Abşeron lövhələrindən
Bahar kimi gözəl olur Abşeronda payız da,Hünərin var onu bundan, bunu ondan gəl ayır.Məhəbbətlə seyrə dalıb görürəm ki, payızdaKörpələrtək Xəzər bir az dəcəlliyə başlayır.
Göy sularda qağayıtək üzür şeir yelkənim,Odur, mənə əl eləyir dənizdəki buruqlar.Uşaqlıqdan Xəzərimlə möhkəm şərtim var mənim;Bu səbəbdən bədənimə kar etməyir soyuqlar.
Ağ yelkənim şütüdükcə, mənim şair gözüməNeft daşları bir möhtəşəm qala kimi görünür.Qüvvət gəlir biləyimə, qüvvət gəlir dizimə,Misralarım yelkənimin arxasınca sürünür.
Deyirlər ki, bu şəhərdən həddindən çox yazırsan,Mənə xeyli yersiz gəlir dostlarımın sərgisi,Şöhrətimdir şəhərimin bağrındakı qara qan,Şeriyyətdir Abşeronun könül açan sərgisi.
Bu şairi bu səfərdə nahaq yerə yormayın,Şöhrətindən ayrı deyil Abşeronun şöhrəti.“Gəzintiyə ixtiyarın varmı?” deyə sormayın,Dalğaların qoynundadır vəsiqəmin surəti.
Deyirəm ki, zənginlərin zənginiyəm bu saat,Bu suların dibindədir qara qızıl xəzinəm.Gözlərimdə ucaldıqca al bayraqlı bu həyat,Dinclik nədir, gəzindikcə istəyirəm gəzinəm.
Dumaların qaqqıltısı eşidilir havada,Ağır-ağır qanad çalıb başım üstdən uçurlar.Deyirəm ki, xoşbəxtlərin xoşbəxtiyəm dünyadaDumalarım lələk salıb başım üstdən uçurlar.
Gözəllikdən vəcdə gələn bu şairin əlləriCiblərində qələmini, kağızını arayır.Xəzər üstdən mahnılarla əsən xəzri yelləriMəhəbbətlə Abşeronun saçlarını darayır.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-abseron-lovhelerinden
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Aşiq olanın bağrı dönər qanə, deyirlər,Atəşdə yanan aşiqə pərvanə deyirlər.
Səni istərKönlüm yenə min şövq ilə, canan, səni istər,And olsun əziz canına ki, can səni istər.
Son məktubYenə canlandı əski xatirələr,Yenə gördüm önümdə sevgilimi.
Yadıma düşdüXatirat dəftərim durur qarşımda,Dolaşır bir ölməz sevda başımda.