Страница 1 из 3

Ərmağan xanım özünü kücürləyib, Allaha asi kəsilib hiyləgərcəsinə Qurana qəsəm qılsa da, heç bir vəchlə daxilən sakitləşə bilmirdi. O, iki daşqın, bulanlıq çayın arasında qaldığını görürdü. Ərmağan üçün öz niyyətini yerinə yetirmək, qoca Məmalikin oğul varisindən məhrum etmək xeyli müəmmalı görünürdü! Əgər Ərmağan öz atasını oğul varisindən məhrum edərdisə, Məmalik sicillisi yer üzündən silinər, mülkü də dədə-baba düşməni həlakular torpağına qarışardı! Belə olduqda həlakular sicillisi, yəni Ərmağanın öz Ərşad-Gurşadı və İldırım-Şümşadı vahid xanlığa varis olardılar...

Əgər Ərmağan atasını Məhtaban doğan oğul varisindən məhrum etməzdisə, onda fədai qızından doğulan ögey varis yavaş-yavaş qalxar, atasının əmlak-əmvalına sahib durar, bəlkə də ögey anadan olan qardaş nə ögey bacısını, nə də onun Ərşad-Gurşadını və İldırım-Şümşadını öz dövrəsinə qoyardı?.. O nə ögey bacısına, nə də ögey bacısının oğlanlarına ürək qızdırar, onlara məmaliklərin dədə-baba düşməni həlakular kimi baxardı!.. Hələ bəlkə üstəlik anası Məhəmməd qızı Məhtaban xanımın fitvası ilə əzəlkilərdən artıq düşmənçiliyə başlayıb, həlakuların üstünə qanlı-qovğalı qoşun da çəkərdi. Onda üstü qaysaqlanan dərin yara açılar, köhnə ədavət təzələnər, qanlı qovğadan Ərmağanın oğlanlarından – birincisi Ərşad, ikincisi Gurşad, üçüncüsü İldırım, dördüncüsü Şümşad qanlarına qəltan edilərdilər?!

Belə mülahizəyə gəlincə, öz qoca atasının oğul varisini qətlə çatdırmaq çətin, çatdırmamaq da çətin idi! Qardaşını dinc buraxmaq çətin, buraxmamaq daha çətin idi!

İndi belə təlatümlü dənizdə qol-qanad çalan Ərmağan öz Quran qəsəminə əməl etsinmi?.. Yaxud girəvəsinə salıb südəmər tifili birbaş qətlə çatdırsınmı? Qoca Məmalikin gözünü Məhəmməd qızı Məhtaban doğan varisdən üzsünmü?..

Ərmağan üçün indiyə qədər xeyli asan görünən iş xeyli çətin görünürdü! Elə də çətin, belə də çətin! Quran andını pozmaq çətin, pozmamaq, xətərnak törəməni sabahına, gələcəyinə başlı-başına buraxmaq daha çətin idi!

“Əgər Quran andını pozaramsa, onda Quran mənə çox tezcə qənim olmazmı?” – deyə ziddiyyətlə dolu vəziyyət içində çapalayan, lehmli burulğanlar içində boğulan Ərmağan tutulub-qaralır, bilmirdi nə etsin və necə etsin? – Əgər Quran andını pozaramsa, dilim tutulub, nitqim batmazmı? – deyə Ərmağan çırpınırdı, – özüm də yanıb-yanıb küləkəsəyə dönmərəmmi? Onda qoca hər iki övladından – birisi qırx yaşlı qızından, biri də yeni doğulan oğlundan binəsib olmazmı?.. Onda qocanın özünün də bağrı çatlamazmı? Onda dədə-baba düşmənimiz çalbığ Həlaku, onun doğma oğlu – mənim ərim Ərdahan bu mülkü də o mülkə qatıb, toy-nağaranın gurultusunu Savalana qaldırmazlarmı?”.

Ərmağanın dəruni aləmində sual-suala bağlanıb, düyünlənə-düyünlənə gəlir, Ərmağan bilmirdi nə etsin? Bilmirdi irəliyə dursun, geriyə çəkilsin?.. Bilmirdi yana yayınsın, qabağa ötsün? O, bilmirdi beyninə dolan dolaşıqdan, boynuna yıxılan yükdən necə qurtarsın?

Ərmağan xanım qoca Həlakunun qafiləsindən qopub, atası evində qalandan bəri hey gecəli-gündüzlü beləcə düyünlü ziddiyyətlər içində çalışıb-vurnuxub düşünür, özünü də, üzünü də gizləyə-gizləyə düşünürdü! O, birdən balaca qardaşını əlinə götürüb sevir, üstündən neçə ay ötən uşağı atıb-tuturdu! Birdən də Ərmağan öz əlinə iynə götürüb balaca Məmalikə yaraşıqlı paltar da tikirdi! Bəzən də o kin-küdurətini unutmuş kimi, Məhtabana ilıq sudan tökdürüb sevə-sevə qardaşını çimizdirir, uşağın ət tutan yançalarına şappıldada-şappıldada vururdu. O, atasının müqabilində qara qıvrım saçlı, göyümtül gözlü, gülüncə ovurdları çalalanan, şahmayı balıq kimi pəhmayılaşıb partlayan, əldə çətin duran, “huv-huvla” qanadlanan, səs-küy salıb, qışqırıq qoparan qardaşını qıdıqlayır, uşağa şaqqa çəkdirib güldürür, qolları üstə dolayısına uzandırıb dırnağından təpəsinə qədər öpüb-öpüb, qaytarıb ağ mələfənin üstünə sərir, az qala onu fədai qızı Məhtabana etibar etmirdi...

Ərmağan uşağı Məhtabanın əlindən almaq, dilindən atasına iltizam verib, öhdəsinə götürmək, – Ya orada böyüsün, ya burada! – deyə aparıb öz oğlanlarına qatmaq, pərvəriş verib saxlamaq istəyirdi. Belə vaxtlarda Məhtaban da, qoca Məmalik də keçirdikləri iztirablardan, düşdükləri şübhələrdən yana utanır, bilmirdilər ki, başlarını harada gizlədib, Quran qəsəminə əməl edən Ərmağanın həyəcan keçirən gözlərindən necə gizlənsinlər? Onlar dönüb öz şəkk-şübhələrinin xəcalətini çəkir, az qala “Mömünə Xatunun” üzünə baxa bilmir, qaçıb hansı küncdə-bucaqda isə gizlənmək, çağıranda da uşaq kimi səsini içinə salıb, cınqır belə çıxarmaq istəmirdilər... Birdən bu etibarın üstündən bir neçə gün ötüncə, Ərmağanın belə hüdudsuz canfəşanlığı onların hər ikisini yenə dərin şübhələrə salırdı. Yenə də gah belə, yenə də gah elə!..

“Əgər Ərmağan xanımın hərəkətləri riyadırsa, bəs ehtiraslı səmimiyyətləri nədir? Əgər onun hərəkətləri səmimidirsə, bu necə ehtiraslı riyakarlıqdır ki, dürüstünü təyin edə bilmirik?” – deyə ər də, arvad da naçar qalırdı. İşə girişən Ərmağan isə qızışıb şiddətlənir, az qala körpəni yemək istəyirdi. O, körpədən üzülmür, onu ardı-arası kəsmək bilməyən öpməkdən doya bilmirdi.

Bəzən Ərmağan öz hisslərində uzaqlara gedir, uşağı öz oğlanları kimi, oğlanlarının körpəliyində olduğu kimi, bəlkə daha da artıq sevib, öpüb istəyirdi. Ərmağan qaynar körpəni dırnaqlarına qədər, qara saçlarının qıvırcıqlarına qədər dəlicəsinə öpür-öpürdü. Pişik balasını istədiyindən yeyən kimi, az qala o da qardaşını gəmirib yemək istəyirdi! Ərmağanın hədsiz öpüşündən uşağın bədənində göylük, göyümtüllük qalırdı. Bu hiss o hissə qarışırdı. İşin içindən xəbərdar olan kəs deyərdi:

– “Deyəsən, Ərmağan körpə qardaşının qəsdinə dolmaqdan qayıdacaq, dönəcəkdir?”. Bir də başqa bilən kəs deyərdi:

– “Deyəsən, yox, Ərmağan dünyadan dönsə də, körpə qardaşının qəsdinə dolmaqdan qayıtmayacaq, dönməyəcəkdir?!”.

