Aşiq olanın bağrı dönər qanə, deyirlər,Atəşdə yanan aşiqə pərvanə deyirlər.Dost-aşnanı öyrən, baxıb ətrafına könlüm, –Hər addımını, eybini cananə deyirlər...Aç qəlbini cananına göstər ki, inansın,Bilsin, nə deyirlər ona, əfsanə deyirlər.Ey nazlı nigar, sən mənim eşqim, həvəsimsən,Eşq atəşidir, can verən insana deyirlər.Mən fəxr edirəm, çünki əleyhimdə nə varsa,Səntək gözələ, gözləri ceyrana deyirlər.Məndən sənə, ey gül, nə deyirlərsə, inanma,Səndən də gəlib gündə Süleymana deyirlər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви