Göyalı da, Qaratel də ürəkdən inandılar ki, onlardan da artıq qızların diləyi hasil olacaqdır. Mütləq Ziyarət dağına getmək gərəkdir.

Belə olanda onlar bir yaz səhəri başqa bir kəsə bildirmədən bacardıqları qədər nəzir-niyaz götürdülər. Ziyarət dağına yola düşdülər. Az getdilər, çox getdilər, yol boyu qabaqlarına çıxan kəndlərdə rastlarına çıxan kora, şilə, fağıra, yoxsula, sahibsiz kəslərə götürdükləri nəzirdən payladılar ki, diləkləri tez hasil olsun. Kəndbəkənd beləcə edib, yol gedəndən sonra axır ki, Ziyarət dağına çatdılar, dağa qalxdılar, daş məqbərələri aradılar, axtardılar, tapa bilmədilər. Demə, zamanın selsuyu bu daşları hey yumuş, ildırımlar buraya düşüb Ziyarət dağını tir-tir titrətmiş, iri-iri daşları parçalamışdır. Burada hər şey dəyişmişdir, nağıl edilən sayaqda heç nə öz yerində qalmamışdır.

Ancaq Göyalı ilə Qaratel gördülər ki, buraya başqa gələnlər də vardır. Onlar bu naməlum daşları da ziyarət edir. Odur ki, ərlə arvadın gözündə Ziyarət dağının bütün daşları türbələrə çevrildi. Onlar daşların dövrəsinə dolana-dolana öpdülər, hərləndilər, nağılda eşitdikləri övliyalardan yeddi qıza bir qardaş dilədilər. Bir azdan əldən düşüb yoruldular. Axı o cür ki onlar daşların dövrəsinə dolanıb öpürdülər, uçurumlardan qorxa-qorxa keçirdilər, nəinki bir neçə gün gərək idi ki, hətta bir deyil, bir neçə il gərəkdir ki, onlar öz ziyarətlərini başa çatdıraydılar. Ancaq onlar sidq dil ilə ziyarət etdiklərini hesaba alıb inandılar ki, Ziyarət dağının daşı altında yatıb qalan övliyalar onları bağışlar. Axı övliyalardan da uca olan ulu Tanrı vardır. Onlar Ziyarət dağının bax o göy bulud içində gizlənən uca zirvəsinə qalxsalar, buradan ulu Tanrıya tapınıb yalvarsalar, ulu Tanrı Göyalı ilə Qaratelin çatdırıb ziyarət etmədikləri övliyaları qəzəbdən çəkindirər.

Ziyarət dağına varan, əl-ayağı, diz-topuğu daş qayadan sivrilən bu adamlara Tanrı rəhm edər, diləkləri hasil olar. Buna görə də Göyalı ilə Qaratel nəzir-niyazın bir yarısını dağın qurd-quşuna təslim edib, Ziyarət dağının başı göy buludlu zirvəsinə doğru dırmanmağa başladılar. Onlar aşağılara baxmırdılar, gözlərinin qaralmağından qorxurdular və yenə də qorxa-qorxa dırmanırdılar. Nəhayət, başı buludda gizlənən dağın ən uca yerində birtəhər qərar tutdular. Burada bir-birindən tuta-tuta dizi üstə düşdülər, öz diləklərini Allaha çatdırdılar. Bir-birinə baxa-baxa şəhadət barmaqlarını qaldırıb artıq yox, yeddi qıza bircə qardaş dilədilər. Beləcə quruya-quruya, diz üstə xeyli yalvardılar, ayaq üstə qalxıb yenə də yalvardılar. Bəsdi deyincə yalvarandan sonra nəfəslərini dərindən dərib, göy buludun içində, Allaha yaxın yerdə yüngülləşdiklərini duydular. Ehtiramla dalı-dalı dağdan düşdülər.

Ziyarət dağının ətəyində ər arvadını, arvad da ərini inamla süzdü. Onlar nəzir-niyazın, şükür-sənnanın qəbul olunduğuna ürəkdən inandılar. Göylərə döndülər. Qızlar yorğun düşən ata-ananı sevinclə qarşıladılar. Böyük qızlar az-çox başa düşdükləri üçün başqa söz demədilər. Ancaq xırdaca qızlar ata-ananı dara qoydular:

– Bəs niyə bizə qardaş gətirmədiniz?

