Bütün gecəni dağ-daş arası, at belində yol gələn Mehman gündüz gün yağlananda rayon mərkəzinə çatdı. Prokurorun gəldiyini görən Qaloşlu adam özünü qapıya cəld yetirib Mehmanın atının cilovundan bərk-bərk yapışdı, başını qaldırıb altdan yuxarı onun üzünə irişdi:

– Xoş gəlmisən, qadan alım, səfa gəlmisən!.. Bu neçə gündə gözləməkdən də gözümüzün kökü saraldı!..

Xatun eyvana çıxıb oğlunu qarşıladı. Züleyxa qaşqabağını sallayıb dinmədi.

– Nə olubdur, ana?! – deyə Mehman anasının əlindən tutub onun intizardan yorulan, mehriban gözlərinə baxdı.

– Elə bir şey olmayıb, bala, – deyə Xatun gülümsədi. – On gündür getmisən, görünür ki, Züleyxa bir az küsübdür... Çox da doğru eləyir... Adam da yad yerdə bir-iki günlüyə gedib bu qədər də uzun-uzadı qalarmı? Gecələr də yuxumuz göyə çəkilir. Yolların da dağ-daş, əyri-üyrü, at qoparılsa, heç bilməzsən, dilim-ağzım da qurusun, hansı uçurumun dibində bənd alar?.. Axı nöş belə?.. Məgər yaxşı işdi?.. Özün də cavan bir uşaq, belə dağ-daşa nabələd?!

– Yaxşı su varmı, bir əlimizi yuyaq?, – deyə Mehman Züleyxanı süzüb anasına cavab verdi, – iş çoxdur, ana!..

– İş olsa da, biz də axı belənçik nigaran qalırıq, – deyə Xatun dönüb getdi, o cəld sabun, məhrəba, su hazır etdi. Qaloşlu adam özünü qabağa verib Xatunun əlindən su dolçasını aldı, prokurorun əlinə qırışa-qırışa su tökdü. Mehman əl-üzünü yudu. Xatun çay gətirib stolun üstünə qoydu, eyvana çıxdı. Mehman Züleyxanın qolundan yapışıb:

– Küsəyən xanım, nə olub belə? – deyə onu mehribanlıqla dindirdi. – Axır bu nə küsməklikdir, qız!..

Züleyxa birdən ağlamağa başlayıb:

– Neçə aydır, – dedi, – buradayıq?

– Nə olsun, nə böyük qürbətdir, Züleyxa?

– Bir gəzməyi yox, əylənməyi yox, ürəksıxan iki hündür dağın arası, göy də görünmür!.. Kim bilir, hələ özün də haralarda gəzirsən?

– İşləmək, iş görmək gərəkdir, Züleyxa! – deyə Mehman Züleyxanın pırtlaşıq saçlarını tumarladı. – İşləmək, iş görmək, tapşırılan çox-çox məsul vəzifəni yerinə yetirmək gərəkdir, yoldaş!..

– İş görmək!.. İş görmək!.. – deyə Züleyxa hikkələndi. – İş görmək... Quru süfrə... quru süfrə... quru çay... Quru gün...

– Demək, aclıq davası eləyirsən?.. – Mehman Züleyxanın qollarından tutub, onu sıxçalayıb ovundurmaq, əsəbiləşən gəlinin könlünü almaq istədi. Züleyxa Mehmanın qolları arasından çıxmağa çalışaraq:

– Heç aclıq olmasın, – deyə başını əydi. – Bir ürəyimiz açılsa, necə?..

Atı aparıb şəhərkənarı tövlədə bağlayıb tez birdabana qayıdan Qaloşlu adam eyvana çıxdı. O, Xatuna yaxınlaşdı, içəridən gələn səsə qulaq asmağa başladı. Bir az keçincə başını yırğaladı.

– Doğrudur, hamısı doğrudur, – deyə Qaloşlu adam guya yanıxdı.

– Mən neçə-neçə prokuror yola salmışam, indi dönüb bu oğlana mat qalmışam... Bu camaat ki, var, hamısı Kufə məxluqudur... Onlar yeyənə də, yeməyənə də “yeyən” deyirlər... İstəsən dünyanı ye, istəyirsən heç bir tikə dadma, hamısı birdir, hamısının adı yedidir... Haqq-halal normasını da qoymur kooperativin anbarından da götürəsən evinə ki, gəlin də dilə gəlmiyə. Belə adam olar? Görünür şura əsrinin peyğəmbəri olmaq istəyir?.. Duzsuz arpa çörəyi yeyib, bir cam da soyuq su içmək istəyir... belə də prokuror, belə də çinovnik olar?.. Evində bişirilən zəfəran-plova da qapı çırpır, bilmirəm bu nə təhər bir ev saxlayacaq, sabah bunun uşağı nə güzəran görəcəkdir!..