Qurana qəsəm qılıb uşağın atasını, anasını inandırmağa cəhd edən Ərmağan görünür, uşağı da inandıra-inandıra qətlə çatdırmaq qərarına gəlirdi. Uşağı oynatmaq, öpə-öpə qızışmaq, onu qətlə çatdırmaq üçün öz-özünü qızışdırmaq demək deyildimi?! Nifrət-məhəbbət bir yerə toplana bilərdimi? Burada qətl hissi ilə qeyri-qətl hissi bir-birinə qarışmırdımı? Doğmalıqla ögeylik duyğuları çırpışıb-çırpışmırdımı?..

Qoca ata ilə cavan ana Ərmağanın hərəkətlərinə göz qoyur, əcaib, əsrarlı aləmin qarşısında donub qalırdılar: “Ərmağan xanım qardaşını sevirmi, sevmirmi?!” Baxanda, fikir verəndə Ərmağan balaca Məmaliki sevir, onu qucağına alıb əndəruna düşür, buradan da biruna çıxarıb hərləyir, güllükdə gəzdirir, qaytarıb gətirir. Uşağın dərdinə, oduna qalır, uşaq dodaqlarını büzdükcə, Ərmağan öz əli ilə Məhtabanın sinəsini açıb körpəni Məhəmməd qızının döşləri arasına salır, onun necə ovurdları şişə-şişə əmdiyinə tamaşa edir, uşaq doyub dönüncə, onu tərpədib anasının döşündə güldürürdü. Yaşlı bacı ilə körpə qardaş istər-istəməz bir-birinə isnişib-alışırdı. Onların bir-birini tanıyan, bir-birinə zillənən gözləri birdən elə mehribanlıqla süzüb zillənirdi ki, arada olan ögeylik silinib zayıl olub gedirdi. Səmimiyyət – qeyrisəmimiyyət! Sevgi və nifrət!..

Ərmağanın gözlərinə alışan körpə birdən qızartı gəzən gözlərdən vahimələnib çəkinir, üzünü döndərib zar-zar ağlayırdı. Birdən də həmin Ərmağanın məhəbbət içində gizlənən nifrət dolu gözləri dilsiz-ağızsız körpəyə hansı ecazlasa nüfuz edir, Ərmağan özü də duymadan qardaşına can atırdı... Az qala birdən də körpə hamısını duyurdu, alırdı, qızğın məhəbbətin içində ərimək istəyən, ancaq əriyib itə bilməyən zəhərli hissləri sezirdi. Körpənin gözləri bu vaxt Ərmağana elə naçar, elə yazıq-yazıq zillənirdi ki, Ərmağan xanım təpədən-dırnağa sarsılırdı. Onun ürpəşən cod tükləri qalxıb biz-biz olurdu...

Ərmağan dincəlmək bəhanəsi ilə ona ayrılan otağa çəkilir, əllərini ovuşdurub, ətli barmaqlarını sıxıb-sındırır, cəld həlakular evinə dönmək, yır-yığış etmək, düşmən yuvasını tərk edib, uşaqlıqda oynayıb, əyləndiyi ata evinə dönmək istəyirdi. Ərmağan ata cehizindən əl çəkmək, dörd oğlunun dördünü də orada qoymaq istəyirdi. Lakin Çalbığ Həlakunun tələbedici, amir, hiyləgər gözləri dinmədən, dodaq tərpətmədən Ərmağana əmr edir, gəlinini çaşdırırdı. Sanki qarı düşmən orada yox, burada Ərmağanın boynunun kökündə dayanır, istər-istəməz zəhərli ilan mələk donunda gəzirdi. Bu ilan qoca Məmalikin də, cavan Məhtabanın da ürəyinə asta-asta ustalıqla girirdi.

Bəli, ev sahiblərinin qılığına girən ilan Məmalikin sərvətlə dolu imarətində gəzib dolanır, gizlənmir, gündən-günə, həftədən-həftəyə, aydan-aya özünə etibar qazanır, dərindən-dərinə yol alırdı. Birdən qoca ata da, cavan ana da körpəni tamam unudur, onu bacısının himayəsinə buraxıb öz iş-gücləri ilə məşğul olurdular. Qoca xan cavan oğlana çevrilib yenə də Məhtabana aylı gecədə, köpüklü göldə çimdiyi zaman cövlana qalxan atəşin eşqini elan edirdi! Açılmaz düyünlər, çalkeçir cəhətlər bir-birinə qarışır, kələf kimi dolaşırdı!.. Sanki Məmalikin böyük barigahının özü belə sehrlə, düyünlə dolurdu! “Bu məqamda daha necə olsun?”.