– Gələcəkdir, sizə qardaş gələcəkdir, – deyə Göyalı öz xırdaca qızlarını qucağına alıb, onları bircə-bircə oxşadı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XXXVI

Mehman respublika prokurorluğunda, öz keçmiş məktəb və hüquq fakültəsi yoldaşlarından bir qrupla görüşdü. Gənc prokurorların hamısı bir-biri ilə mehribancasına salamlaşdılar, öz yoldaşlarının iş-gücündən soruşub əhvallaşdılar. Bir ay bundan qabaq hüquq fakültəsində respublika prokurorluğuna işlər müdiri vəzifəsinə keçirilən Katibə xala qoltuğunda dəftər qapıdan boylanıb:– Yoldaş prokurorlar! – deyə onları öz yanına çağırdı. – Rica edirəm, bir mənim öz yanıma zəhmət çəkin!..

19446 мин
XXXVII

Bayaqdan yol gələn Mehman qan-tər içində özünü fabrikə çatdırdı, soruşub müdirin kabinetini tapdı. Qapıçı müdiri əvəz edən adamın otağını göstərərək:– Bax, ora buyurun, – dedi, – müdir azarlıdır. Onu orada oturan əvəz edir, baş mühəndis!

19443 мин
XXXVIII

Axşam çıraqlar yananda Mehman qapıya yaxınlaşıb zəngi basdı. İçəridən ağsaçlı bir qadın gəlib qapını açdı. Mehman salam verdi, qadın onun salamını aldı.– Mən professoru görmək istərdim.

194419 мин
XXXIX

Mehman yol uzunu Dilguşanın bu nəzakət və mehribançılığı barəsində düşündü. İstər-istəməz o, Dilguşanı Züleyxa ilə yan-yana qoyub müqayisə etdi. Getdikcə Mehman bu müqayisədə üstünlüyü mühəndis qıza verdi. Ali təhsilli, açıq-aydın sifətli, mülayim baxışlı bu gənc qız nə qədər də cazibədar və hörmətə layiqdi. “Dilguşa birini sevirmi?.. Bu qız öz həyatını kimlə qurmaq istəyir?..” Belə bir adamın nə qədər məsul ola biləcəyini Mehman təsəvvürünə gətirirdi. – “Bəli, ailə tərbiyəsi... Evlənmək... Ailə həyatı qurmaq nə qədər də mürəkkəb məsələ imiş?” Professor qızdırmalı danışsa da, – Mehman yol uzunu adamların arası ilə keçə-keçə özünü mühakimə edirdi. Şəhla xanımın hərəkətlərində olan sünilik, “saat söhbəti” ilə əlaqədar olan bütün bir oyunbazlıq, təfərrüatına qədər bilməsə belə, artıq onun Şəhla xanıma qarşı doğan nifrətini artırırdı... – Bəs nə etmək, bəs necə etmək? – Bu məsələ Mehmanın şüur və mühakiməsində bütün ciddiyyəti ilə baş qaldırırdı. Bəli, gənc Mehman səmimiyyət axtardığı halda, Şəhla xanımın sifətində bir saxtakarlıq görürdü, Mehman bu cəhəti unuda bilmir, mübhəm bir şübhə onun ürəyini narahat edirdi...Professor Məlikzadənin dediyi kimi, daxili ziddiyyət, köhnəliklə yenilik bu ailədə üz-üzə gəlirdi. Züleyxa nə qədər ucaboylu, qara qıvrımsaçlı, ətli-əndamlı, gözəl-göyçək olursa, güldüyü zaman onun ağ dişləri nə qədər işvəkar cərgələnirsə, bu zaman onun iri ala gözləri nə qədər cazibədar bir ehtirasla alışıb yanırsa, bütün bunlar Mehman üçün nə qədər biganə qalmırsa, yenə də Züleyxa öz anası Şəhla xanımla bağlı olduğu üçün Mehmanın nəzərində öz üstünlüyünü itirməyə başlayırdı. Züleyxanın öz anasına qarşı olan mütiliyi, bu ailə üçün nə kimi bir fəlakət doğuracaqdı?

19447 мин

Стихи других поэтов