XXIII
Qaloşlu adam arzuladığı ilk açarı əldə etmiş oldu. O, bu ailədə olan azmı-çoxmu ixtilafa bələd oldu. Qaloşlu adam “daş-qaş mərəz”ini bildi. “Bax buradan, buradan açarı salmaq!” – deyə o içəridə sevindi. Qaloşlu adam fikir içində bir qədər hərlənib-fırlandı, girəvə tapıb özünü anbarın qapısından içəri saldı. Məmmədxan yenə də çotka çəkir, sənədləri aşırıb yoxlayır, qara saplı bir iynə ilə tikib düzəldirdi. Qaloşlu adamın kölgəsi içəriyə uzanıb stol üzərinə səpələnmiş kağızların üstündə gəzdi. Məmmədxan əyri-üyrü kölgəni görüncə başını qaldırıb:
– Yenə xeyir ola, – dedi. – Qaloş?
– İş var, – deyə Qaloşlu adam ayaq barmaqlarının ucunda içəri girdi.
– Sənə işim düşübdür!
– Nə vaxt olacaq ki, sən özün də bir iş düzəldəsən, ay Qaloş?!
Qaloşlu adamın qırış üzü titrədi:
– Köpək qaya kölgəsində yatar, elə bilər öz kölgəsidir!
Məmmədxan çotkanı kənara itələyib:
– Mən həmişə sənin bəndeyi-fərmanın, Qaloş! – deyib ayağa durdu.
– Mən həmişə əli-qolu bağlı qulun!
Qaloşlu adam əyilə-əyilə:
– Sən bilirsən ki, – deyə barmağı ilə sənədləri göstərdi, – mən sənin boğazını neçə kərə kəndirdən qurtarmışam!
– Yaxşı bilirəm!
– İndi kim bilir, bu qoşa gözlərin hansı zülmət qaranlıqdan işıldayırdı? Camaat deyər: “Koxanı gör, kəndi çap”.
– Bu misalı açıq dilə çevirəndə nə deməkdir, Qaloş?
– Bir saat!
– Mən saatsazammı, Qaloş?
– Qanmadın!
– Necə, necə?
– Dedim ki, qanmadın! Bir qızıl saat gərəkdir!
– Bu xarabada qızılı haradan tapmaq olar?.. Gümüş olsa, bəlkə birtəhər düzələrdi, Qaloşcan!
– İtər yerə getməz, ədə!
Məmmədxan əlini alnına, dirsəyini də sənədlərin üstünə qoyub xeyli fikirləşdi. Qaloşlu adam anbarın içini bir müfəttiş kimi gəzib dolandı və sonra gəlib, anbardarın başının üstə dayandı:
– İtər yerə getməz! – dedi. – Atalar deyib, – “Yüz gün yaraq, bir gün gərək”.
Qaloşdan yaxa qurtara bilməyən Məmmədxan stolun balaca gözünü açıb qızıl qolbaqlı saatı çıxarıb:
– İşinə düşərmi? – dedi. – Bu sən yığan sarıdan! Ancaq sən yığan dilsizdir, bu qədər də çıq-çıqlıdır!..
Qaloşlu adam saatı alıb baxdı, açıb içini yoxladı, yazı-pozusunu gözdən keçirtdi:
– İnsafən söz yoxdur, qiyməti neçədir?
Məmmədxan güldü:
– Sən neçə qiymət qoyursan?
– “Örtülü bazar – dostluğu pozar!”...
– Kim üçündür, əmican?
– Bilmirsən, ay lotu, kim üçün olar, ilin-günün bu çağında?..
– Vallah, o Əbülfəzli Abbas haqqı, mən haradan bilim? Sən deməsən, mən bu anbarda hardan başa düşüm ki, sənin o dərya könlündən nələr keçir?..
Qaloşlu adam saatı yuxarıya qaldırıb:
– Qiymətsiz şey olmaz, qiyməti?
– Peşkəşdir, Qaloş!
– Doğru söz? Lap qızıl kimi düz söz?
– Bir əmimin tək ölmüşünə!
– Qiymətsiz şey olmaz, qiyməti!
– Dedim ki, peşkəşdir! Mən bilirəm ki, sən hədər yerə bir kibrit dənəsi də verməzsən!
– Haqq başı ağır olar, ancaq çatmağının geci-tezi var! – deyə Qaloşlu adam sümüklü əlini qaldırıb Məmmədxanın kürəyinə vurdu: – İtər yerə getməz! – O saatı pambığa büküb yavaşca qoynuna qoydu, öz əyri-üyrü kölgəsi ilə birlikdə anbardan çıxdı.
