Təbrizli gözələ

Ayrılığın hər günü,Mənimçün ilə döndü.Yadlar elə bilməsin,Ümidim külə döndü!

Gözəlim, o şən günlər,Səninlə keçən günlər,Qəlbimə köçən günlər,Kim deyir yelə döndü?

O bəlalı məkanda,Yol keçdiyin hər yandaBədnam qaratikan da,Gözümdə gülə döndü.

Hicran nələr etmədi...Yazdım, dərdim bitmədi,Cümləm sona yetmədi,Nöqtəm vergülə döndü.

Gəl, gəl, ey vüsal günü,Başlansın el düyünü.Çəkdikcə qəm yükünüSüleyman dilə döndü!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов