çaparaq,Yıxıl-yıxıl ötüşürdü qacaraq,Yerdəyişmə qıvraq edər adamı.
Boylu sona sevinirdi, gülürdü,Sevincini turpar ilə bölürdü,Ilk sevgidir ilk körpəsi, bilirdi,Yerdəyişmə qıvraq edər adamı.
Tutulmuşdu o Şamxatı görəndən,Şamxat onu oynatmışdı yerindən,Əl çəkmirdi Şamxat onun ərindən,Yerdəyişmə qıvraq edər adamı.
Turpar onu danışdırır, dindirir,Öyüb, Minel gözəlinə döndərir,Hərdən gedib ağaclıqdan tut dərir,Onu qıza, Qardanağa göndərir,Yerdəyişmə qıvraq edər adamı.Sona bilmir Şamxat göydən enmədir,Yarım yarı tanrılıqdan dönmədir,Qardanağla seviş-öpüş gündədir,Yerdəyişmə qıvraq edər adamı.
Sona doğur, oğlu olur, kök, topa,Tayqulaqla olub süddə, süd ortaq,İkisi də süd qardaşı, qarınpa,Yerdəyişmə qıvraq edər adamı.
Turpar deyir: – Öz atımı çapım mən,Gedim boyuk Turq atanı tapım mən,Saqqalından, əllərindən öpüm mən,Yerdəyişmə qıvraq edər adamı.
Sona dedi: – Tək qalaram burda mən,Şamxat məni oynadacaq yerimdən,Qorxuram ki, biz vuruşaq heç nədən,Yerdəyişmə qıvraq edər adamı.
Turpar dedi: – Şamxat dibdən özgədir,Tanrı deyil, tanrılara kölgədir,İştar sevgi tanrısına yengədir,Yollar ona yol yox, döngə-döngədir,Yerdəyişmə qıvraq edər adamı.
Tək deyilsən indi Sona, körpə var,Üzərində Tunqər kimi kölgə var,Mindiyarla, Minel kimi ölkə var,Yerdəyişmə qıvraq edər adamı.
Ayrıldılar, Sona susdu, ağladı,Sol əlinə onun qaytan bağladı,Qucub onu, qucağında saxladı,Yerdəyişmə qıvraq edər adamı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sohrab-tahir-uruyer-soylenci-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sorağ gəldi, Darvideldən gələn var,Zoqquldayar, dəymə əsgi yaraya.
Brəhmən, Budda söylənciBir ay beş gün Turq yol yortdu Hindelə,Ölçü bilməz, qavranılmaz genişlik.
Turqun Çinelə getməsi söylənciTurq yazını oxuyarkən sevindi,Hər söz hər şey öz yerində yaxşıdır.
Qayıdış söylənciHindel Çinel yaxınlaşır bir az da,Bir- birindən uzaq olmaz yaxınlar,
Стихи других поэтов
Könlüm tutulur hali-müsəlmanı görəndəBu növ övzai-pərişanı görəndə
GördümNəmirli, Zəngəzur əhlin fəna işlər edən gördüm,Nə insan kəlməsin qanmış, nə bir düz yol gedən gördüm
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.