Mehman işə getmişdi. Xatun mətbəxdə çalışırdı. Züleyxa məlulmüşkül eyvanda dayanıb ətraf dağlara baxırdı. Qaloşlu adam böyük bir qənimət əldə etmiş kimi şəst ilə yuxarı eyvana çıxıb:
– Xoş gördük, – deyə o, qapağı qırışıq gözləri ilə Züleyxanı süzdü.
– Başına dönüm, mənim gözəl-göyçək qızım!..
Tutqun Züleyxa cavab vermədi. Qaloşlu adam Züleyxanın gözləri içinə zənn ilə baxıb:
– Bu əmin dünya görübdür, – deyə ona yaxınlaşdı. – Sən mənim özcə balamsan... Sonra sən mənim necə xeyirxah bir adam olduğumu tanıyıb biləcəksən!.. Mən əcəb bilirəm ki, gen günü dar günə sığışdırmaq çətindir. – Qaloşlu adam içəriyə girib Züleyxanı da otağa çağırdı:
– Bir zəhmət olmasa, qızım, bəri gəl!
Bu səsə Xatun başını qaldırıb mətbəx dəsmalı ilə əlini sildi. Züleyxa hərlənib otağa girdi.
– Sizə saat lazımdırmı? – deyə Qaloşlu adam soruşdu.
Züleyxa bu qəfil sual qarşısında səksəndi.
– Nə saatı?
– Qızıl saat!
– Yox, bizə nə qızıl, nə də gümüş saat lazım deyil!
– Niyə?
– Çünki gərəyimiz deyil!
– Saat ola, gərək olmaya?.. Mən bilirəm ki, sizin saatınız yoxdur. – O, saatı çıxarıb əlində hərləyib Züleyxaya tərəf tutdu: – Əntiqəsidir, lap əntiqəsi!..
Züleyxa sarı qızıla baxdı:
– Bizə lazım deyil, çox sağ olun!
– Yox, siz bu saatı götürün!
– Pulumuz yoxdur, axı?..
– Yavaş-yavaş düzəldib verərsiniz! – Qaloşlu adam təsiredici bir səslə güldü. – Əminlə köməkləşərsiniz... Yavaş-yavaş mənim donluğumu da sizin düyünçələrdəkinin üstünə qoyarıq, qiymətini düzəldərik!
Züleyxa baxıb-baxıb:
– Mehman dünyanı dağıdar, əmican! – dedi. – Lap bizi baş-başa verən dağların arasından sürgün edər!..
– Heç-zad deməz, qızım!
– Vallah, Mehman mənim aşımı kəsər, lap!
– Al, qoy dursun, deyərsən, Zərrintacındır. Mən bilirəm siz ikiniz onunla canbir qəlbdə bacılıqsınız!
– Bacılığın buraya nə dəxli?..
– Qadına sirdaş gərəkdir, onda da o Zərrintac kimi dünyagörmüş bir sirdaş ola...
– Axı heç bilmirəm Mehman üçün, onun qulluğuna görə nə cürə çıxar?
– Heç cürə, yüyürən yıxılmağına baxmaz. Könlü daş-qaş istəyən gərək ustalığı da bacarsın! Lap qədimlərdə də, bu “sarılar” axıb-axıb ağlı başında top adamlarda toplanardı, hərdə-hürdədə yox!.. Bu çərəz deyil, yeyəsən, ağzın şirin ola, ötüb sovuşa. Bu həm bəzək, həm də çəkidə yüngül, qiymətdə ağırdır!..
Qaloşlu adam saatı stolun üstünə qoyub yavaş və yastı addımlarla qapıdan çıxdı...
