XIX
Qara-qara buludlar şüş-şüş dağları qaplayırdı. Yuxarı dağlardan – San babadan, Sağsağanlıdan, Kirsdən üzüaşağı Araz çayına doğru uzanan qara bulud salları Ziyarət dağını da örtür, Göyən düzənlərini zülmətə bürüyürdü. Divan gözləyən, ancaq divan tutulmayan Ulduzun özü öz ayaqları ilə divana gedirdi. Qara ölüm şıltağa başlayıb əzabəziyyət içində Ulduzu hər necə girinc etməkdən zövq alsa da, bu faciədə şər-şeytanın hər necə nəşələnib əyləndiyini görsə də, Ulduz “daha bəsdir!” demək qərarında qəti idi. Axı ölüm gözləyən Ulduz niyə Şükranın atası Göyalı tərəfindən oxlanmadı? Niyə Ulduz o qədər top-top dayanan adamların müqabilində oxlanmaq gözlədiyi halda, bir kəs tərəfindən oxlanmadı? Məgər Ulduz öz sinəsini dalbadal atıla bilən oxlar üçün görməmişdimi? Bu oxlar onun iztirab dənizinin dalğalarına son qoymayacaqdımı? İndi qara don geyən Ulduz üçün həmin cığırla geriyə dönmək, Göyən düzənlərinə qayıtmaq, ara-ara Göylər obasında görünmək mümkün deyildi. Bir də Şükranın məzarının dövrəsində gözdağı kimi dolana-dolana qalmaq, bu məzarın keşiyini çəkmək, ölü durmaq özü də Ulduz üçün bəs deyildimi? Üstü torpaqlanan, tikanlanan, daşlanan Şükran dərindən-dərin sükut aləmində idi. Haçan bu qəbir üzərində “Ağ oğlan” adı ilə şöhrət tapa biləcək bir uca qüllə qalxacaqdı? Bu hələ qabaqda idi. Ağqoyunluların qədim adətincə bir il ərzində qəbiri tərpətmək, ölən adamın ruhunu narahat etmək olmazdı. Bir ildən sonra çox yəqin ki, Şükranı dəfn edən el-oba yenə də axın-axın gələcək, onun ildönümündə igidi yad edəcəkdi, elə bu zamanlar da köhnələn qəbir tərpədiləcəkdi. Şükranın türbəsi üzərində ağ-ağ yonulan daşlardan “Ağ oğlan” adlı günbəz ucalmağa başlayacaqdı.
Ulduzun tab-təvanı tükənmişdi. O, heç bir kəsi gözləmədən öz-özünü divana çəkməli idi. Bu yoldan qayıtmaq, özünü ölümdən də artıq bir əzaba salmaq idi. Qara buludlar gəlirdi. Qara qanadları sallanan qara buludlar bir-birinə dəyə-dəyə, çırpıla-çırpıla yağışı, kürdaşı, dolunu, alaçalpov qarı bir-birinə qatıb qarışdırmırdılarmı? Bu, tufan idi, bu qiyamət yay mövsümünün yetişdiyinə baxmadan, bir də hiddətlə geriyə dönməklə qaralan Ulduzu aparmağa gəlməmişdilərmi?
Bax, budur Ulduzun başının üstündə dayanan dağlar bir-birinə dəyir, buludlar bir-biri ilə toqquşur, ildırımlar, şimşəklər tez-tez çaxnaşır, az-azacıq işıq görünməmiş yenə qatı qaranlıq qovuşub, hökmran olmağa başlayır. Qaradonlu Ulduz üçün bir cığırda dayanmaq donmaq idi, ölümün açılan qara ağzına çatmadan yubanmaq idi. Yox, Ulduz dayana bilməz, qala bilməzdi. O, yenə də həmin-həmin heç bir tərəddüd göstərmədən qalmaq da istəmirdi. Ulduz addım-addım getməli, Ziyarət dağına yetişən cığırla üzüyuxarıya qalxmalı idi. Ulduz belə də etdi: O, darısqal cığırla daş-qayaya dəyə-dəyə qızışdı, gedə-gedə tüstülən-di, yandı-alovlandı, axır ki, Ziyarət dağına çatdı. Burada olan daşların, qayaların hamısı bir-birinə qarışmışdı. Ulduz burnunu daşlara söykəyə-söykəyə, əl-ayaq çala-çala daşların, qayaların ara-bərəsi ilə gedə-gedə dəmir nallarından qığılcımlar çıxara-çıxara, özü də döngələrdə əyilə-bükülə cığırla dimdik dikləndi. Bu cığır Ziyarət dağının qülləsinə aparan, dilək qülləsinə qalxan, ulu Tanrıdan dilək dilənən həmin dayanacaq idi. İyirmi il əvvəl günün günortaçağı Göyalı ilə Qaratel həmin bu cığırla bu qülləyə qalxmışdılar.