Xatun Qaloşlu adamı tərs bir nəzər ilə süzüb:

– Bu söhbət, belə kimə gərəkdir? – dedi.

– Düz demirəm, Xatun bacı? – Qaloşlu adam təəccüb edər kimi soruşdu.

– Yox, düz demirsən, kişi! Adama təmiz ad lazımdır, zibilli qarın yox!

Qaloşlu adam Xatunun qəti qərarını görüb susdu...

Züleyxa içəridə gözlərində yaş gilələri dolana-dolana danışırdı:

– Xalqınkı qoşa-qoşadır... Gəlin gəlmişik, bir cüt sırğanı, bir qol saatını da görməmişik!..

– Demək bəzək-düzək davası eləyirsən, Züleyxa, eləmi?

– Yazıq anam həmişə deyərdi: “Qarnım üçün yox, qədrim üçün”. Bir cavanlıq yadigarı olsa, göydən yerə qan yağmaz ki!

– Adam ayağını yorğanına görə uzadar, Züleyxa! – deyə Mehmanın əsəbiləri çalınmağa başlayırdı. – Mən sənə rayon dövlət kitabxanasından “El məsəlləri” gətirərəm, oxuyarsan. “Ayağını yorğanına görə!..”

– Mən yüzdən yuxarı roman oxumuşam, sənin bu kitabxanan mənə lazım deyil! – Züleyxa gözlərini silə-silə üzə durmağa, Mehmanın dönüşü zamanı göstərdiyi mehribançılığı qiymətləndirmədən, bir tərəfdən də qısqanclıq içində qabarmağa başlayırdı. – Heç bir romanda, bircə kəlmə də deməyiblər ki, ay Mehman, qıza gözəllik, bəzək lazım deyil!.. Heç birisində də heyvərəyə, bir cin-cındırıyla eşq yetirildiyi göstərilməyibdir, mamamın canı üçün.

– Sən çox zərərli romanlar oxumusan, Züleyxa! – Mehman arvadının bu sözləri qarşısında heyrət etməyə başlayırdı.

– İndi də bəlkə bu romanlara maddə verib qazamata salasan, yoldaş Atamoğlanov?

– Sənə bu dili öyrədən var, Züleyxa!

– Necə, bəyəm mən lal idim?

– Bu qədər də yox, Züleyxa!.. Sən əsla belə deyildin, Züleyxa!

Qaloşlu adam özünü saxlaya bilməyib içəri işarə edib Xatuna:

– Görürsənmi, – dedi, – gəlin necə haqqına üzə durub?

Xatun Qaloşlu adamı yenə eyni nəzərlə süzüb:

– O sənin işin deyil! – dedi, – kişi! Əsla ətlə dırnaq arasına girmə!..

Qaloşlu adam büzüşüb:

– Mən qələt eləyirəm, – dedi, – min qələt! – O, çiyinlərini çatdı.

– Mən süpürgəçi babayam, mən atamnan qələt eləyərəm!

– Onda bu dili bir kənara burax, kişi!

– Dil deyəndə, mən süpürgəçiyəm, bacı, ancaq gəlini də elə üzə qaldırmaq olmaz! Mən, hər ikisini də öz balam kimi, bax bu döyünən ürəyim kimi istəyirəm!

Qaloşlu adam həyətə enib kağız qırıntılarını yığmağa başladı. Xatun isə bu söhbətlərin dəhşətli gələcəyini görür kimi dayanmadan içəriyə girib:

– Oğul! – deyə üzünü Mehmana tutdu, – ləkəli sultan olmaqdansa, ləkəsiz çoban olmaq yaxşıdır! Mən hələ başımı aşağı salmamışam, bu özü də dünyaya dəyər. – Xatun gəlininin üzünə baxdı. – Qızım, alnı damğalı adam, qulağı damğalı heyvandan pisdir!