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-mehman-xxiii
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qara şeytanın qara qurğusu qara mozalan qara qəsd üçün öz qara rəngini Ulduza yaxıb bu dünya üzündə uğursuzluğun qara kabusuna döndərmişdi. Ulduz öz Şükranının, igid qəhrəmanını; ağ çuxalı, ağ papaqlı, gümüş xəncərli, qırmızı çekməli səvarisinə dəmir nallı təpik çalmaqla öz taleyinə də təpik çalmışdı. Şükran ölmüşdü. O torpaq altındadır. Ulduz da ölmüşdür, ancaq torpaq üstündədir. Belə bir fəlakət olandan sonra, əlbəttə, torpaq altında, gözlərdən iraqda olmaq qat-qat yaxşıdır. Sürünə-sürünə, sürüklənə-sürüklənə, gözdən düşə-düşə, nifrətlə süzülə-süzülə, lənətlə damğalana-damğalana bu qara at kimi yas içində qalmaqdansa, ölüm yaxşıdı! Deməli, qapıya gələn qara at üçün tale ölüm yolu açmışdı. Elə bil qara ölüm onu səsləyirdi: gəl-gəl qara at! Gəl mən səni düşdüyün qara gündən xilas edim! Gəl, gəl qara kabusluğunu ortadan götürüm! Axı sənin qalmağın əzab-əziyyət, işgəncədir! Sənin ulduzun Ziyarət dağının başı üstündə batıbdır. Dayanma, durma, gəl qaranlığa qovuş! Gəl, bu dünyanın heçliyini, puçluğunu bildirən bu şit-şitəngə işıqda əlləşmə, çapalama! Sən qaranlığa qovuşub işıqdan uzaq ol! Daha heç kəs burada səni daş-qaya ilə vurmayacaq! Bu qaranlıqda heç kim burada səni hədələməyəcək! Heç kəs səni uğursuzluq timsalı sayıb qəzəb və nifrətlə süzməyəcəkdir. Sən qaranlıqda öz azadlığını tapacaqsan!Qara mozalanın şeytan-şər zərbələrini axıra qədər tutdurmaq, öz qara qəsdlərini axıra qədər yerinə yetirmək, qara don geydirdikləri Ulduzu axıracan aparıb axırına daş atmaq istəyirdilər. Gah mozalan cildində Ulduzu çalmaqla, gah qaranlığı işıqdan, ölümü yaşamaqdan üstün tutmaqla həmin qara mozalan qara atı qaranlığa çəkirdi. Qara at həmin tərəfə çəkilirdi. Şükransız belə işıqlı dünyadansa ona qaranlıq, ölüm yaxşı gəlirdi. Belə yaşamaqdansa yaşamamaq yaxşı deyilmi? Zəhərlənəndən sonra yaşamaq kimə, nəyə gərəkdir? Demək, mozalan öz şeytan qurğusu ilə kimini çox, kimini az da olsa zəhərləmişdi. Göyalı ailəsinin içində mozalanın fitnə-fəsadı nəticəsində zəhərlənməyən, ürəyi tir-tir titrəməyən tək bircə nəfər də olsa yox idi! Bəs Ulduz? Bu dünya üzündə ən ağır cəzanı Ulduz özünə verməmişdimi? Bundan belə gözlənilən cəza bu «əzanın müqabilində nə idi? Ölüm! Öldürülmək! Nəfəsi varkən Ulduz Şükranı axtarırdı! O öldürdüyü süvarisini axtarırdı. Ancaq Ulduz bir də, bir də duyurdu, bilirdi ki, Şükran orada qara qayanın qabağında, onun nallı təpiyi ilə qətlə çatdırılıbdır. Bu təpikdən çevikliklə çovuyan mozalan Şükranı onun dəmir nallı təpiyinə tuş edibdir. Ziyarət dağına gedən cığırın yanında Şükran qara torpağa gömülübdür. Üstü də qara tikanla tikanlanıb, ağ-qara, boz göy rəngli daşlarla daşlanıbdır.
XIXQara-qara buludlar şüş-şüş dağları qaplayırdı. Yuxarı dağlardan – San babadan, Sağsağanlıdan, Kirsdən üzüaşağı Araz çayına doğru uzanan qara bulud salları Ziyarət dağını da örtür, Göyən düzənlərini zülmətə bürüyürdü. Divan gözləyən, ancaq divan tutulmayan Ulduzun özü öz ayaqları ilə divana gedirdi. Qara ölüm şıltağa başlayıb əzabəziyyət içində Ulduzu hər necə girinc etməkdən zövq alsa da, bu faciədə şər-şeytanın hər necə nəşələnib əyləndiyini görsə də, Ulduz “daha bəsdir!” demək qərarında qəti idi. Axı ölüm gözləyən Ulduz niyə Şükranın atası Göyalı tərəfindən oxlanmadı? Niyə Ulduz o qədər top-top dayanan adamların müqabilində oxlanmaq gözlədiyi halda, bir kəs tərəfindən oxlanmadı? Məgər Ulduz öz sinəsini dalbadal atıla bilən oxlar üçün görməmişdimi? Bu oxlar onun iztirab dənizinin