Dinəcəyəm mən
Ay ellər, sanmayın həyatda bir gün,Birgünlük şam kimi sönəcəyəm mən.Dəmirçi atamın ocağındakı,Gur, sönməz alova dönəcəyəm mən.
Yoldayam, yoldayam illər uzunu,Gəzirəm vüsalın dan ulduzunu.Sonsuz ayrılığın qəm ordusunu,Öz vüsal ordumla yenəcəyəm mən.
Minib Bozatına Qaçaq Nəbinin,Ellər sevimlisi Qaçaq Nəbinin,Yadların gözünə bıçaq Nəbinin,Yerə Təbrizimdə enəcəyəm mən.
İçdiyim andımı pozan deyiləm,Pozarsam, deməli, ozan deyiləm.Təbriz deyildimi, susan deyiləm,Torpaq altında da dinəcəyəm mən!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-dineceyem-men
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qırx il bundan əvvəl səninlə bir günGörüşdük Təbrizdə bir qardaş kimi.
İllərdirİllərdir yazıram özümə görəGözəl insanların arasında mən.
Sinəmdə gəzdirirəmGörəydi kaş ki gözüm bir də şanlı Təbrizimi,Oğullu, qızlı qoçaq, adlı, sanlı Təbrizimi.
Əlimdən ellər tutubBöyük sənətə bağlı şair Süleymanam mən,Ürək sözündə haqlı şair Süleymanam mən.
Стихи других поэтов · О разлуке
Ey cavanım, sən yadıma düşəndə,Gözlərimdən qan yaş tökib ağlaram,
Yetməz tamamə zülfi-siyahın hekayətiYetməz tamamə zülfi-siyahın hekayəti,Bir qissədir uzun, onun yox nihayəti.
Bir quşOturmuş nəğməzarında həzin fəryad edər bir quş!Alır gül yarpağından eşq dərsin, dad edər bir quş!
Qəzəl: Başdan ki xəyali-kəcrəv kakilə düşdümBaşdan ki xəyali-kəcrəv kakilə düşdüm,Təng oldu ara yerdə işim, müşkilə düşdüm