Dağları qaplayan qara buludlar hönkürüşürdülərmi? Onlar ağlaşırdılarmı? Yaxud qara mozalanın şər-şeytanları öz istədiklərinə nail olduqlarına görə öz qara qələbələrinin təntənəsini nümayiş etdirirlər?
Buludlar, bulud bürüyən dağlar, üstlərinə sel-su ələnən, dolu ilə dolan, qarla örtülən dağlar indi hansı yandadırlar? Bu uğultulu təlatümləri ulu Tanrı öz iradəsi ilə əmələ gətiribmi? Ya bunlar öz başlarınadır? Əgər özbaşınalıqsa necə, nə təhər özbaşınalıqdır? Əgər özbaşınalıq deyilsə, ulu Tanrının iradəsilədirsə, bəs niyə belə hərc-mərclikdir?!
Qaralan Ulduz bütün bunları bildi, bilmədi, baş açdı, açmadı, vəziyyət belə idi, başaçılmaz müəmma idi!.. Qara at iyirmi il əvvəl Göyalı ilə Qaratelin qalxdıqları qülləyə can atdı, öz əl-ayaqları ilə qabağına çıxan irili-xırdalı daş-qayanı çapasındıra ötüb keçdi. Ulduz öz dəmir nalları ilə daş qayadan od çıxara-çıxara tufanı, çovğunu qarışdıra-qarışdıra dırmandı, dırmandı. Ara-ara Ziyarət dağının həmin duracağına çatdı. Zülmət qaranlıq içində Ulduzun yuxarılara baxan gözləri yanıb alovlandı. Elə bil ki, Ulduzun bütün ağrısı-acısı, qəzəbi, hiddəti gözlərinə toplanmışdı. Ulduzun burnu körükləndi, qara at ulduz gücünü birdən özünə qaytardı, ulu Tanrıya üsyan edir kimi dayandı, ulu Tanrıdan Ziyarət dağına enməyə, ədalət divanı qarşısında dayanmağa səslədi. Ulduz var gücü, var nəfəsi ilə ulu Tanrını çağırdı, çağırdı, kişnədi, kişnədi... Bu kişnərti Ziyarət dağını, bu dağın bütün daş-qayasını, cəbələrini, övliya-ənbiyalar yatan daş məqbərələri, bütün kahaları, mağaraları, sütunlu-sütunsuz sıldırımları, Ziyarət dağının bütün təməllərini ta yerin təkinəcən doldurdu, doldurdu. Bu kişnərti bütün uğultulara üstün gəldi. Göy gurultularını, ildırım-şimşək çaxnaşmalarını hakiminə hökm ilə dayandırdı, susdurdu. Ulu Tanrını ədalət divanına səsləyən kişnərti kəsmədi, kəsmək bilmədi. Birdən qaralan Ulduz qiyam üçün qanad açıb göyə qalxdı, öz-özünü xeyli qaldırdı. Ziyarət dağından xeyli yuxarılara – buludlara, qara tüstü ilə örtülən, pərdələrlə tutulan kəhkəşanlı aləmə çatdı. Buranı aradı, axtardı, ulu Tanrını tapmadı. Ulduz yenə də həmin kəsilməyən kişnərti ilə özünü götürüb Ziyarət dağının dərin-dərin uçurumlarına atdı, uçurumlar aləmində itdi...