Gözlərində hiss və hikkə yaşı quruyan Züleyxa, bir də ağlamağa başlayıb:

– Uy, mama! – dedi, – hamısı da o yandan bəriyə mənim üstümə düşüb, uy, mama!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XVIII

Qara şeytanın qara qurğusu qara mozalan qara qəsd üçün öz qara rəngini Ulduza yaxıb bu dünya üzündə uğursuzluğun qara kabusuna döndərmişdi. Ulduz öz Şükranının, igid qəhrəmanını; ağ çuxalı, ağ papaqlı, gümüş xəncərli, qırmızı çekməli səvarisinə dəmir nallı təpik çalmaqla öz taleyinə də təpik çalmışdı. Şükran ölmüşdü. O torpaq altındadır. Ulduz da ölmüşdür, ancaq torpaq üstündədir. Belə bir fəlakət olandan sonra, əlbəttə, torpaq altında, gözlərdən iraqda olmaq qat-qat yaxşıdır. Sürünə-sürünə, sürüklənə-sürüklənə, gözdən düşə-düşə, nifrətlə süzülə-süzülə, lənətlə damğalana-damğalana bu qara at kimi yas içində qalmaqdansa, ölüm yaxşıdı! Deməli, qapıya gələn qara at üçün tale ölüm yolu açmışdı. Elə bil qara ölüm onu səsləyirdi: gəl-gəl qara at! Gəl mən səni düşdüyün qara gündən xilas edim! Gəl, gəl qara kabusluğunu ortadan götürüm! Axı sənin qalmağın əzab-əziyyət, işgəncədir! Sənin ulduzun Ziyarət dağının başı üstündə batıbdır. Dayanma, durma, gəl qaranlığa qovuş! Gəl, bu dünyanın heçliyini, puçluğunu bildirən bu şit-şitəngə işıqda əlləşmə, çapalama! Sən qaranlığa qovuşub işıqdan uzaq ol! Daha heç kəs burada səni daş-qaya ilə vurmayacaq! Bu qaranlıqda heç kim burada səni hədələməyəcək! Heç kəs səni uğursuzluq timsalı sayıb qəzəb və nifrətlə süzməyəcəkdir. Sən qaranlıqda öz azadlığını tapacaqsan!Qara mozalanın şeytan-şər zərbələrini axıra qədər tutdurmaq, öz qara qəsdlərini axıra qədər yerinə yetirmək, qara don geydirdikləri Ulduzu axıracan aparıb axırına daş atmaq istəyirdilər. Gah mozalan cildində Ulduzu çalmaqla, gah qaranlığı işıqdan, ölümü yaşamaqdan üstün tutmaqla həmin qara mozalan qara atı qaranlığa çəkirdi. Qara at həmin tərəfə çəkilirdi. Şükransız belə işıqlı dünyadansa ona qaranlıq, ölüm yaxşı gəlirdi. Belə yaşamaqdansa yaşamamaq yaxşı deyilmi? Zəhərlənəndən sonra yaşamaq kimə, nəyə gərəkdir? Demək, mozalan öz şeytan qurğusu ilə kimini çox, kimini az da olsa zəhərləmişdi. Göyalı ailəsinin içində mozalanın fitnə-fəsadı nəticəsində zəhərlənməyən, ürəyi tir-tir titrəməyən tək bircə nəfər də olsa yox idi! Bəs Ulduz? Bu dünya üzündə ən ağır cəzanı Ulduz özünə verməmişdimi? Bundan belə gözlənilən cəza bu «əzanın müqabilində nə idi? Ölüm! Öldürülmək! Nəfəsi varkən Ulduz Şükranı axtarırdı! O öldürdüyü süvarisini axtarırdı. Ancaq Ulduz bir də, bir də duyurdu, bilirdi ki, Şükran orada qara qayanın qabağında, onun nallı təpiyi ilə qətlə çatdırılıbdır. Bu təpikdən çevikliklə çovuyan mozalan Şükranı onun dəmir nallı təpiyinə tuş edibdir. Ziyarət dağına gedən cığırın yanında Şükran qara torpağa gömülübdür. Üstü də qara tikanla tikanlanıb, ağ-qara, boz göy rəngli daşlarla daşlanıbdır.