Ərmağan yorulmuşdu! Ya o, qardaşına qarşı sui-qəsd niyyətindən birdəfəlik əl çəkməli, yaxud bu sui-qəsdi dayanmadan yerinə yetirməlidir! Ərmağan çalışdığı müddət ərzində bir neçə dəfə ata evindən Həlaku evinə yol edə-edə gedib-gəlmişdi. Çalbığ Həlaku oğlu Ərdahana göz basmış, dediklərində inadla dayanmış, xoş rəftar yağlı sözlərdən başqa ya beləsinə, ya eləsinə Ərmağana işarəli, bədxah bir söz çaldırmamışdı. Çalbığ Həlaku bilmişdi ki, Ərmağanın işinə cüzi müdaxilə etmək, onun çarpışan hisslərini məmaliklər tərəfindən qaytarıb, həlakular əleyhinə çevirmək deməkdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XXXII

Öz vaxtında prokurorluğa gələn Mehman, cari kağızlarla məşğul olub onların icrası üçün qanuni istiqamət verdi, sonra onu, çox narahat edən Balış məsələsi düşündürdü. Bakıda hüquq fakültəsində oxuyarkən istehsalat təcrübəsi zamanı “Səriyyə məhkəməsi”nin materialları ilə necə tanış olduğunu təsəvvürünə gətirib xatırladı. Səriyyənin qətlinə dair respublika qəzetlərində çap edilən ictimai etirazları necə tədqiq etdiyini, özü üçün konspektlər tərtib etdiyini, necə qəzəbləndiyini yaşadı, sanki onun qəzəb və nifrəti, qatillərə qarşı qətiyyəti qat-qat gücləndi. Mehman birdən stolun arxasından dik ayağa durdu, kitab mərtəbəciyinə yanaşdı, buradan bir kitabça çəkdi, vərəqlədi, buradakı “Səriyyənin ölümü” şerini diqqətlə, kərratla oxudu.“Mən görmədim, söyləyirlər bir gecənin sonunda

194420 мин
XXXIII

Murtuzovun arvadı Yavər mətbəxdə xörək hazırlayır, Şəhla xanım bir amir kimi ona göstəriş verirdi. İztirabları az-çox ötüb keçmiş Züleyxa isə ayna qabağında dayanıb saçlarını xüsusi bir aludəçiliklə qaydaya salır, özünə sığal verirdi.Bayaqdan bəri qapıda girlənən Qaloşlu adam özünü içəriyə saldı. Züleyxa səksənib çevrildi:

19447 мин
XXXIV

Yavər Murtuzova qazanları qaydaya salandan sonra əlini döşlüyünə silə-silə mətbəxdən eyvana çıxdı. Bu son söhbət zamanı Züleyxa ilə açılışan Qaloşlu adam Yavəri görmüş, Məmmədxanın işi barəsində onu qızışdırıb Züleyxa ilə Şəhla xanımın üstünə yönəltmişdi.– Qız, qırsaqqız olub yapışarsan yaxalarından – deyə Qaloşlu adam sözünün axırında təkidlə ona tapşırmışdı. – Lap qırsaqqız!.. quyruğu qapı arasında qalmış kimi hey çapalayıb vurnuxacaqlar!..

194413 мин
XXXV

Bəli, Mehman işdən dönüncə Şəhla xanım özünü qabağa verib kürəkəninə xüsusi mehribançılıq göstərdi, bir azdan araya söz salıb Mehmana üz tutub təvəqqe elədi ki, prokuror, Məmmədxan gədənin bu şər işində ədaləti əldən buraxmasın, artıq danışığa, şər-şəbətəyə yol verməsin. Mehman da öz növbəsində Şəhla xanımdan təvəqqe elədi ki, onlar ana-bala heç bir zaman prokurorluğun daxili işlərinə qarışmasınlar. Şəhla xanım kürəkəninin bu sözündən rəncidə olub:– Məgər, ana öz oğluna bir söz də söyləyə bilməzmi? – deyə umuküsü elədi. – Mənim də bu dünyada gözümün ağı-qarası bircə qızım var!

19448 мин

Стихи других поэтов