Həmin vaxtdan əsrlər ötsə də, külli-kainat dəyişsə də, Şükranın qəbri üzərində inşa edilib ucaldılan “Ağ oğlan” nişangahının ağ-ağ qülləsindən ağ-ağ daşlar bircə-bircə sınıb tökülsə də, bu qüllənin üstündə bitən kollar göyərə-çürüyə yan-yörəyə səpələnsə də, yenə də Ziyarət dağına qalxanlar, onun dərinliklərinə qulaq verənlər Ulduzun kəsilməyən kişnərtisini eşidərlər. Bəli, indinin özündə də Ziyarət dağına qalxan kəslərin tükləri biz-biz olar. Saçları qabara-qabara qalxar, onlar Ulduzun kəsilmək bilməyən kişnərtisi içində heyrətə düşərlər. Əfsanəvi faciə onların gözləri qabağında əvvəlindən axırına qədər vərəqlənər. Bu faciənin hər bir səhifəsi səhifələnər. Bəlkə bu adamlar bu müsibət dastanını örtməyə cəhd edərlər. Bəlkə adamlar dəhşətlərdən çıxmaq üçün bu dastanın ilk səhifələrinə qayıdıb yenə də Şükranı Ulduzun belində qanad açan görərlər, “Ağ oğlan” qülləsinin ağ-ağ buludlara qalxdığına şahid olarlar. Lakin, hər yana dönsən yenə də Ziyarət dağında ömründə kəsmək bilməyən kişnərtini hey eşidərlər. Bəlkə də Ziyarət dağının həmin cığırı ilə qülləsinə qalxıb ulu Tanrıdan soruşan da tapışar: varsansa bu nədir, yoxsansa bu nə üçündür?!
20 sentyabr 1968
Əyin – Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rehimov-kesilmeyen-kisnerti-xix
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ərmağan belə cəza-fəza ilə meşin cildli Qurana dönə-dönə qəsəm qılandan sonra Məhəmməd qızı Məhtabanın dəruni dünyasında təzadlı çarpışmalar başladı. “Görünür Ərmağan xanım öz qoca atasını həlakular evində təhqir etməkdən peşman olubdur!.. Ərmağan tövbə edib öz bihədd günahını yumaq qərarına gəlibdir? Yoxsa ayrı cürə Ərmağan xanım hansı cəsarətlə Allah göndərən Qurana əl basıb, qəsəm qıla bilər, öz peşmançılığını bildirib, odlu göz yaşlarını sel kimi yanaqlarına axıda bilərdi? Əgər Ərmağan riyakarlıqla Quranı qəsəm qılıbsa, ürəyində bir, dilində başqa adam olubsa, deməli, onun cəzasını Allah özü verəcək, Qurana yalandan qəsəm qılan oğrular sayağında kömür kimi qaralacaq, bir cəhənnəmlik kimi torpağa gömülüb, qəbiristanlığın qırağında məluna qəbrini qabardacaqdır!..”.Məhtaban Məhəmməd qızı bismillahla başlanan əqdnamənin, qart-qalın kəbin kağızının sehrli tilsiminə düşüb, xan evində bunca ruhi əzab-əziyyətə məruz qaldığı halda, Ərmağan xanım hansı ağızla yalandan Qurana qəsəm qılıb, məkr yolunu tuta bilər, iblis olduğu halda, Allahın müqabilində mələk donunda gizlənə bilər? – deyən Məhtaban belə qənaətə gəldi ki, daha onların övladı deyəsən amandadır! – İndi hər bir vəchlə Məhtaban özünü iştibah girdabından çıxarmağa cəhd etməlidir! Demək, Ərmağan tərəfindən nə ana, nə də körpəsinə zaval toxuna bilməz! Əgər içəri açarı əlinə alan Ərmağan xanım körpəyə zaval toxundurmaq qəsdinə dolarsa, onda Allahın ecazı ilə əlləri quruyar, ayaqları şil-şikəst, gözləri kor, qulaqları da kar olar! Hələ dili də tutulub, nitqi də batar! Təbarək-təala görk üçün Ərmağan Həlakunu icmaya göstərib deyər ki: bəs yalandan mənim Quranıma qəsəm qılanın aqibəti bilin, belə olur!..”.
