Çoxdan bəri qapı ağzında dayanıb oğlunun yolunu intizarla gözləyən Xatun Mehmanı evə buraxıb:

– Oğlum, şəhadətnaməni aldınmı? – deyə soruşdu.

Mehman şəhadətnaməsini çıxarıb anasına verdi. Xatun şəhadətnaməni alıb öpdü və əllərini göyə qaldırıb:

– Xudaya min şükür, – dedi, – on il addım-addım ötüb qurtardı.

Xatun, hər il məktəb bağlananda, oğlunun aldığı qiymətlə maraqlanırdı. O qabaqkılardan fərqli olan iri və zərli şəhadətnaməyə diqqətlə baxıb:

– Çeşnisindən-naxışından bilirəm ki, hamısı ucadır, – deyib Mehmanın boynuna sarılıb analığın müqəddəs həyəcanı ilə oğlunun nəfəsini sanki uddu. – Uca!.. Mənim oğlum, çox-çox uca!..

Xatun, oğlunun məktəbi qurtarmağı şərəfinə o biri günün axşamına yaxşı plov hazırladı. Mehman isə öz yaxın yoldaşlarını evlərinə dəvət etdi. Onlar xörək yedikcə Xatun əlində kəfgir dayanıb baxırdı:

– Evimizin səliqəsi olsaydı, sənin o ağsaçlı ananı da çağırardıq, – deyə Xatun balaca evinə nəzər saldı.

– Onu da evimizi yaxşı-yaxşı qurandan sonra çağırarıq! – deyə Mehman müəlliməyə qarşı tükənməz bir ehtiram hissilə cavab verdi, – mütləq Məlikə xanımı öz evimizə dəvət edərik, ana!..

– Bəli, bizim Məlikə xanım şəfqətli bir anadır, – deyə Mehmanın yaxın yoldaşlarından birisi olan Salman dilləndi. – Çox lütfkar bir insan, köhnə maarifçi, ictimai bir xadimdir!..

– Bəli, elədir, – deyə əyləşən gənclərdən Məsum da dilləndi. – Məlikə xanımın alicənab ürəyi bütün onillik məktəbi qızdırar!

– Elədir, o ömrünün böyük mənasını səadət toxumunu səpməkdə görür!

– Məlikə xanım, bizim Mehmanın dilinin əzbəridir, – deyə Xatun, Mehmanı və süfrə ətrafında əyləşən gəncləri qayğıkeş bir nəzərlə süzdü.

– Yaxşı insanın adı, həmişə yaxşılıqda yad edilər!..

Bu növ ilə süfrənin axırına qədər Məlikə xanımın adı ehtiramla çəkildi.

Mehmanın yoldaşları xörək yeyib çay içəndən sonra durub evlərinə getdilər.

– Yaxşı söyləmirəmmi, oğul? – deyə Xatun keçən söhbətin güclü təsiri altında davam etdi. – Uca elmi qurtarıb evimizi yaxşı-yaxşı düzəldəndən sonra sənin o müəlliməni də çağırarıq, lap körpə vaxtından o, səni sevər, görən zaman mənə toxtaqlıq verərdi. “Qorxma, Xatun, – deyərdi, – Mehman səni öz gözlərinin üstündə saxlayacaq, bütün ağrıacıların çıxacaqdır!” Mən başımı əyərdim, o hey danışardı. Baxardım ki, Məlikə xanım həm də məndən ötəri sənin qayğına çox qalır, – Xatun başını qaldırdı – yaxşı, çox yaxşı, lap yaxşı arvaddır, – Xatun bir an fikrə gedib birdən döndü: – Məktəbdən çıxanda müəllimə sənə nə söylədi?

– Xatun təkidlə oğlundan soruşdu – o, səni sözsüz buraxmaz, bilir ki, atan yoxdur...

– Müəllimə mənə dedi ki, oğlum, daima öz ürəyini təmiz saxla, heç bir zaman onu ləkələmə!

– Belə çıxır ki, adını ləkələmə, eləmə?..

– Gözləri doldu, belə bir söz dedi, ana!

Xatun dayanıb yenə düşündü. Onun da gözləri ağsaçlı Məlikənin gözləri kimi doldu:

– Mən mətləbi başa düşüm, oğlum, mən də elə belə deyirəm!.. Təmiz ad, təmiz ürək bu dünyada qızıldan da, ləl-cavahiratdan da qiymətlidir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Məhtaban 12

Məhtaban barhəmlini yerə qoydu. Xarici mamaça körpəni öz qayda-qanunu ilə tutdu. Məmalik xanın əsil arzusunun yerinə yetdiyini, oğlan uşağı doğulduğunu görüncə xarici xanım yerdən göyəcən sevindi. O, əndərundan gətirdiyi cavan xadiməyə ağ xalat geydirdi, onun köməyi ilə körpəni çimizdirib yuyundurdu, yançaqlarını şapalaqlayıb, bir qədər səsləndirib cığıldatdı. Sonra cavan ananı huşa gətirib:– Xanım, oğlunuz olubdur, – deyə onu təbrik etdi. – Gözünüz aydın, xanın diləyi yerinə yetibdir! Olan-qalan rəngi də süddüyan sarısı ikimi saralan Məhtaban hər necə ağrı çəksə də, analıq hissi ilə gülümsədi, razıməndlik əlaməti olaraq, təbibinin müqabilində uzun, qara kirpiklərini endirdi. Mamaça fürsəti fövtə vermədən özünü nizama salıb bir neçə addım o tərəfdə, öz otağında intizarda dayanan xanın qapısını döymədən içəri girdi:

8 мин
Məhtaban 13

Yetmiş yaşlı Məmalikin oğlu olmaq xəbəri hər yana yayılıb dədə-baba düşməni həlakulara çatdı. Bu xəbərdən bütün həlakuların böyüyündən kiçiyinə sir-sifəti turşudu. Həlaku ilə Məmalikin böyük nəvələri burunlarını bir qarış salladılar. Xırda nəvələr mırıldandılar. Ərmağan xanım qapandığı otaqdan çıxmadı, qana susayan sifətini göstərmədi.Bu hal qoca Həlakunun xeyli xoşuna gəldi. Yaxşı ki, Məmalik qızı Ərmağan dədə-baba düşməni qayınatasının titrəyən qırışıq sifətini, əsən çal bığlarını, açılıb-yumulan, damarları titrəyən əllərini görmədi. Bəlkə qayınatasının belə övzainə görə Ərmağan xanım inada düşər, adlayıb atasının tayında durar, qoca Məmalikin yetmiş yox, lap yüz yaşı olsun, ona bəraət verər, atasının səngərinə keçərdi. Özü də tərəddud göstərmədən qılınc siyirib, atasının oğul varisinin keşiyində durar, bu gecikən varisin başından bircə tük əskik olmağa qoymazdı. Onda daha məmaliklər mülkü həlakular torpağına qarışmaz, yenə dədə-baba düşməni sicillisinin tüstüsü Savalana ucalar, gələcəyinə həlakular göz açmağa macal tapmazlar. Birdən Pəhləvan Məhəmmədin nəvəsi ana babasına oxşasa, onun qolunu qatlayan kəs nəinki həlakular torpağında bütün məmləkətdə tapılmaz. Birdən bu əcaib uşaq qalxıb, boy atıb qollu-qanadlı Rüstəm-Zal olar, hər hansı düşmən ondan tük salar. Bəlkə bu çağa pəhləvan, sərkərdə olub öz Məmalik əcdadının intiqamını ögey bacısının həlaku uşaqlarından alar, öz qılıncını onlardan əsirgəməz, hamısını ölüm körpüsündən keçirər, həlakuların başlarını nizələrə taxdırıb kəndbəkənd gəzdirər... Quru küləşə düşən qığılcımdan, ya payız xəzanından meşəyə düşən ildırımdan hansı alov desən çıxmaz? Bəli, alov aləmi bürüyər, kənd deməz, oba deməz, hamısını yaxıb-yandırar.

13 мин
Məhtaban 14

Təvəllüd günündən iki həftə sonra Məhtaban əndərun hamamında yuyundu, ötən günlərini xatırlayıb, qıfıltılı çayın köpüklü gölündə üzən kimi hovuzda üzdü... Soyunub-geyinmək otağında divara vurulmuş güzgü qabağında qumral hörüklərini darayıb hördü, öz gözəlliyinə tamaşa edincə utandı, cəld paltarını geyindi. Bir azdan, Məhtaban, yarlı-yaraşıqlı, zərli-zibalı libasında əzəlkindən də gözəl göründü... Üstü qübbəli qızıl kəmər Məhtabanın belini əzəlkindən də artıq boğdu. Qabarıq sinəsi, doğumundan sonra sifətində peyda olan iztirablı gözəllik Məhtabanı xarici xanımın seyrçi gözlərində xeyli füsunkar göstərdi. O, Parisi, o izdihamlı şəhərdə tanıyıb-bildiyi məşhur gözəlləri gözlərinin qabağına gətirib, Məhtabanla müqayisə etdi, onların hərəsində az-çox qüsur tapsa da, Məhtabanda heç bir qüsur tapa bilmədi.Məhtabanın zoğal dəyənəyi tutan, palaz-paltar yuyan əlləri doğumdan sonra zərifləşmişdi. Onun dür-düyün bağlayan barmaqları da xeyli nazilib uzanmış, dırnaqları şadlıq-şənlik əlaməti kimi xınalanmışdı. Xof-vahimə içində çırpınan Məhtaban sanki bütün ağrı-acısını əndərun hamamında tökmüşdü...

7 мин
Məhtaban 15

Həlaku xan marıqda duran yalquzaq kimi kənardan göz qoyur, öz əlaltılarını xəlvəti Məmalik mülkünə göndərir, yeni doğulan varisdən sonra baş verən islahat və təbəddülatdan xəbərdar olmaq istəyirdi. Onun göndərdiyi əlaltılar da müəyyən yerləri gəzib-dolaşandan sonra dönüb Həlaku xana Ərdaha kəndlərində, obalarında başlanan əcaib işlərdən danışırdılar. Çalbığ Həlaku gözünü yumub digərini açır, öz casuslarını diqqətlə dinləyir, Məmalikin gözlənilməz əliaçıqlığına, səxavətinə heyran edirdi! Həlaku Məmalik mülkündə görünən əcaib işlərə heç də biganə qala bilmirdi:“Necə yəni itaətdən çıxan rəiyyətə-rəncbərə bu əndazədə güzəştə gedəsən, onları neçə ilin vergilərindən azad edəsən, özünü yaxşı xan kimi qələmə verib, qonşuluğunda olan Həlakunu gözdən salasan? Necə yəni qonşuna, qohumuna badalaq gələsən?.. Obaarası yol çəkdirmək, aca-yalavaca ehsan etmək, çay üstündən körpü saldırmaq, çeşmə düzəltdirmək, özünü adil, qonşusunu zalım deyə dilə-dişə salmaq ki, baxın, görün rəiyyətə-rəncbərə güzəştə getməyinin adına nə deyirlər?..”.

8 мин

Стихи других поэтов