dalğalarına son qoymayacaqdımı? İndi qara don geyən Ulduz üçün həmin cığırla geriyə dönmək, Göyən düzənlərinə qayıtmaq, ara-ara Göylər obasında görünmək mümkün deyildi. Bir də Şükranın məzarının dövrəsində gözdağı kimi dolana-dolana qalmaq, bu məzarın keşiyini çəkmək, ölü durmaq özü də Ulduz üçün bəs deyildimi? Üstü torpaqlanan, tikanlanan, daşlanan Şükran dərindən-dərin sükut aləmində idi. Haçan bu qəbir üzərində “Ağ oğlan” adı ilə şöhrət tapa biləcək bir uca qüllə qalxacaqdı? Bu hələ qabaqda idi. Ağqoyunluların qədim adətincə bir il ərzində qəbiri tərpətmək, ölən adamın ruhunu narahat etmək olmazdı. Bir ildən sonra çox yəqin ki, Şükranı dəfn edən el-oba yenə də axın-axın gələcək, onun ildönümündə igidi yad edəcəkdi, elə bu zamanlar da köhnələn qəbir tərpədiləcəkdi. Şükranın türbəsi üzərində ağ-ağ yonulan daşlardan “Ağ oğlan” adlı günbəz ucalmağa başlayacaqdı.Ulduzun tab-təvanı tükənmişdi. O, heç bir kəsi gözləmədən öz-özünü divana çəkməli idi. Bu yoldan qayıtmaq, özünü ölümdən də artıq bir əzaba salmaq idi. Qara buludlar gəlirdi. Qara qanadları sallanan qara buludlar bir-birinə dəyə-dəyə, çırpıla-çırpıla yağışı, kürdaşı, dolunu, alaçalpov qarı bir-birinə qatıb qarışdırmırdılarmı? Bu, tufan idi, bu qiyamət yay mövsümünün yetişdiyinə baxmadan, bir də hiddətlə geriyə dönməklə qaralan Ulduzu aparmağa gəlməmişdilərmi?
ITədris hissə müdiri Məlikə xanım onillik məktəb vəsiqəsini Mehmana təqdim edib, ayrılıq əlaməti olaraq, onun boynunu bərk-bərk qucaqladı. Məlikə xanımın qar kimi ağaran pərakəndə saçları Mehmanın şəvə kimi qara qıvrım saçlarına qarışdı.– Oğlum, – deyə müəllimənin yaşaran gözləri doldu. – Düz on ildir ki, sən bizim bu məktəbdə oxuyursan. Düz, on il əvvəl, sən buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüyə gəlib, indi cavan bir oğlan kimi gedirsən... Bu on ilin çox yarısını, mən özüm sənə dərs vermişəm... Sən mənim sevimli balam olmusan... Bu on ildə məktəbdə mən səni həm əxlaqda, həm də oxumaqda bütün uşaqlara nümunə gətirmişəm... Bu gün mən, məktəbi bitirmək şəhadətnaməsini sənə təqdim edib yola salıram. – Məlikə xanım çəkilib Mehmanın gözlərinin içinə diqqətlə baxdı. – Mənim sənə analıq tövsiyəm vardır, – müəllimə göy damarlı əlini qəti bir qərarla qaldırıb: – Hər nə sənəti ürəyin sevsə, onun dalınca da gedərsən, – deyə qeyd etdi, – bu sənin öz işindir!.. Ancaq mənim sənə çox mühüm bir tapşırığım vardır... Hər halda, hansı işdə olursan ol, daxilən-vicdanın pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman bir balaca nöqtə qədər olsa belə öz ürəyini ləkələmə! – Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: – Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!.. Sən bil ki, bu sözləri sənə anan deyir!..
IIMəktəbin uzun dəhlizi oğlan-qızla dolmuşdu. Onlardan kimisi qolqola gəzir, kimisi yığışılıb söhbət edir, kimisi onillik məktəbi qurtarmaq vəsiqəsini öz yoldaşına göstərib öyünür, bəzisi də başını aşağı salıb kəsir içində olduğu üçün məktəbdən bikefcə çıxırdı. Bir dəstə tələbə qapı ağzında dayanıb Mehmanın çıxacağını səbirsizliklə gözləyirdi. Onlardan bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. Bunun üçün də hərə bir cür danışır, bir fikir söyləyirdi:– Ali məktəbi də görək, bizim mülayim Mehman, belə əla qiymətlə qurtaracaqmı?
Стихи других поэтов
Düz dağlar, əyri dağlar,Düzəlməz əyri dağlar,
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
Ney tək nəvayə gəldi yenə, tutdu nar dilNey tək nəvayə gəldi yenə, tutdu nar dil,Bilməm nedim, nə çarə qılım mən, yanar dil.
HəyatNiyə haqsız olur bunca təbiət,niyə ürəyinə o, dəyir sənin?