6 мин
XIX

Qara-qara buludlar şüş-şüş dağları qaplayırdı. Yuxarı dağlardan – San babadan, Sağsağanlıdan, Kirsdən üzüaşağı Araz çayına doğru uzanan qara bulud salları Ziyarət dağını da örtür, Göyən düzənlərini zülmətə bürüyürdü. Divan gözləyən, ancaq divan tutulmayan Ulduzun özü öz ayaqları ilə divana gedirdi. Qara ölüm şıltağa başlayıb əzabəziyyət içində Ulduzu hər necə girinc etməkdən zövq alsa da, bu faciədə şər-şeytanın hər necə nəşələnib əyləndiyini görsə də, Ulduz “daha bəsdir!” demək qərarında qəti idi. Axı ölüm gözləyən Ulduz niyə Şükranın atası Göyalı tərəfindən oxlanmadı? Niyə Ulduz o qədər top-top dayanan adamların müqabilində oxlanmaq gözlədiyi halda, bir kəs tərəfindən oxlanmadı? Məgər Ulduz öz sinəsini dalbadal atıla bilən oxlar üçün görməmişdimi? Bu oxlar onun iztirab dənizinin dalğalarına son qoymayacaqdımı? İndi qara don geyən Ulduz üçün həmin cığırla geriyə dönmək, Göyən düzənlərinə qayıtmaq, ara-ara Göylər obasında görünmək mümkün deyildi. Bir də Şükranın məzarının dövrəsində gözdağı kimi dolana-dolana qalmaq, bu məzarın keşiyini çəkmək, ölü durmaq özü də Ulduz üçün bəs deyildimi? Üstü torpaqlanan, tikanlanan, daşlanan Şükran dərindən-dərin sükut aləmində idi. Haçan bu qəbir üzərində “Ağ oğlan” adı ilə şöhrət tapa biləcək bir uca qüllə qalxacaqdı? Bu hələ qabaqda idi. Ağqoyunluların qədim adətincə bir il ərzində qəbiri tərpətmək, ölən adamın ruhunu narahat etmək olmazdı. Bir ildən sonra çox yəqin ki, Şükranı dəfn edən el-oba yenə də axın-axın gələcək, onun ildönümündə igidi yad edəcəkdi, elə bu zamanlar da köhnələn qəbir tərpədiləcəkdi. Şükranın türbəsi üzərində ağ-ağ yonulan daşlardan “Ağ oğlan” adlı günbəz ucalmağa başlayacaqdı.Ulduzun tab-təvanı tükənmişdi. O, heç bir kəsi gözləmədən öz-özünü divana çəkməli idi. Bu yoldan qayıtmaq, özünü ölümdən də artıq bir əzaba salmaq idi. Qara buludlar gəlirdi. Qara qanadları sallanan qara buludlar bir-birinə dəyə-dəyə, çırpıla-çırpıla yağışı, kürdaşı, dolunu, alaçalpov qarı bir-birinə qatıb qarışdırmırdılarmı? Bu, tufan idi, bu qiyamət yay mövsümünün yetişdiyinə baxmadan, bir də hiddətlə geriyə dönməklə qaralan Ulduzu aparmağa gəlməmişdilərmi?

5 мин
I

Tədris hissə müdiri Məlikə xanım onillik məktəb vəsiqəsini Mehmana təqdim edib, ayrılıq əlaməti olaraq, onun boynunu bərk-bərk qucaqladı. Məlikə xanımın qar kimi ağaran pərakəndə saçları Mehmanın şəvə kimi qara qıvrım saçlarına qarışdı.– Oğlum, – deyə müəllimənin yaşaran gözləri doldu. – Düz on ildir ki, sən bizim bu məktəbdə oxuyursan. Düz, on il əvvəl, sən buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüyə gəlib, indi cavan bir oğlan kimi gedirsən... Bu on ilin çox yarısını, mən özüm sənə dərs vermişəm... Sən mənim sevimli balam olmusan... Bu on ildə məktəbdə mən səni həm əxlaqda, həm də oxumaqda bütün uşaqlara nümunə gətirmişəm... Bu gün mən, məktəbi bitirmək şəhadətnaməsini sənə təqdim edib yola salıram. – Məlikə xanım çəkilib Mehmanın gözlərinin içinə diqqətlə baxdı. – Mənim sənə analıq tövsiyəm vardır, – müəllimə göy damarlı əlini qəti bir qərarla qaldırıb: – Hər nə sənəti ürəyin sevsə, onun dalınca da gedərsən, – deyə qeyd etdi, – bu sənin öz işindir!.. Ancaq mənim sənə çox mühüm bir tapşırığım vardır... Hər halda, hansı işdə olursan ol, daxilən-vicdanın pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla! Heç bir zaman bir balaca nöqtə qədər olsa belə öz ürəyini ləkələmə! – Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: – Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!.. Sən bil ki, bu sözləri sənə anan deyir!..

19442 мин
II

Məktəbin uzun dəhlizi oğlan-qızla dolmuşdu. Onlardan kimisi qolqola gəzir, kimisi yığışılıb söhbət edir, kimisi onillik məktəbi qurtarmaq vəsiqəsini öz yoldaşına göstərib öyünür, bəzisi də başını aşağı salıb kəsir içində olduğu üçün məktəbdən bikefcə çıxırdı. Bir dəstə tələbə qapı ağzında dayanıb Mehmanın çıxacağını səbirsizliklə gözləyirdi. Onlardan bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. Bunun üçün də hərə bir cür danışır, bir fikir söyləyirdi:– Ali məktəbi də görək, bizim mülayim Mehman, belə əla qiymətlə qurtaracaqmı?

19445 мин

Стихи других поэтов