Məhtaban 21Ərmağan xanım özünü kücürləyib, Allaha asi kəsilib hiyləgərcəsinə Qurana qəsəm qılsa da, heç bir vəchlə daxilən sakitləşə bilmirdi. O, iki daşqın, bulanlıq çayın arasında qaldığını görürdü. Ərmağan üçün öz niyyətini yerinə yetirmək, qoca Məmalikin oğul varisindən məhrum etmək xeyli müəmmalı görünürdü! Əgər Ərmağan öz atasını oğul varisindən məhrum edərdisə, Məmalik sicillisi yer üzündən silinər, mülkü də dədə-baba düşməni həlakular torpağına qarışardı! Belə olduqda həlakular sicillisi, yəni Ərmağanın öz Ərşad-Gurşadı və İldırım-Şümşadı vahid xanlığa varis olardılar...Əgər Ərmağan atasını Məhtaban doğan oğul varisindən məhrum etməzdisə, onda fədai qızından doğulan ögey varis yavaş-yavaş qalxar, atasının əmlak-əmvalına sahib durar, bəlkə də ögey anadan olan qardaş nə ögey bacısını, nə də onun Ərşad-Gurşadını və İldırım-Şümşadını öz dövrəsinə qoyardı?.. O nə ögey bacısına, nə də ögey bacısının oğlanlarına ürək qızdırar, onlara məmaliklərin dədə-baba düşməni həlakular kimi baxardı!.. Hələ bəlkə üstəlik anası Məhəmməd qızı Məhtaban xanımın fitvası ilə əzəlkilərdən artıq düşmənçiliyə başlayıb, həlakuların üstünə qanlı-qovğalı qoşun da çəkərdi. Onda üstü qaysaqlanan dərin yara açılar, köhnə ədavət təzələnər, qanlı qovğadan Ərmağanın oğlanlarından – birincisi Ərşad, ikincisi Gurşad, üçüncüsü İldırım, dördüncüsü Şümşad qanlarına qəltan edilərdilər?!
Məhtaban 22Ərmağan Həlaku, öz cinayətkar əməliyyatını başa çatdırıb, tələsik addımlarla güllüyə düşər-düşməz, başqa otaqlarda səliqə-sahman yaradan Məhtabanın ürəyi iynələnən kimi sancdı. Məhtaban səndələyincə, divara söykəndi, xan imarəti onun gözündə zülmət zindana çevrildi. “Xudaya, bu nə haldır məndə?” – deyə gözləri qaraldı. Məhtaban divardan tuta-tuta yeriyib oğlunu yatırtdığı otağın qapısını ehmallıca açdı. İçəriyə qulaq verdi. Səs-səmir yox idi. O, istədi beşiyin örtüyünü qaldırsın, ancaq nə isə qaldırmadı, daha düzü, titrəyən əli gəlmədi.Məhtaban bilmədi bu hal uşağı ayıltmağa qıymamaqdandırmı, yaxud onun öz mübhəm xofundan? Məhtaban ömründə görmədiyi ən ağır hal keçirincə, qayıdıb güc-bəla çarpayısına sərildi. Onun soyuyan sifəti ilin bütün fəsillərində Savalan dağının zirvələrində üst-üstə qalaqlanan qardan da betər ağarıb göyərdi. Sonra da tədriclə saraldı. Məhtaban bihuş halında əllərini yana sərib, ağır-ağır nəfəsini dərdi...
Məhtaban 23Sübhün gözü açılmadan kəndlərə çıxan, yenə də rəncbər-rəiyyətlə rəhmdilliklə rəftar edən, əlillərə ehsan paylayan Məmalik xan da ürəyinin Məhtabanın ürəyi kimi birdən eyni an içində sancdığını hiss edincə, atının belinə qalxıb üstünün süvariləri ilə dinməz-söyləməz geri döndü, göydəki gün əyilər-əyilməz, özünü bərigahına yetirdi. Xan atından düşüb birbaş Məhtabanın otağına qalxdı, onun ölü düşdüyünü görüb, heyrət etdi:– Sənə nə bəla üz veribdir, qız?
Стихи других поэтов
Yarə deyin bizdən qarğış almasın,Yerdə qalmaz ah-zarı Həsənin,
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Gəraylı: Nə baxarsan oğrun-oğrunNə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,